İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Digərləri 24 Fev 2023 10:18:00 287 0
İslam İnkişaf Bankı (İİB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir fevralın 25-də Azərbaycana səfər edəcək.
Bu xəbəri də oxu: 21 yaşlı gənc dəm qazından öldü
Trend bu barədə banka istinadən xəbər verir.
İİB-in məlumatına görə, səfər martın 3-dək davam edəcək.
"Strateji səfər İİB və Azərbaycan arasında əməkdaşlığı gücləndirmək, potensial əməkdaşlıq sahələrini genişləndirmək və ölkədə sosial-iqtisadi inkişafa səbəb olan tədbirləri təşviq etmək məqsədi daşıyır", - bankın məlumatında deyilir.
Ətraflı İİB prezidenti eyni zamanda ölkədə İİB qrupu tərəfindən maliyyələşdirilən bir sıra layihələrin effektiv şəkildə reallaşdırıldığından şəxsən əmin olmaq üçün onları nəzərdən keçirəcək.
İİB qrupu Azərbaycanla davamlı əlaqələrə malikdir və ölkənin sosial-iqtisadi inkişafına köməklik göstərməyə çalışır. Qrup Azərbaycanda ümumi məbləği 1,2 milyon dollar dəyərində olan layihələrin maliyyələşdirilməsini təsdiqləyib. Portfelə 956 milyon dollar İİB tərəfindən maliyyələşdirmə, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) tərəfindən təsdiqlənmiş 120,2 milyon dollar, Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC) tərəfindən ticarət əməliyyatları üzrə 83,4 milyon dollar və İİB qrupunun digər fond və əməliyyatları üzrə 19,4 milyon dollar daxildir. Bundan başqa İslam İnvestisiya və İxrac Kredit Sığorta Korporasiyası (ICIEC) biznesin sığortalanması üçün 92,5 milyon dollar və yeni sığorta öhdəlikləri qismində 75,5 milyon dollar ayırıb.
Dünyada hər iki dəqiqədə bir qadın doğuş və ya hamiləlik zamanı düny
Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobi
Murmanskda naməlum şəxs hərbi komissarlığın binasını yandırıb.
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilmiş əməliyyat-istintaq
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
Avstraliya hökuməti 90 Rusiya vətəndaşı və 40 təşkilata qarşı sanksiy
Əgər Çin Ukraynadakı vəziyyətdə Rusiyanı dəstəkləsə və Moskvanı si
Şimali Koreya keçirdiyi hərbi təlim zamanı 4 strateji "Hvasal-2"
Tehranla Avropa arasında illərdir danışıqlar mövcuddur. İranın nüvə si
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Türkiyənin İstanbul şəhərində yolda çökmə meydana gəlib.
Ukrayna hakimiyyəti Dnestryanıya hücum hazırlığını aktivləşdirib, bu d
Naftalan şəhərində kişi gənc həyat yoldaşını döyərək ağır xəsar�