İŞİDin "mühasib"inin qardaşı da həbs edildi DTX
Digərləri 24 Fev 2023 09:15:00 347 0
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Salahov Mircavad Seyidağa oğlu "İŞİD" terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə şübhəli bilinərək saxlanılmışdır.
Bu xəbəri də oxu: Azərbaycanda ötən il universitetlərdən xaric edilən tələbələrin sayı
Bu barədə DTX-nin mətbuat xidmətindən məlumat verilib.
Müəyyən edilmişdir ki, Mircavad Salahov Suriya Ərəb Respublikasının Raqqa şəhərində "İŞİD" terror təşkilatının sıralarına qoşularaq xüsusi təlim düşərgəsinə göndərilmiş, döyüş təlimlərində iştirak etməklə odlu silahdan istifadə qaydalarına yiyələnmişdir. Daha sonra o, "İŞİD" terror təşkilatında mühasib kimi fəaliyyətə başlamış, bu müddət ərzində silahlı münaqişələrdə iştirak edən həmin terror təşkilatının üzvlərinə və onların ailələrinə aylıq pul vəsaitləri və ərzaq təminatının verilməsi, silahlı münaqişələr zamanı yaralanmış bu təşkilatın üzvlərinə və həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində fəaliyyət göstərmiş, cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir müddət digər ölkələrdə gizlənmişdir.
Həmçinin müəyyən edilmişdir ki, Salahov Mircavad Seyidağa oğlu "İŞİD" terror təşkilatına qardaşı Salahov Mircəlal Seyidağa oğlu tərəfindən cəlb olunmuşdur. Mircəlal Salahov sözügedən terror təşkilatının Suriya Ərəb Respublikasında apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanmışdır.
Cinayət işi üzrə Mircavad Salahov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə), Mircəlal Salahov Cinayət Məcəlləsinin 281-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə və belə silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam edir.
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
Avstraliya hökuməti 90 Rusiya vətəndaşı və 40 təşkilata qarşı sanksiy
Əgər Çin Ukraynadakı vəziyyətdə Rusiyanı dəstəkləsə və Moskvanı si
Şimali Koreya keçirdiyi hərbi təlim zamanı 4 strateji "Hvasal-2"
Tehranla Avropa arasında illərdir danışıqlar mövcuddur. İranın nüvə si
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Türkiyənin İstanbul şəhərində yolda çökmə meydana gəlib.
Ukrayna hakimiyyəti Dnestryanıya hücum hazırlığını aktivləşdirib, bu d
Naftalan şəhərində kişi gənc həyat yoldaşını döyərək ağır xəsar�
Məsələ Ermənistanın KTMT-dən çıxıb-çıxmayacağından yox, KTMT-nin Er
Türkiyədə zəlzələ nəticəsində dağılmış binalarla bağlı araşdırm
Qərb üçün Cənubi Qafqaz regionunda əsas problem İrandır.
BMT Baş Assambleyası Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ildönümünd