“O illərdə qohumlarım məndən üz döndərdilər, xalq artisti olanda dayım zəng etdi ki...” FOTO
Şou-biznes 22 Fev 2023 20:00:00 336 0
"Deməzdim ki, özümü sənətə qurban vermişəm. Bu ifadədən heç xoşum gəlmir. Sənətdə olan insanların bir çoxu bu sözü işlədir. Hansı sahədə işləməyindən asılı olmayaraq, o sahədə işləyib, həmin sahə ilə məşğul olursansa günlərini, aylarını, illərini ona verməlisən. Qurban vermək yox, sevə-sevə işləmişəm, özüm yaşamışam, özüm yaşatmışam. Təbii ki, elə məqamlar var ki, incəsənət o qurbanı tələb edir. Fədailər o qurbanı verir. Fədailər də aktyor və rəssamlardır. Teatr yaranan günündən hər zaman aktyorlar üçün çətin olub. Amma aktyorlar maddiyat üçün yox, mənəviyyat üçün yaşayanlar olub".
Bu xəbəri də oxu: Cem Yılmazın fanatına jesti gündəm oldu
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası Pərvanə Qurbanova deyib.
"Səhnədə olan insan üçün tərəf müqabili çox önəmlidir. Sən tərəf müqabilinlə püxtələşirsən. Tərəf müqabilinlə gündə bir addım irəli yaxud arxaya gedirsən. Ya tərəf müqabilini tapırsan, ya da itirirsən. Ya tam özünü xərcləyirsən, ya da onlardan qazanırsan. Mən çox şanslı sənət insanıyam ki, səhnəyə gəldiyim gündən elə böyük sənətkarlarla tərəf müqabili olmuşam ki, onlardan ancaq qazanmışam. Bu gün mən də istəyirəm ki, mənimlə tərəf müqabili olan gənclərə nəsə verim, nəsə qazandırım" deyə sənətkar bildirib.
Sənətkar bildirib ki, bir vaxtlar aktrisa olduğuna görə yaxınları ondan üz döndərib.
"O illərdə aktrisa olduğuma görə doğmalarım məndən üz döndərmişdilər. Elə illərim olub ki, ətrafım, qohumlarım məni danışdırmayıb. Ələxsus da dayılarım. Gəncədə aktrisa işləyəsən, həm ailəni saxlayasan, balanı böyüdəsən, həm sənətdə nəsə etməyi bacarasan, bu çox çətindir. Mən dişimlə, dırnağımla qazandım. Küsmədim, incimədim, qaçmadım. 2000-ci ildə xalq artisti fəxri adını alanda o dayım mənə zəng etdi. Dayım dedi ki, "Pərvanə vaxt var idi, ən birinci etiraz edənlərdən biri mən idim. Mən indi deyirəm ki, səninlə fəxr edirəm". Onu qazanmaq üçün çox uzun, əziyyətli yol keçdim" deyə sənətkar bildirib.
Xalq artisti çəkildiyi "Yuxu kimi" serialından da danışıb.
"Çəkilişlər bəzən səhərə kimi davam edir. Kənardan hər şey asan görünə bilər. Bəzən elə olur ki, 3 dəqiqəlik epizodu 3 saata çəkirik. Çox şükür ki, böyük sevgi ilə çalışırıq. Mən "Pərvanələri rəqsi" serialında çəkiləndə artıq 10 il idi ki xalq artisti idim. Məni sənət adamları, Gəncə və Gəncəbasar bölgəsi tanıyırdılar. Rövşən İsax rayon teatrlarında olan aktyorları Azərbaycana tanıtdı. Rövşən İsax bizdən təbiilik, reallıq istəyir. Teatr tam başqadır, serial tamam başqa. Ona görə də teatr aktyorlarının seriala çəkilməsi bir çox hallarda çətin olur. Rövşən müəllim deyir ki, oynama, vəziyyəti izah et, özün ol" deyə sənətkar bildirib.
Son.az
Ötən ilin martında Xəzər rayonu Binə qəsəbəsi ərazisində arvadı 1995
Ötən il korrupsiyaya şərait yaradan hallara və digər pozuntulara görə 1
Qərbi Azərbaycandan yeni görüntülər yayımlanıb.
Məşhur rusiyalı parodist, komediya ustası, teleaparıcı, kinoaktyor və mü
Günəş diski üzərindən keçən Merkuri planetinin görüntüsü əldə olun
Xalq artisti Nazpəri Dostəliyeva iki gün əvvəl dünyasını dəyişən Xalq
Azərbaycan qazının Avropaya nəqli regionun enerji təhlükəsizliyində böy
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Göyçay şəhəri, Natəvan
"Bu iddiaların heç birini qəbul etmirəm. Böhtan atmağa qalsa, mən n�
İsveçin Təhlükəsizlik Polisi (Säpo) Rusiya, Çin və İranın ölkənin t�
Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması ü
"Əziz dostum, gözəl insan, sənətkar, bu gün səni də itirdim. Sən�
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
Ötən il Bakı şəhəri üzrə uşaqların icbari dispanserizasiyası nəticə
Oxçuçayın çirkləndirmələr üzrə göstəriciləri sistemləşdirilir.