İsveç Rusiya, Çin və İranı təhlükəsizliyi üçün təhdid sayır
Dünya 22 Fev 2023 18:36:00 329 0
İsveçin Təhlükəsizlik Polisi (Säpo) Rusiya, Çin və İranın ölkənin təhlükəsizliyinə ciddi təhdid yaratdığını və İsveçə qarşı kiberhücumlar və dezinformasiya kampaniyalarından istifadə olunduğunu bildirib.
Bu xəbəri də oxu: 3 yaşlı qızın şübhəli ölümü
Son.az APA-ya istinadən bildirir ki, bu barədə İsveç Təhlükəsizlik Polisinin rəhbəri Şarlotte von Essen mətbuat konfransında deyib.
"Rusiya və digər avtoritar dövlətlər öz hücumlarını intensivləşdiriblər, onların təhlükəsizliyi təhdid edən fəaliyyətləri davam edir. Qlobal vəziyyət həmçinin ekstremizmin artmasına, hücum təhlükəsinin artmasına təkan verir və ümumilikdə bu o deməkdir ki, İsveç üçün də təhlükə getdikcə sürətlənir", - deyə von Essen vurğulayıb.
Rusiyanın İsveçə ən böyük təhlükə olduğunu deyən Təhlükəsizlik Polisinin rəhbəri Rusiyanın İsveçə qarşı geniş kəşfiyyat fəaliyyəti həyata keçirdiyini vurğulayıb.
Säpo-nun əks-kəşfiyyat rəhbəri Daniel Stenlinq də mətbuat konfransında Rusiyanın kəşfiyyatının təhlükəli olduğunu deyib.
"Rusiya İsveçi Avropanın, NATO-nun və kollektiv Qərbin bir hissəsi hesab edir. Bu o deməkdir ki, biz Rusiyadan təhlükəsizliyi təhdid edən fəaliyyətlərin sayının artacağını görəcəyimizə hazır olmalıyıq", əks-kəşfiyyat rəhbəri Daniel Stenlinq əlavə edib.
Çin Säpo tərəfindən uzunmüddətli və artan bir təhdid, İran isə təhlükəsizlik təhdidi kimi xarakterizə edilib.
"Xarici təhdidlər daxili təhlükəsizliyimizə də ciddi təsir edir", Şarlotta von Essen əlavə edib.
Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması ü
"Əziz dostum, gözəl insan, sənətkar, bu gün səni də itirdim. Sən�
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
Ötən il Bakı şəhəri üzrə uşaqların icbari dispanserizasiyası nəticə
Oxçuçayın çirkləndirmələr üzrə göstəriciləri sistemləşdirilir.
Məşhur rus bloger və aktrisa Valeriya Çekalina həyat yoldaşı Artem Çekal
20 ildən çoxdur ölkəmizin ali təhsil müəssisələri baloniya sisteminə q
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmay
Ötən ildən indiyə qədər təxminən yarım milyon müxtəlif növlü balıq
İordaniya Haşimilər Krallığının Kralı ll Abdullah ibn Al Hüseyn ölkəl
Xəbər verdiyimiz kimi, amerikalı aktrisa-model Meqan Foks məşhur reper niş
Fevralın 24-də Heydər Əliyev Mərkəzində dahi Cəlil Məmmədquluzadənin
Aktyor Kamran Ağabalayev də Xalq artisti Ramiz Novruzla vida mərasiminin çal
Bu günlərdə Gəncədə xoşagəlməz hadisə baş verib.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının h�