Rusiya Ermənistanı İTİRDİ Makron Paşinyanı


Siyasət 20 Fev 2023 16:11:00 348 0

Rusiya Ermənistanı İTİRDİ  Makron Paşinyanı

Keçən həftədən etibarən Cənubi Qafqaza gəlib-gedən dövlət adamlarının ardı-arası kəsilmədi. Amma gələn tək təyyarələr olmadı, telefon zəngləri, uçuşan vədlər də yaxın zamanlarda regionda çox diqqətçəkən bir hərəkətliliyə şahid olacağımızdan xəbər verirdi. 

Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı intensiv proseslərin yaşandığı hər halından bəlli idi. Moskvadan Bakıya da gələn var idi, Qarabağa da...

Rusiya Xarici işlər nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıda Prezident İlham Əliyevin qəbulunda olduğu gün bir müddətdir itkin olan Ruben Vardanyanın yenidən Xankəndiyə qayıtdığı xəbəri yayıldı. 

Ardından Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı oldu. Ermənistan tərəfindən sülh sazişi ilə bağlı fikirlər də səsləndi. 

Avropa İttifaqı da proseslərdən kənarda qalmaq fikrində olmadığını göstərmək üçün həmlə etmək qərarına gəldi.

Aİ prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan rəhbərləri ilə ayrı-ayrılıqda görüşməklə tərəflər arasında sülhə vasitəçi olmaq təşəbbüsündən əl çəkmək niyyətində olmadığını nümayiş etdirdi. Bu məsələdə Vaşinqtonun da fəallığı, moderator qismində Cənubi Qafqazda peyda olub, Rusiyanın zəifləyən mövqeyini tutmaq adına göstərdiyi canfəşanlığı görməzdən gəlmək də mümkün deyil. 

Buna misal olaraq ABŞ dövlət katibi Entoni Blinkenin və Ermənistanın baş naziri Nikol Paşinyanla Prezident İlham Əliyev arasında Münhendə təşkil etdfiyi üçtərəfli görüşü misal göstərmək olar. Bununla da Vaşinqton nümayiş etdirməyə çalışır ki, regionda sabitlikdə, sülhün mövcudluğunda maraqlıdır, tezliklə Bakı ilə İrəvanın ortaq məxrəc taparaq sülhlə bağlı razılığa gələcəklərinə inanır. 

Amma bunu da qeyd etmək yerinə düşər ki, Münhen Təhlükəsizlik Konfransında Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyi son anda bəlli oldu. Belə aydın oldu ki, Blinkenin komandası görüşü son ana qədər gizli saxlamağa çalışdı ki, Vaşinqtonun vasitəçilik təşəbbüslərinə qısqanc yanaşan Moskvanın görüşü əngəlləmək, istənilən ab-havada gerçəkləşməməsi üçün Paşinyana üçtərəfli format öncəsi mesaj ünvanlayaraq barmaq silkələmək cəhdinə şərait yaratmasın.

Bu görüşün ardınca bir gündə Azərbaycan və Ermənistan liderləri arasında ikinci görüş isə panel müzakirələr zamanı reallaşdı. Halbuki, Münhen Konfransı öncəsi rəsmi İrəvandan Əliyev-Paşinyan görüşünün olmayacağı barədə məlumat verilmişdi. Bu, Münhen Təhlükəsizlik Konfransında Əliyev-Paşinyan duelinin ardıcıl ikinci raundu idi. 3 il əvvəl gerçəkləşən birinci dueldə Nikol Paşinyanın aqibəti hər kəsə məlumdur. İlham Əliyevin Paşinyanı saldığı acınacaqlı durum və bu görüşdən 6 ay sonra başlayan İkinci Qarabağ müharibəsinin yekunu göz önündədir. 

Amma prosesə əngəl olmaq, regionda sülh istəməyən tək Rusiya deyil.

Ermənistana - Azərbaycanla sərhəddə gələcək missiyanın tərkibi ilə bağlı yenə maraqlı detallar məlum oldu. Bütün bu proseslər fonunda Fransa prezidenti Emanuel Makron Münhen Təhlükəsizlik Konfransında etdiyi çıxışla Ermənistanı əməlli-başlı qoltuğunun altına aldığını nümayiş etdirdi.

Belə ki, Makron Paşinyanın yanındaca Rusiyanı Qafqazda xaos yaratmaqda ittiham edərək, ona "yeni müstəmləkəçi" deyərək Moskvaya Cənubi Qafqazı itirdiyi, İrəvana isə kimin köləsi olmağın lazımlığı mesajını verdi. 

Makron Rusiyanın ünvanına söylədiyi fikirlərlə bəlkə də haqsız deyil, amma bu çıxışdan sonra gərək Makron güzgüyə baxıb, özünə "Mən Qafqazda sabitlik istəyirəm, yoxsa sahiblik?" sualını verərdi. 

Cənubi Qafqaz uğrunda böyük oyun davam edir...

Münhen Konfransı da bir daha göstərmiş oldu ki, Sülh müqaviləsinə ən böyük maneə Ermənistanın Qarabağdan rəsmi şəkildə əl çəkməsinə bağlıdır. Buna təkan üçün isə Zəngəzur dəhlizinin açılması məsələsi aktuallığı ilə diqqət çəkir.

Belə aydın olur ki, bir çox Zəngəzur məsələsinin 10 noyabr üçtərəfli bəyanatına uyğun şəkildə həlli prosesi sülhə gedən yolda mövcud maneəni aradan qaldıra bilər. Çünki əsas məsələ hansısa irəliləyiş əldə etməkdir.

İlham Əliyev bu Konfrans vasitəsilə sülh müqaviləsi ilə bağlı mövqeyini bir daha həm ABŞ, həm Fransa, həm Avropa İttifaqı, həm də rəsmi İrəvanın diqqətinə çatdırıb. Dövlət başçısı bir daha dünyanın gözü önündə, beynəlxalq aktorların diqqətlə izlədiyi panel müzakirə zamanı açıq-aydın qeyd etdi ki, Qarabağ məsələsi Azərbaycanla Ermənistan arasında müzakirə predmeti ola bilməz. Qarabağ məsələsi Azərbaycanın daxili işidir.

Bütün güclərin performans göstərməyə çalışdığı bu geosiyasi oyuna Azərbaycanın neçənci raundda final fitini səsləndirəcəyi isə qalıb Ermənistanın bundan sonrakı addımlarına. Nikol Paşinyan Makronun ətəyindən yapışıb, Putinin təqdim etdiyi ssenarini də əlindən kənara qoymayacağı təqdirdə Azərbaycan Ermənistan baş nazirinin əlinə daha böyük bir "haqq-hesab" verəcək ki, bu da nəticədə rəmsi İrəvanın bütün manevr imkanlarından məhrum olması ilə nəticələnəcək. 

Təhməz Əsədov Son.az

Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi like
  • 20 Fev 16:10  
Digərləri Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi

Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan v

arrow Ətraflı
Rusiyada blindajda yanğın olub, 6 hərbçi ölüb like
  • 20 Fev 16:09  
Digərləri Rusiyada blindajda yanğın olub, 6 hərbçi ölüb

Rusiyanın Kursk vilayətində blindajda baş verən yanğın nəticəsində 6 h

arrow Ətraflı
Nuridə Allahyarova nazirlikdəki vəzifəsindən ayrıldı like
  • 20 Fev 16:00  
Digərləri Nuridə Allahyarova nazirlikdəki vəzifəsindən ayrıldı

Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova işdən çıxarı

arrow Ətraflı
Sosial şəbəkələr üçün sərfəli mobil internet! like
  • 20 Fev 15:55  
Digərləri Sosial şəbəkələr üçün sərfəli mobil internet!

Sərfəli qiymət qarşılığında üstün xidmət təklif edən "Nar"

arrow Ətraflı
"Facebook"da mavi işarə ödənişli olacaq like
  • 20 Fev 15:40  
Digərləri "Facebook"da mavi işarə ödənişli olacaq

"Facebook"da mavi işarə veb istifadəçiləri üçün aylıq 11,99 A

arrow Ətraflı
Zelenski: "Bu ili qələbə ili etməliyik" like
  • 20 Fev 15:31  
Dünya Zelenski: "Bu ili qələbə ili etməliyik"

"Biz bu ili qələbə ili etməliyik".

arrow Ətraflı
Horadiz  Ağbənd dəmir yolunun tikintisinin ikinci mərhələsi həyata keçirilir like
  • 20 Fev 15:30  
Digərləri Horadiz Ağbənd dəmir yolunun tikintisinin ikinci mərhələsi həyata keçirilir

Horadiz - Ağbənd dəmir yolunun tikintisinin ikinci mərhələsi həyata keçi

arrow Ətraflı
Şanlıurfada partlayış olub, ölənlər və yaralananlar var  VİDEO like
  • 20 Fev 15:20  
Dünya Şanlıurfada partlayış olub, ölənlər və yaralananlar var VİDEO

Bu gün Türkiyənin Şanlıurfa şəhərindəki bir binada partlayış olub.

arrow Ətraflı
İndoneziyada romantik anlar… VİDEO like
  • 20 Fev 15:09  
Şou-biznes İndoneziyada romantik anlar… VİDEO

İndoneziyaya yollanan müğənni Sevda Yahyayeva ilə həkim həyat yoldaşı Z

arrow Ətraflı
Rusiyalıdan qəribə etiraz: Təyyarədən düşərək uçuşenmə zolağında soyundu like
  • 20 Fev 14:59  
Digərləri Rusiyalıdan qəribə etiraz: Təyyarədən düşərək uçuşenmə zolağında soyundu

Moskva-Kazan reysinin sərnişini Domodedovo hava limanında qarışıqlıq yara

arrow Ətraflı
Xumar oxudu, Nəriman Həsənzadə rəqs etdi like
  • 20 Fev 14:48  
Şou-biznes Xumar oxudu, Nəriman Həsənzadə rəqs etdi

Əməkdar artist Xumar Qədimova Xalq şairi Nəriman Həsənzadə ilə bağlı

arrow Ətraflı
Azərbaycandan daha 8 ədəd modul tipli ev Türkiyəyə yola salınıb  FOTO like
  • 20 Fev 14:37  
Digərləri Azərbaycandan daha 8 ədəd modul tipli ev Türkiyəyə yola salınıb FOTO

Türkiyə Respublikasında baş vermiş və çoxsaylı insan tələfatına səb�

arrow Ətraflı
Tikinti materiallarının keyfiyyəti necə yoxlanılır? like
  • 20 Fev 14:36  
Digərləri Tikinti materiallarının keyfiyyəti necə yoxlanılır?

Binaların zəlzələyə davamlılığı istifadə olunan tikinti materialların

arrow Ətraflı
Soydaşlarımız molla rejiminə OD PÜSKÜRDÜ like
  • 20 Fev 14:25  
Digərləri Soydaşlarımız molla rejiminə OD PÜSKÜRDÜ

İranda molla rejiminin xalqa qarşı amansız rəftarı davam edir. 

arrow Ətraflı