Azərbaycandan daha 8 ədəd modul tipli ev Türkiyəyə yola salınıb FOTO
Digərləri 20 Fev 2023 14:37:00 356 0
Türkiyə Respublikasında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan Respublikasının şəhər, rayon icra hakimiyyətləri tərəfindən hər gün qardaş ölkəyə humanitar yardımlar göndərilir.
Bu xəbəri də oxu: "İqlim dəyişikliyinin təsirlərini minimuma endirmək üçün mühüm əhəmiyyət kəsb edir” FOTO
Son.az Trend-ə istinadən bildirir ki, hazırda fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların isti sığınacaqlarla təmin edilməsi ən vacib məsələlərdən biridir. Bu məqsədlə Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyətləri tərəfindən Bakı şəhərində sifariş olunmuş 90 ədəd müasir modul tipli ev hazırlanaraq mərhələli şəkildə Türkiyəyə göndərilir.
Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 1 və 2 otaqlı belə evlərdə 10-12 nəfərin yaşaması üçün lazımi şərait yaradılıb.
Fevral ayının 13-də modul tipli evlərdən 4-ü Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən yola salınıb, fevralın 15-də isə Mingəçevir, Kürdəmir, Goranboy, Cəlilabad və Tərtər İH-lərinin sifarişi ilə hazırlanmış daha 20 ədəd ev qardaş ölkəyə yola salınıb.
Bu gün isə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən növbəti dəfə 8 ədəd modul tipli ev Türkiyəyə yola salınıb.
Həftənin sonunadək 90 ədəd müasir modul tipli evin hamısı təbii fəlakət bölgələrinə çatdırılacaqdır.
Həmçinin, İH-lər tərəfindən fəlakətin ilk günlərindən ziyan çəkmiş əhaliyə lazım olan isti paltar, yataq dəstləri, müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar, çadırlar alınaraq qardaş ölkəyə göndərilir. İndiyədək 57 şəhər və rayon icra hakimiyyəti tərəfindən təşkil olunan humanitar yardım Türkiyə Respublikasının Kahramanmaraş, Malatya, Adıyaman və digər bölgələrinə yola salınıb.
Şəhər və rayon icra hakimiyyətləri tərəfindən təbii fəlakət bölgəsinə humanitar yardımların göndərilməsi bundan sonra da davam etdiriləcəkdir.
Son.az
Binaların zəlzələyə davamlılığı istifadə olunan tikinti materialların
İranda molla rejiminin xalqa qarşı amansız rəftarı davam edir.
Mingəçevirdə qəzalı vəziyyətdə olan binanın 4-cü mərtəbəsində yul�
Ukraynadakı vaqnerçilər Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasim
Beynəlxalq Muğam Mərkəzində (BMM) "Muğam axşamları" layihəsin
Son günlər bəzi sosial media hesablarında guya işsiz şəxslərə 200 manat
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğ
Türkiyədəki dəhşətli zəlzələdən artıq 14 gün keçib. Hatayda, demək
Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra evsiz qalan insanlar �
"Bu yaşıma çatmışam, amma indiyə kimi mənə deyən olmayıb ki, gəl
Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva hazırda məhkəmə
Bakıda qonşulardan birinin ailəsinin digərinin evində qeydiyyatda olduğu o
Türkiyədə baş vermiş dəhşətli zəlzələdən artıq 2 həftə ötür.