Yanğınsöndürənlər avtomobili nizamsız park edənlərə görə əraziyə girə bilmədi
Digərləri 20 Fev 2023 13:43:00 286 0
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakıda yerləşən "Rav" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında təlim keçirib.
Bu xəbəri də oxu: Dünya İqtisadi Forumunun iştirakı ilə sessiya baş tutdu
FHN-in Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, təlim "şərti yanğın" həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və istismara yararlı yanğına qarşı su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, qəza-işıqlandırma sisteminin olmadığı, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə cavab vermədiyi və yanğın xəbərverici siqnalizasiya qurğusunun tam sahəyə quraşdırılmadığı müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı "tapşırıqlar" verilib, eyni zamanda yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
Türkiyədəki dəhşətli zəlzələdən artıq 14 gün keçib. Hatayda, demək
Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra evsiz qalan insanlar �
"Bu yaşıma çatmışam, amma indiyə kimi mənə deyən olmayıb ki, gəl
Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva hazırda məhkəmə
Bakıda qonşulardan birinin ailəsinin digərinin evində qeydiyyatda olduğu o
Türkiyədə baş vermiş dəhşətli zəlzələdən artıq 2 həftə ötür.
Təlim keçdiyi şəxsi telefonla çəkir, onu danışdıraraq fikrini yayındı
Münhen Təhlükəsizlik Konfransının növbəti sessiyası (59-cu) maraqlı m�
İnanıram ki, qarşıdakı həftələr müəyyən mənada Ukrayna üçün həll
Türkiyədə baş verən zəlzələ minlərlə insanın həyatına son qoydu və
Ukrayna müharibənin 362-ci günü üçün Rusiya ordusunun itkiləri haqda mə
Srağagün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları
"Atam rəhmətə gedəndə 47, anam rəhmətə gedəndə isə 63 yaşı olu
"Cənubi Qafqazdakı vəziyyət barədə də danışdıq".