Horadiz Ağbənd dəmir yolunun tikintisinin ikinci mərhələsi həyata keçirilir
Digərləri 20 Fev 2023 15:30:00 304 0
Horadiz - Ağbənd dəmir yolunun tikintisinin ikinci mərhələsi həyata keçirilir.
Bu xəbəri də oxu: Petrosyan Çingiz xanın bu sözlərini paylaşdı, İrəvan qarışdı
Bu barədə bu gün Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin layihələndirmə şöbəsinin rəisi Kənan Rzayev Horadiz-Ağbənd dəmir yolunun tikintisinə həsr olunmuş mediaturda deyib.
Onun sözlərinə görə, bu günədək 60 km dəmir yolu inşa edilib və 300 mühəndis qurğusu quraşdırılıb.
"Hazırda 62-70 km-lik sahədə torpaq işləri görülməkdədir. Yolun tikintisinin 2024-cü ilin ortalarınadək tamamlanması planlaşdırılır", - Rzayev deyib.
O, birinci mərhələdə (0-30 km) Horadiz, Mərcanlı və Mahmudlu stansiyalarının sahəsinin tikildiyini vurğulayıb.
"Tikintinin ikinci mərhələsi 30-85 km-lik sahəni, yəni Soltanlı, Mincivan və Həkəri stansiyalarını əhatə edir. Üçüncü mərhələ 85-110,4 km-lik Horadiz - Ağbənd dəmir yolunu əhatə edəcək", - o əlavə edib.
Qeyd edək ki, bu dəmir yolunun tikintisi 13 mart 2021-ci il tarixində başladılıb. Onun uzunluğu 110,4 km təşkil edir. Layihəyə əsasən, doqquz stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd) inşası nəzərdə tutulub. Yolda, həmçinin, 469 mühəndis qurğusu, o cümlədən, 41 körpü, 22 avtomobil keçidi, üç tunel və digər qurğular inşa olunacaq. Tikinti üç mərhələdə tamamlanacaq.
Bu gün Türkiyənin Şanlıurfa şəhərindəki bir binada partlayış olub.
İndoneziyaya yollanan müğənni Sevda Yahyayeva ilə həkim həyat yoldaşı Z
Moskva-Kazan reysinin sərnişini Domodedovo hava limanında qarışıqlıq yara
Əməkdar artist Xumar Qədimova Xalq şairi Nəriman Həsənzadə ilə bağlı
Türkiyə Respublikasında baş vermiş və çoxsaylı insan tələfatına səb�
Binaların zəlzələyə davamlılığı istifadə olunan tikinti materialların
İranda molla rejiminin xalqa qarşı amansız rəftarı davam edir.
Mingəçevirdə qəzalı vəziyyətdə olan binanın 4-cü mərtəbəsində yul�
Ukraynadakı vaqnerçilər Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasim
Beynəlxalq Muğam Mərkəzində (BMM) "Muğam axşamları" layihəsin
Son günlər bəzi sosial media hesablarında guya işsiz şəxslərə 200 manat
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğ
Türkiyədəki dəhşətli zəlzələdən artıq 14 gün keçib. Hatayda, demək