Üzüm qabıq verir. Nə edim?
Digərləri 18 Fev 2023 23:45:00 304 0
Payız və qış aylarında soyuq hava, külək, istilik sistemləri üz dərimizə çox mənfi təsir edir - dəri quruyur, qabıq verir, öz elastikliyini itirir, dartınır.
Bu xəbəri də oxu: Türkiyədə helikopter xəstəxanaya çırpıldı Ölənlər var YENİLƏNİB
Bu problemlərlə mübarizə etmək üçün kosmetoloqların bu kimi tövsiyələrindən istifadə edin:
- Suyun qəbulunu artırın. Qış aylarında insanlar daha az su içir. Bu isə susuzlaşmaya səbəb olur. Susuzlaşma ilk növbədə özünü dərinin vəziyyətinin pisləşməsində göstərir.
- Evinizin havası çox quru olmamalıdır. Bu həm selikli qişaların, həm də dərinin qurumasına səbəb olur. Evin havasını tez-tez dəyişin, xüsusi havanı nəmləndirən cihazlardan istifadə edin.
- Qışda skrablardan daha az istifadə olunur. Lakin yumşaq skrabların istifadəsi qabıqvermə problemini həll etməyə kömək edir. Ev şəraitində adi yulaf yarmasından ("herkules") hazırlanan yumşaq skrab çox yaxşı effekt verir. Yulaf yarmasını ilıq suda isladın və sonra üzünüzə çəkib yüngül massaj edin. Dəriniz daha yumşaq və elastik olacaq.
Digər skrab resepti - 1 xörək qaşığı kəsmik və 1/2 çay qaşığı narın duz yaxşı qarışdırılır və skrab kimi istifadə olunur.
- Üzünüz qabıq verirsə, daha yağlı kremlərdən istifadə edin.
- Qidalanmanıza fikir verin. A, C və B qrupu vitaminlərin defisiti üz dərisinə çox mənfi təsir edir. Qidalanmanızda meyvə-tərəvəz, göyərtilər, balıq, yumurta, süd məhsulları bol olmalıdır.
- Ev şəraitində üz dərisini yumşaldan və qidalandıran maskalardan istifadə etmək olar. 1 yumurta sarısı, 1 çay qaşığı bal, 1 çay qaşığı zeytun yağı, 1 xörək qaşığı yulaf yarması unu (yarmanı üyütmək lazımdır) yaxşı qarışdırılır və üz dərisinə çəkilir. 20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun.
Kətan yağını su hamamında bir az qızdırın və üz dərinizə çəkin. 20 dəqiqədən sonra üzünüzü ilıq suda isladılmış salfetlə silin.
Beynəlxalq ictimaiyyət 44 günlük müharibənin nəticələrini tanıyıb.
Sual: Mən Ərəb hərflərini məxrəclərindən çox da yaxşı çıxara bilm�
Türk iş adamlarının Azərbaycanda yaratdığı "Türkiyə Əsri Birlik
Yanvarın 27-si Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı b
Biz Qarabağda bugünkü vəziyyəti və ya orada yaşayan erməni icması ilə
"Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimit
Çay və kapsul şəklində olan bitki mənşəli preparatların qəbulu qaraciy
Paytaxt Bakıda 4-5 nəfərdən ibarət qadının etdiyi oğurluq mağazanın t�
Dünyada ən populyar ədviyyatlardan biri olan qara istiotun vətəni Hindistan
Belə bir populyar fikir var ki, insan həqiqi mənada ürəkdən həyatı boyu
Sual: Siz keçən dəfə bir televiziya verilişində dediniz ki, həzrəti İsa
Politoloq Şahin Cəfərli Rusiya-Ukrayna müharibəsi ilə bağlı Musavat.com-
Sual: Sizin də bildiyiniz kimi bioenerji indiki dövrdə bəzi insanların özl