Quranı qaydalara əsasən oxumaq
Digərləri 18 Fev 2023 23:40:00 311 0
Sual: Mən Ərəb hərflərini məxrəclərindən çox da yaxşı çıxara bilmədiyimə görə gözəl Quran oxuya bilmirəm. Kəlmə-kəlmə məal verilən Quranı oxuyanda buna paralel olaraq mp3 cihazından səsli Quran da dinləyirəm. Lakin Ərəbcə tək başıma düzgün oxuya bilmədiyimə görə Quran oxumaq ibadətindən məhrum qaldığımı fikirləşib narahat oluram. Digər tərəfdən Ərəbcə əslindən Qurana qulaq asmaq məni ruhi cəhətdən rahatlaşdırsa da, Quranı başa düşə bilməmək məni narahat edir. Mütləq məal-tərcüməsini də izləmək və başa düşmək istəyirəm. Quranı ömür boyu bircə dəfə də olsa, Ərəbcə xətm etməmək (xətm: başdan sonadək oxumaq) nə dərəcədə düzgündür, bilmirəm. Mən bu halda, nə etməliyəm?
Bu xəbəri də oxu: Bəzi kosmetoloqlar "gözəllik qurban tələb edir" sözünü səhv başa düşürlər SÜNİ GELİN FƏSADLARI
Cavab: Quran oxumaq da, Qurana qulaq asmaq da ibadətdir. Lakin ikisi də oxunan Quranın başa düşülməsi məqsədindən asılıdır. Başa düşülmədən sırf oxumaq və yaxud qulaq asmağın insana faydalı olduğuna dair heç bir dəlil yoxdur. Çünki Allah bir çox Quran ayəsində Quranın başa düşülməsi və həyata keçirilməsi üçün nazil edildiyini bildirib. Quranı oxumaq ya da Qurana qulaq asmaqda məqsəd bu olmalıdır. Belə olan halda, şəxsən oxumaq anlamağa daha yaxın olur.
"Bunlar Quranın üzərində ağıl yormazlar (düşünməzlərmi)? Yoxsa onların qəlblərinə kilid vurulub?" (Muhəmməd, 47/24).
"And olsun ki, biz Quranı üzərində təfəkkür olunsun deyə, asanlaşdırdıq. Amma haradadır təfəkkür edən?" (Qəmər, 54/17, 22, 32 və 40).
Müsəlmanlar Quranın üzərində düşünmək məsələsini əsrlər boyu unutdular. Quran üzərində təfəkkür etməyin lazımiliyi unudulduqda da o, əlçatmaz müqəddəs bir şey hesab edildi və belə bir qənaət yarandı ki, onu anlamaq mümkün deyil. Sonra da belə bir fikir irəli sürüldü ki, qədim dövrlərin insanları hər şeyi həll ediblər. Beləliklə, qapılar yeniliklərin üzünə bağlandı. Nəhayət, Quran savab qazanmaq üçün oxunan bir kitab halına gətirildi.
Allah Təala Qurani-Kərimdə buyurur:
"Bu Quran həqiqətən də, ən doğru olana və ən möhkəmə çatdırır" (İsra, 17/9).
Quran həqiqətən də, ən düzgün və ən etibarlı olana çatdırır. Amma o başa düşmək üçün deyil, sadəcə olaraq savab qazanmaq üçün oxunursa, onunla heç bir yerə çatmaq olmaz. Belə bir şey eynilə keyfiyyətli bir balın ancaq görünüş və xoş iyi ilə kifayətlənməyə oxşayır. Yeyilməyən balın bədənə nə xeyri olar? Müsəlmanlar əsrlər boyu belə etmiş və Quranla kifayət qədər qidalanmamışlar. Ənənəvi mədəniyyət qəlibləri ilə xurafat və mövhumatlar bir-birinə qarışmış, xalqı xurafat bürümüşdür.
Quran oxumaqda əsl məqsəd onu ancaq oxumaq deyil, anlamaq, fikirləşmək və ona əsasən hərəkət etməkdir.
Abdulla ibn Məsud belə deyib: "Quran ona tabe olunmaq üçün endirildi. Amma insanlar tutub onu oxumağı ibadət hesab etdilər".
Abdulla ibn Ömər də belə deyib: "Biz Qurandan əvvəl imanı qazanmağa çalışdığımız uzun bir dövr keçirdik. Quran surə-surə nazil olurdu. Biz də bu surələrdəki halal və haramları, buyruq və qadağaları öyrənirdik. İndi isə mən imandan qabaq Qurandan yapışan, Fatihə surəsindən başlayıb axıradək oxuyan, amma Quranın əmr və qadağalarını bilməyən, nəyin yanında olmaqdan qətiyyən xəbəri olmayan, oxuduğu Quran ayələrini çürük xurmalar kimi ora-bura səpən neçə-neçə insanlar görürəm".
Türk iş adamlarının Azərbaycanda yaratdığı "Türkiyə Əsri Birlik
Yanvarın 27-si Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı b
Biz Qarabağda bugünkü vəziyyəti və ya orada yaşayan erməni icması ilə
"Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimit
Çay və kapsul şəklində olan bitki mənşəli preparatların qəbulu qaraciy
Paytaxt Bakıda 4-5 nəfərdən ibarət qadının etdiyi oğurluq mağazanın t�
Dünyada ən populyar ədviyyatlardan biri olan qara istiotun vətəni Hindistan
Belə bir populyar fikir var ki, insan həqiqi mənada ürəkdən həyatı boyu
Sual: Siz keçən dəfə bir televiziya verilişində dediniz ki, həzrəti İsa
Politoloq Şahin Cəfərli Rusiya-Ukrayna müharibəsi ilə bağlı Musavat.com-
Sual: Sizin də bildiyiniz kimi bioenerji indiki dövrdə bəzi insanların özl
Amerika şirkəti Viatris Rusiyaya ereksiya gücləndirici dərman "Viaqra&
Kaliforniya Universiteti (ABŞ) alimləri sübut edir ki, 3D-videooyunlar yadda�