Vaxta az qalıb! QAN su yerinə axacaq
Siyasət 18 Fev 2023 23:11:00 357 0
Politoloq Şahin Cəfərli Rusiya-Ukrayna müharibəsi ilə bağlı Musavat.com-un bir neçə sualını cavablandırıb.
Bu xəbəri də oxu: 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
Müsahibəni təqdim edirik:
- 6 gündən sonra Rusiya-Ukrayna müharibəsinin 1 ili tamam olacaq. Bu arada Rusiya ordusu Xarkov vilayətinin Qryanikovka kəndini nəzarətə götürüb. Üstünlük kimdədir?
- Bu ilin əvvəlindən bəri cəbhədə təşəbbüs Rusiyanın əlinə keçib. Hücum edən tərəf Rusiya, müdafiə olunan tərəf isə Ukraynadır. Bu baxımdan hazırkı mərhələdə üstünlüyün Rusiyanın tərəfində olduğunu söyləmək mümkündür. Donbas istiqamətində Rusiya qoşunlarının lokal irəliləyişləri də var. Səbəb budur ki, Rusiya ötən ilin son aylarında səfərbərlik həyata keçirərək böyük canlı qüvvə ehtiyatı toplaya bildi. Bu yeni qüvvələr həm cəbhə xəttindəki boşluqları doldurmağa, həm də yeni hücum qruplaşmaları yaratmağa imkan verdi. Səfərbər olunanların hazırlıq səviyyəsi və təchizatı yüksək səviyyədə olmasa da, say çoxluğu aramsız hücumlarla irəliləyiş əldə etməyə imkan yaradır. Digər tərəfdən, bu kiçik uğurlarda "Vaqner" özəl hərbi şirkətinin də ciddi rolu var. Bu şirkət Rusiya həbsxanalarında yatan minlərlə məhkumu səfərbər edərək cəbhəyə yollayıb. Rusiya siyasi və hərbi rəhbərliyi üçün əsgərlərin həyatının zərrə qədər önəmi yoxdur, onlar hələ də 1-ci və 2-ci Dünya müharibələrinin təcrübəsinə uyğun olaraq, ağır itkilərə məhəl qoymadan, insan ehtiyatı hesabına cəbhədə vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar. Lakin biz görürük ki, Rusiya ordusunun bütün cəhdlərinə rəğmən, onlar Ukraynanın müdafiə xətlərini yarıb, dərinliklərə doğru irəliləyə bilmirlər. Rusiya ordusu bu səviyyədə itkilərlə mövcud hücum tempini uzun müddət davam etdirə bilməz. Ukrayna ordusu effektiv müdafiə olunur və komandanlıq hansısa yaşayış məntəqəsini saxlamağın mümkün olmadığını gördükdə qüvvələrini mütəşəkkil qaydada ikinci müdafiə xəttinə çəkir. Bu mərhələdə Ukrayna komandanlığının əsas məqsədi düşmənə mümkün qədər ağır zərbələr vurmaqla onun hücum potensialını tükətməkdir.
- NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynaya hərbi yardım münaqişəni daha da gərginləşdirə bilər. O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin qalib gəlməsi daha risklidir, nəinki eskalasiyanın dərinləşməsi. Sizcə, Qərbin Ukraynaya dəstəyi yetərli səviyyədədirmi?
- NATO baş katibinin sözlərinin izahı budur ki, Qərbdə bəzi çevrələr Ukraynaya hərbi yardımların artırılmasının daha böyük eskalasiyaya səbəb olacağından ehtiyatlanırlar. Bu çevrələr düşünür ki, Ukraynaya daha müasir silah sistemləri (uzaq məsafələrə zərbə endirən raketlər, döyüş təyyarələri və s.) vermək risklidir, çünki Rusiya bu halda kütləvi qırğın silahlarından istifadə edə bilər. Stoltenberq məhz bu cür düşünənlərə üzünü tutub deyir ki, Rusiyanın qələbəsi ehtimalı daha böyük riskdir, nəinki Ukraynanın silahlandırılması. Ukraynanı silahlandırmağa davam etmək lazımdır ki, o, özünü müdafiə edə bilsin və işğal altındakı ərazilərini qaytarsın.
Qərbin Ukraynaya hərbi dəstəyinin yetərli olub-olmamasına gəldikdə isə hesab edirəm ki, 2022-ci ildə bu dəstək yetərli olmadı. Qərb Ukraynanın bu barədə müraciətlərini təmin etməkdə gecikdi və eskalasiyadan qorxanların rəyinin qərarların qəbulunda rol oynaması nəticəsində gərəksiz ehtiyatlılıq nümayiş etdirildi. Nəticədə Ukrayna istədiyi sayda və sanbalda hərbi texnika əldə edə bilmədi, bu isə Ukrayna ordusunun hücum imkanlarına mənfi təsir göstərdi. Lakin son həftələrdə vəziyyətin dəyişməsi müşahidə olunur. Bilirsiniz ki, Qərb ölkələri Ukraynaya çoxlu sayda tank, zirehli texnika, artilleriya sistemləri, raket və digər silahlar göndərməyə qərar verib. Döyüş təyyarələri istisna olmaqla, Ukraynanın demək olar ki, bütün istəklərinə yaşıl işıq yandırılıb. Hazırda Ukrayna komandanlığı yaz-yay hücumlarına hazırlaşır. Bu silah-sursatların hamısı ünvana çatdıqdan (bu, elə də sadə iş deyil), Ukrayna əsgərləri bu yeni sistemlərdən istifadə qaydalarını öyrəndikdən və ehtiyat qüvvələrin təlimləri başa çatdıqdan sonra Ukrayna ordusunun genişmiqyaslı strateji hücum əməliyyatı başlayacaq. Əməliyyatların aprel və ya may ayında başlayacağı, bütün yay fəsli boyunca davam edəcəyi gözlənilir.
- Yazda Ukraynanın Krıma hücuma keçəcəyi ilə bağlı proqnozlar var. Bu proqnozlar nə qədər əsaslıdır?
- Şübhəsiz ki, yeni hücum əməliyyatında strateji hədəf Krım yarımadası olacaq. Bunun üçün əvvəlcə Ukrayna ordusunun Zaporojye və Xerson vilayətlərinin cənub hissəsini azad etməsi lazımdır. Bu, kifayət qədər çətin vəzifədir. Sirr deyil ki, Ukrayna komandanlığı Azov sahilinə enərək (Mariupol-Berdyansk-Melitopol istiqamətləri) Rusiyanın Krıma açdığı quru yolunu təkrar kəsmək istəyəcək. Rusiyanın bu müharibədə əldə etdiyi yeganə strateji uğur məhz Krıma quru yolu açmasıdır. Ukrayna bu yolu adını çəkdiyimiz 3 şəhərdən biri istiqamətində kəsməyə nail olsa, bir tərəfdən Rusiya ordusunun cənubdakı qruplaşmasını iki yerə bölmüş olacaq, digər tərəfdən isə Kerç körpüsünə təkrar zərbə endirərək Krımı faktiki olaraq blokada vəziyyətinə salacaq. Bu durumda Krımda və Xersonun cənubunda blokadada qalmış rus ordu qruplaşmasının orada uzun müddət müqavimət göstərməsi mümkün olmayacaq. Belə olan halda, Krımın taleyinin diplomatik yolla həll olunması da mümkündür. Yəni Ukrayna ordusu Krıma daxil olmadan bu ərazinin sülh danışıqları ilə Ukraynanın tərkibinə qaytarılması ehtimalı da var. Əlbəttə ki, Rusiya bu ehtimalları aydın şəkildə görür, bu səbəblə cənub istiqamətində müdafiə xətlərini möhkəmləndirir, oraya böyük qüvvə yığır. Bu səbəbdən Ukraynanın öz qarşısına qoyduğu məqsədlərə çatması heç də asan olmayacaq. Ola bilər ki, müharibə bu il bitməsin, amma qarşıdakı aylarda savaşın taleyini həll edəcək çox qanlı döyüşlərin baş verəcəyi şübhəsizdir.
Sual: Sizin də bildiyiniz kimi bioenerji indiki dövrdə bəzi insanların özl
Amerika şirkəti Viatris Rusiyaya ereksiya gücləndirici dərman "Viaqra&
Kaliforniya Universiteti (ABŞ) alimləri sübut edir ki, 3D-videooyunlar yadda�
Ötən il dekabrın 12-dən bu günədək aksiyanın keçirildiyi ərazidən 250
"Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalı və a
Quran oxuyan hər kəs onu başa düşər. Lakin bu məsələ hər bir insanın
"İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tama
Exinaseya bitkisi çox tanınmış təbii immuniteti stimullaşdıran bitkidir.
Müxtəlif qədim Şərq mənbələrində bu qarışıq cavanlığı və sağlam
İlham Əliyev: Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayan Erm
"Bizim səfirliyimizə qarşı terror aktından xəbəriniz var. Bu, Azərb
Sual: Mən Zariyat surəsindəki: "Mən insanları və cinləri ancaq Mən�
Həddən artıq isti, yağıntı, soyuq rütubət və digər i hadisələr insan