Qara istiot nə ilə faydalıdır?
Digərləri 18 Fev 2023 23:30:00 352 0
Dünyada ən populyar ədviyyatlardan biri olan qara istiotun vətəni Hindistan və Misirdir.
Bu xəbəri də oxu: Bakıda külək, rayonlarda şaxta olacaq
Qədim Misirdə istiot əvvəllər dini mərasimlərində istifadə olunurdu. Daha sonra istiotu qidalara əlavə etməyə başladılar.
Orta əsrlərdə istiot Avropaya gətirilib. Burada istiot həddindən artıq bahalı idi. İstiotdan yalnız çox varlı insanlar istifadə edirdi.
İstiot qədim zamanlardan müalicəvi vasitə kimi istifadə olunurdu. Qədimdə istiot ishalın, dəri xəstəliklərinin, impotensiyanın müalicəsində istifadə olunurdu.
Qara istiotun müxtəlif faydalı xüsusiyyətləri var. İstiot
- həzm prosesləri yaxşılaşdırır və stimullaşdırır, iştahanı artırır
- qidada olan faydalı maddələrin (ilk növbədə aminturşuların) mənimsənilməsini yaxşılaşdırır
- qıcqırma və köplə mübarizə aparır
- qan dövranını yaxşılaşdırır, qanı duruldur, tromblaşmanın qarşısını alır
- nəfəsalma orqanları selikdən təmizləyir
- maddələr mübadiləsi proseslərinə müsbət təsir edir, onları sürətləndirir
- piylənmənin qarşısını alır, arıqlamağa kömək edir
- bağırsaqlara antiseptik təsir edir
- bağırsaqları toksinlərdən, şlaklardan təmizləyir
- qurdqovucu təsirə malikdir
- orqanizmə iltihabəleyhinə təsir edir
- xoşbəxtlik hormonlarının (endorfin və serotonin) ifrazını aktivləşdirir
- şişəleyhinə təsirə malikdir.
Bəzi xəstəliklər və pozulmalar zamanı qara istiotun istifadəsi qadağandır. Bu xəstəliklər arasında: qastrit və mədə xorası, sidik kisəsi və böyrəklər iltihabları, hipertoniya, stenokardiya və s.
Lakin hətta tam sağlam insanlar da bu ədviyyatdan süi-istifadə etməməlidir. Bu onların sağlamlığında pozulmalara səbəb ola bilər.
Belə bir populyar fikir var ki, insan həqiqi mənada ürəkdən həyatı boyu
Sual: Siz keçən dəfə bir televiziya verilişində dediniz ki, həzrəti İsa
Politoloq Şahin Cəfərli Rusiya-Ukrayna müharibəsi ilə bağlı Musavat.com-
Sual: Sizin də bildiyiniz kimi bioenerji indiki dövrdə bəzi insanların özl
Amerika şirkəti Viatris Rusiyaya ereksiya gücləndirici dərman "Viaqra&
Kaliforniya Universiteti (ABŞ) alimləri sübut edir ki, 3D-videooyunlar yadda�
Ötən il dekabrın 12-dən bu günədək aksiyanın keçirildiyi ərazidən 250
"Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalı və a
Quran oxuyan hər kəs onu başa düşər. Lakin bu məsələ hər bir insanın
"İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tama
Exinaseya bitkisi çox tanınmış təbii immuniteti stimullaşdıran bitkidir.
Müxtəlif qədim Şərq mənbələrində bu qarışıq cavanlığı və sağlam