Quranın hamı tərəfindən başa düşülməsi
Digərləri 18 Fev 2023 21:40:00 305 0
Sual: Müəllim (İstanbul Universiteti İlahiyyat fakültəsinin professoru Abdulaziz Bayındır nəzərdə tutulur) Quran dərslərində iki məsələni xüsusi olaraq vurğulayır: Birincisi Quranın hamı tərəfindən başa düşülən bir kitab olması, hamı üçün qaynaq kimi kifayət etməsi, bəyan edici və izah edən olması məsələsi, ikincisi isə Qurandan hər kəsin hökm çıxara bilməməsi məsələsi. Bəs bu iki məsələ arasında tarazlıq necə qurulmalıdır? Əgər Quranı yaşayıb həyata keçirmək üçün oxuyan bir insana elə Quran özü kifayət edirsə (mən burada peyğəmbərin (s. a. v.) gözəl nümunə olmasını məsələnin xaricində saxlayıram), həmin insan nəyə görə Qurandan hökm çıxarmayacaq? Məgər hökm çıxarıla bilməyən bir Quran onun üçün həyat kitabı ola bilərmi?
Bu xəbəri də oxu: Bakıda “Mercedes” yandı
Cavab: Quran oxuyan hər kəs onu başa düşər. Lakin bu məsələ hər bir insanın bilik səviyyəsi, mədəni qabiliyyəti və tutumu ilə məhduddur. Belə ki, bir əkinçi və ya çoban da Quranı anlaya bilər, bir həkim, fizik və ya mühəndis də. Ancaq bunların başa düşdükləri bir-birindən fərli olacaqdır.
Quranı başa düşmək başqa məsələ, ondan hansısa hökm çıxarmaq başqa bir məsələdir. Hər bir müsəlman Quranı başa düşməlidir. Bu onun öhdəliyidir. Amma Qurandan hökm çıxarmalı deyil; çünki bu onun öhdəliyi deyil. Qurandan hansısa hökm çıxarmaq alimlərin işidir.
Allah belə buyurur: "Bu, bilən bir qövm üçün ayələri Ərəb dilində oxunuş olaraq izah edilmiş bir kitabdır" (Fussilət, 41/3).
Qövm sözü kişilər dəstəsi deməkdir. Lakin bu söz Quranda kişi və qadınlardan ibarət olan cəmiyyət mənasında işlədilib (Baxın: Rağib Əl-İsfahani, Müfrədat adlı lüğət, قوم bəndi). Quranın Ərəb dilində olması bu insanların arasında Ərəb dilini yaxşı bilənlərin olmasını vacib edir. Ali-İmran surəsinin 7-ci ayəsində də bildirildiyi kimi bunlar sıravi mütəxəssislər deyil, "ər-rasixunə fil-ilm", yəni, elmdə dərinləşmiş, möhkəm bir yer tutmuş və bəzi qəti nəticələrə varmış kəslərdir. Quranın içərisində olan izahlara məhz belə bir heyət çata bilər. Bu, torpağın içində olan qiymətli maddələri çıxartmaq kimi bir şeydir.
Sarımsaq damarları xolesterindən qoruduğu üçün beyinə də faydalıdır.
Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə
Hamımız başa düşürük ki, regionda vəziyyətə ikivektorlu yanaşma zəru
Sizə ürəyin sağlamlığını qoruyan çox faydalı dəmləmələri təqdim e
Aviasiya tarixi maraqlı və qanlı hadisələrlə dolu olsa da, bəzi möcüzə
Belçika və Almaniya alimləri orqanizmdə aşırı duzun immun sistemə təsir
Rusiyanın Omsk vilayətinin şimalındakı Ust-İşimski rayonunda sürücü av
Azərbaycan və Ermənistanın uzun sürən qarşılıqlı nifrət və düşmən
Sual: Mən elə vərdiş etmişəm ki, qüsl edərkən hamamda çox qalıram. Ba
Sual: Hamı Quranı oxuyub başa düşə bilər? Misal üçün deyim ki, mən Qu
Yod qalxanvari vəzinin normal fəaliyyəti üçün olduqca vacib olan maddədir
Zikr başa yerləşdirilib istifadə üçün hazır saxlanan məlumatdır. Onu a