Quranın zikr olması
Digərləri 18 Fev 2023 20:40:00 299 0
Zikr başa yerləşdirilib istifadə üçün hazır saxlanan məlumatdır. Onu ağla və dilə gətirməyə zikr deyilir (Rağib Əl-İsfahani, Müfrədat, ذ كر bəndi).
Bu xəbəri də oxu: Toy evində kütləvi DAVA ilə bağlı araşdırmalar başlayıb
Başlara yerləşdirilib istifadəyə hazır vəziyyətdə saxlanan əsl məlumat Allahın kitabında olandır. Buna görə də ilahi kitabların ümumi adı elə zikrdir. Allah buyurur:
أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ
"Bilin ki, qəlblər Allahı zikr etməklə aram olub rahatlıq tapar" (Rəd, 13/28).
Bunlar Allahın nazil etdiyi kitablardır. Bununla yanaşı, Allahın yaratdığı kitab, yəni, varlıqlar aləmi var. Orada müşahidə olunan şeylər də bir ayədir. Quranda bu barədə belə deyilir:
سَنُرِيهِمْ آَيَاتِنَا فِي الْآَفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ
"Biz ayələrimizi onlara həm ətraflarında, həm də öz daxillərində göstərəcəyik. Nəhayət, onun həqiqət olduğunu yaxşıca başa düşəcəklər" (Fussilət, 41/53).
Varlıqlar aləmindən götürülən (öyrənilən, əldə edilən) düzgün biliklər də zikrdir. Bu biliklərlə Allahın kitabı arasında bütöv bir uyğunluq var.
Peyğəmbərlər insanları təzəkkür etməyə çağırıblar. Təzəkkür isə öz növbəsində insanların zehnində mövcud olan biliyi hərəkətə keçirmək-canlandırmaq, yəni, xatırlamaqdır. Peyğəmbərlərin vəzifələri təzkir, yəni, xatırlatmaqdır (Ğaşiyə, 88/21). İbrahim peyğəmbər (ə. s.) bütə sitayiş edənlərə (bütpərəst): "Siz təzəkkür etmirsinizmi?", - deməklə: "Siz mənim dediklərimi öz ətrafınızdan öyrəndiyiniz məlumatlarla müqayisə edib etdiyiniz səhvi görmürsünüz?", - də deyirdi. Bu onları özlərini daxilən haqq-hesaba çəkməyə çağırışdır.
Ona görə də zikr universal xüsusiyyətə malik doğru məlumat deməkdir. Allahın kitabı bu xüsusiyyəti daşıyır.
Dövlət başçısı: "Yeni geosiyasi vəziyyət kommunikasiya layihələri
Türkiyəli fizioloq alim Levent Öztürk xərçəngin profilaktikası zamanı n
Fevralın 19-da müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.
Bu çox təsirli təbii müalicəvi vasitədir.
Xalq artisti Tünzalə Ağayeva sosial mediadakı paylaşımı ilə diqqət çə
Rusiya-Ukrayna müharibəsindən sonra ümumi geosiyasi vəziyyət tamamilə də
Biz Qarabağdakı erməni azlığı ilə danışmağa hazırıq - amma Rusiyadan
"Son aylarda maska və digər gigiyena vasitələrindən istifadənin azalm
İlkin variantda görüşdə Ermənistan baş nazirinin iştirakı nəzərdə tu
İsrail nümayəndə heyəti Efiopiyada Afrika İttifaqının (Aİ) sammitinin a
Türkiyədə baş verən zəlzələdən sonra başladılan axtarış-xilasetmə
Saçların vəziyyətinə və sağlamlığına saçlara edilən düzgün qulluq
Azərbaycan və Ermənistan arasında düşmənçilik başa çatmalıdır.
Xəbər verdiyimiz kimi, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində C