Cümə namazından sonra başqa namaz qılmaq lazımdır?
Digərləri 18 Fev 2023 20:20:00 328 0
Allah Təala belə buyurur:
Bu xəbəri də oxu: Motosikletlə qırmızı işıqdan keçib qəza törətdi
"Namaz qurtaran kimi yer üzünə dağılın və Allahın lütfündən ruzi istəyin". (Cümə, 62/10)
Əbu Musa Əl-Əşarinin oğlu Əbu Bürdə rəvayət edir ki, Ömərin oğlu Abdulla məndən belə bir sual soruşdu:
"Sənin atan heç peyğəmbərdən (s. a. v.) cümə namazının vaxtı ilə əlaqədar bir şey rəvayət edib?".
Mən də cavabında:
"Peyğəmbər cümə namazı vaxtının pişnamazın (minbərdə) oturduğu vaxtdan namazın qurtarmasına qədər olan vaxt olduğunu buyurub" - dedim.
İki rükətlik cümə namazı qılınandan sonra dərhal dağılışmaq lazımdır. Yuxarıdakı ayə məhz bunu əmr edir.
Abdulla ibn Ömər belə dedi:
"Peyğəmbər əleyhissəlam cümə namazından sonra məsciddən çıxana qədər namaz qılmırdı, çıxıb gedəndən sonra öz evində iki rükət qılırdı".
Abdulla ibn Ömər bir cümə günü elə olduğu yerdə iki rükət namaz qılan bir adam gördü və onu dümsükləyib dedi:
"Cümə namazını dörd rükət qılmaq istəyirsən?".
Abdulla özü evində iki rükət namaz qılıb belə deyərdi:
"Rəsulullah (s. a. v.) belə qılardı".
Əta Abdulla ibn Ömər haqqında aşağıdakıları demişdir:
"O, cümə namazını Məkkədə qılanda irəli keçib iki rükət, sonra lap qabağa gedib dörd rükət namaz qılırdı. Mədinədə olanda isə cümə namazının fərzini qılıb evinə gedirdi. Evində də iki rükət namaz qılırdı. Məsciddə qalmırdı və beləliklə, peyğəmbərin də belə etdiyini deyirdi". Nafinin də belə dediyinə dair bir rəvayət vardır:
"Ömər cümə namazından əvvəl namazı uzadır, sonra isə öz evində iki rükət qılır və deyirdi":
"Rəsulullah (s. a. v.) da belə edərdi".
Əbu Hüreyrəyə gəlincə o, peyğəmbərin (s. a. v.) belə buyurduğunu bildirib:
"Bir şəxs cümə namazından sonra dörd rükət namaz qılsın. Cümə namazından sonra namaz qılacaqsınızsa, dörd rükət qılın".
Əs-Saib belə demişdir:
"Bir gün Müaviyə ilə birlikdə məqsurədə cümə namazı qılırdıq, pişnamaz salam verib namazı başa vurdu. Mən ayağa qalxıb elə olduğum yerdə namaz qılmağa davam etdim. Müaviyə bir nəfəri mənim yanıma göndərdi və belə dedi":
"Bir də belə iş görmə! Cümə namazından sonra məsciddən bayıra çıxmamış, yaxud da bir az danışmamış başqa namaz qılma. Çünki peyğəmbər (s. a. v.) bizə belə əmr etmişdi.
Danışmadıqca, yaxud da məsciddən çıxmadıqca namazların bir-birinə əlavə olunmamasını tələb etmişdi".
Türkiyədə baş verən zəlzələdən sonra başladılan axtarış-xilasetmə
Saçların vəziyyətinə və sağlamlığına saçlara edilən düzgün qulluq
Azərbaycan və Ermənistan arasında düşmənçilik başa çatmalıdır.
Xəbər verdiyimiz kimi, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində C
İnsanlar həmişə ən çox dua və ibadət məsələsində yanılıblar. Böy�
"Rəhmətlik" Minsk Qrupunun xiffətini çəkənlər deyəsən yalnız
Azərbaycan bu gün qlobal miqyasda özünün formalşdırdığı reallıq müst
İsveçrənin "Diprospan" ticarət adlı dərman vasitəsinin bəzi se
Luqansk vilayəti və Donetsk, eləcə də Xarkovda rus ordusunun hücumunun qar
Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən b
"Sərhədçi" idman kompleksində kikboksinq üzrə məşqçi olmuş N
Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Danıştay-a (Türkiyənin inzibati məhkəmə orqanı) hücumu təşkil edən v