Rusiyanın əsl gücünü hələ qarşıda görəcəyik
Dünya 17 Fev 2023 11:38:00 291 0
Bəzən Ukrayna və Qərb ölkələrinin mətbuatı xalqa, eyni zamanda hərbçilərə hesablanmış belə təbliğat materiallarına müraciət edirlər. Fikrimcə, Rusiyanın silah ehtiyatlarının tükənməsi ilə bağlı yayılan məlumatlar daha çox təbliğat xarakteri daşıyır.
Bu xəbəri də oxu: Trüdonu əvəz edə bilər
Son.az xəbər verir ki, bu sözləri Axar.az-a Qərb mətbuatında Rusiyanın hərbi gücünün zəifləməsi haqqında yayılan məlumatlar və müharibənin gedişatı haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.
O, Rusiyanın əlində SSRİ dövründən böyük silah arsenalının qaldığını qeyd edib:
"İndiyədək dəfələrlə Rusiyada raket ehtiyatlarının tükənmək üzrə olduğu haqda açıqlamalar verilib. Lakin sözügedən açıqlamalarda məsələ haqqında təfərrüat tam şəkildə göstərilmir və adətən belə informasiyalar yayılandan sonra Rusiya yenə Ukrayna şəhərlərini atəşə tutur.
Vaxtilə SSRİ bütün dünya ilə uzunmüddətli müharibəyə hazırlaşırdı. Hazırlıq nəticəsində yığılan arsenalın 80-90%-i Rusiya ərazisində qalıb. Ukrayna müharibəsində qısa müddət ərzində bunların tamamilə sıradan çıxarılması mümkün deyil. Rusiyanın bəzi silahları köhnəlib, dəqiqliyə, sürətə və s. parametrlərə görə Qərb analoqlarından geri qala bilər, amma onların tükənməyi tamamilə absurd məsələdir. Hətta Rusiyada minlərlə, on minlərlə raketin, tankın və digər hərbi texnikanın baxımsızlıqdan çürüdüyü yerlər var. Digər tərəfdən Rusiyada bəzi zavod və fabriklərdə istehsalın 24 saata keçməsi ilə bağlı xəbərlər mövcuddur. Xüsusilə Ural zavodları üç növbəli istehsala keçiblər, demək olar ki, hər gün cəbhəyə hərbi texnika göndərilir".
Ekspertin sözlərinə görə, hazırda Ukrayna ilə bir cəbhə, təmas xətti formalaşıb:
"Nə Rusiya irəli gedib işğala davam edə, nə də Ukrayna öz ərazilərini qurtara bilir. Rusiyanın yaxın dövrdə yeni hərbi hücuma hazırlaşdığı haqqında açıqlamalar var. Ukrayna isə hücumların dəf edilməsi üçün 300-700 arasında tanka ehtiyac olduğunu bildirir. Qırıcı təyyarələrin Ukraynaya verilməsinə isə Avropa ölkələri, xüsusilə də Almaniya qarşı çıxır. Böyük ehtimal Rusiya da, ABŞ-ın liderlik etdiyi Qərb ölkələri də əsas öldürücü, güclü silahlarını son mərhələyə saxlayır. Görünən odur ki, qarşıdan daha ağır döyüşlər gəlir. Fikrimcə, yalnız bu zaman Qərbin Ukraynanın nə qədər yanında olduğunu, Rusiyanın da əlindəki bütün gücünü görəcəyik".
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qərb dövlətləri növbəti dəfə Azərbaycanda gərginlik yaratmağa, sabitl
İsraildə Rusiya və İran arasında PUA istehsalı sahəsində yeni əməkdaş
"Fevralın 14-də telefona, şəhidimin adına bir mesaj gəldi. Baxdım, o
Avrora Qrup ixrac imkanlarını genişləndirmək, yeni bazarlara çıxış əld
Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş dağ
Azərbaycanın aqrar parklarında İsrail şirkətləri ilə birgə əməkdaşl�
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın
Fevralın 16-də Kiyevə səfər edən İsrailin xarici işlər naziri Eli Koen
NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzana bilər, bu səbəbdən
ABŞ Prezidenti Co Bayden 9 gün ərzində vurulan və biri Çinə aid hava şar
Türkiyənin Hatay şəhərinin Antakya rayonunun Odabaşı məhəlləsində tə