261 saat sonra 2 nəfər dağıntılar altından sağ çıxarılıb
Dünya 17 Fev 2023 08:25:00 353 0
Türkiyənin Hatay şəhərinin Antakya rayonunun Odabaşı məhəlləsində təbii fəlakətdən 261 saat sonra zəlzələdən çökmüş binanın dağıntıları altından 2 nəfər sağ çıxarılıb.
Bu xəbəri də oxu: Gəlin bəyin hədiyyəsinə görə toyu ləğv etdi
Son.az "report"a istinadən bildirir ki, bu barədə "Anadolu" məlumat yayıb.
Bildirilib ki, qurtarılan şəxslər 26 yaşlı Mehmet Ali Şakiroğlu və 33 yaşlı Mustafa Avcıdır.
Hadisə ilə bağlı Türkiyənin səhiyyə naziri də tviterdə sevincini paylaşıb: "Bu gecə bir daha gözümüz aydın. 33 yaşlı qardaşımız Mustafa dağıntılar altından zəlzələnin 261-ci saatında qurtarılıb. İlkin tibbi müdaxilə Hatay Səhra Xəstəxanasında edilir".
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər dünyasını dəyişib.
Rusiya Avstriyanın dörd diplomatını arzuolunmaz şəxsi elan edərək onlar�
Rusiya ötən ilin 24 fevralındakı səviyyədə Ukraynaya hücumu təkrarlaya
Moldova parlamenti keçmiş daxili işlər naziri, prezidentin milli təhlükəs
Ümid edirəm ki, Belarus Ukraynaya qarşı müharibəyə girməyəcək.
"Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tə
İraqın paytaxtı Bağdadın şimalında yerləşən ABŞ hərbi bazasının ə
Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyədə baş verən dağıdıc�
Fransa ilk AMX-10RC tanklarını Ukraynaya təhvil verib.
Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini i�
Türkiyədə zəlzələdən daha bir nəfər dağıntılar altından çıxarıl�