Könüllülərimiz zəlzələ bölgəsində fəaliyyətini davam etdirir
Digərləri 17 Fev 2023 10:21:00 269 0
Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş dağıdıcı zəlzələnin ilk saatlarından Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında olaraq təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dəstək nümayiş etdirir. Ötən həftədən etibarən Azərbaycan gəncləri də təbii fəlakətin baş verdiyi ərazilərə yollanaraq, zərərçəkənlərə müxtəlif xidmətlərin göstərilməsi məqsədilə könüllü şəkildə qardaşlıq borcunu yerinə yetirirlər.
Bu xəbəri də oxu: Toy evində kütləvi DAVA ilə bağlı araşdırmalar başlayıb
Azərbaycan Gənclər Fondundan Son.az-a bildirilib ki, ötən gün ərzində könüllülərimiz ənənəvi olaraq müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi və paylanmasını həyata keçiriblər. Eyni zamanda, azərbaycanlı gənclər zərərçəkmiş şəxslərə səyyar şəkildə isti içkilər təqdim edib, müxtəlif məhəllələrdə səyyar yardım paylanılmasında, eləcədə iki kəndə səyyar yardım daşınmasında fəal iştirak ediblər.
Bununla yanaşı, zəlzələdən zərər çəkmiş uşaqların asudə vaxtının səmərəli təşkili məqsəd ilə uşaqlar üçün nəzərdə tutulmuş iki çadırda könüllülərimiz xidmət göstərib. Əlavə olaraq, Kahramanmaraşın Sütçü İmam Universitetinin ərazisində yaradılmış çadır şəhərcikdə də yerli əhaliyə çay paylanılıb və iki çadırdan ibarət uşaq bağçası qurularaq istifadəyə verilib.
Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının (AK Parti) Kayseri millət vəkili İsmail Emrah Karayelin başçılıq etdiyi nümayəndə heyəti könüllülərimizin Kahramanmaraşdakı düşərgəsinə baş çəkib, Azərbaycan könüllülərinə təşəkkürünü bildirib.
Azərbaycanın aqrar parklarında İsrail şirkətləri ilə birgə əməkdaşl�
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın
Fevralın 16-də Kiyevə səfər edən İsrailin xarici işlər naziri Eli Koen
NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzana bilər, bu səbəbdən
ABŞ Prezidenti Co Bayden 9 gün ərzində vurulan və biri Çinə aid hava şar
Türkiyənin Hatay şəhərinin Antakya rayonunun Odabaşı məhəlləsində tə
Rusiya Avstriyanın dörd diplomatını arzuolunmaz şəxsi elan edərək onlar�
Rusiya ötən ilin 24 fevralındakı səviyyədə Ukraynaya hücumu təkrarlaya
Moldova parlamenti keçmiş daxili işlər naziri, prezidentin milli təhlükəs
Ümid edirəm ki, Belarus Ukraynaya qarşı müharibəyə girməyəcək.