Avropa Bakıya qarşı yeni çirkin planını işə saldı
Siyasət 17 Fev 2023 11:18:00 326 0
Qərb dövlətləri növbəti dəfə Azərbaycanda gərginlik yaratmağa, sabitliyi pozmağa qərar verib. Yenə də ənənəvi metodlarla - daxili siyasi vəziyyətə müdaxilə və manipulyasiyanın sərtləşdirilmiş mexanizmləri ilə. Uzun illər davam edən Soyuq Müharibədən sonra qarşılıqlı enerji əlaqəsi dalğasında yaranan kövrək atəşkəs və siyasi əməkdaşlıq real təhlükə altındadır.
Bu xəbəri də oxu: Afaq Gəncəli FOTOları ilə diqqət çəkdi
Özlərinə daxildə müttəfiqlər də tapıblar. Yeni "antidemokratik" media qanunundan "qəzəblənən" marjinal bir ovuc qərbyönlü jurnalistlərlə Qərbin diplomatik korpusu arasında məsləhətləşmələr aparılıb. Ən paradoksal hal odur ki, ABŞ, Kanada, Fransa, Almaniya diplomatik missiyalarının rəhbərlərinin iştirakı ilə keçirilən görüş Aİ-nin Bakıdakı missiyasının rəhbəri Piter Mixalkonun təşəbbüsü ilə keçirilib.
Qapalı qapılar arxasında məsləhətləşmələrin maraqlı təfərrüatları bəlli olub. Süfrənin başında soyuq müharibənin tanınmış simaları - Sorosun yeni televiziya layihəsinin rəhbəri Ülvi Həsənli və "Turan"ın rəhbəri Mehman Əliyev. Təbii ki, Xədicə İsmayılovasız məclis olmazdı. Sorosun yeni layihəsi - Toplum TV ilə birgə.
Qərbyönümlü anti-Azərbaycan qüvvələr səfirlərlə birlikdə ortaq məxrəcə gəliblər: fevralın ikinci yarısından başlayaraq qərbyönlü liberallar müxalifət qüvvələri ilə birlikdə Azərbaycan hökumətinə qarşı şiddətli informasiya kampaniyasına start verirlər. Lakin içlərində bir qədər düşüncəli Qərb diplomatlarından biri planlaşdırılan beynəlxalq kampaniyanın Azərbaycan hökuməti ilə münasibətləri pisləşdirəcəyindən ehtiyat etdiyini bildirib. O hesab edib ki, rəsmi Bakı bu hücumları Laçın yolunda yaranmış gərgin vəziyyətlə əlaqədar təzyiq göstərmək üçün bəhanə kimi qəbul edəcək. Amma görüşdə iştirak edən fransalı diplomat arqumentlərlə razılaşmayaraq, həmkarlarını bütün diqqətin Azərbaycanda insan haqları məsələlərinə yönəltməyə çağırıb.
Yayılan məlumata görə, səfirlər qərbyönümlü qeyri-hökumət təşkilatları ilə eyni tipli məsləhətləşmələr aparmağa hazırlaşır. QHT-lərin etiraz kampaniyası baxımından avropalılar Qərb qrantlarını almaq üçün siyasi və hüquqi imkanların genişləndirilməsi tələbini irəli sürmək istəyirlər. Qərb səfirləri hətta müxalifətin radikal qanadı - Azərbaycandan qovulmuş QHT-lərə də subsidiyalar ayırmaq imkanını nəzərdən keçirirlər.
Şübhəsiz ki, bu görüşün, planın açıq-aşkar məqsədi Bakıya kütləvi təzyiq göstərməkdir. Qərb yenidən Soyuq Müharibə dövründə sınaqdan keçirilmiş liberal dayağa müraciət edir və təzyiq mexanizmlərini - insan haqları və demokratiya ilə bağlı problemləri canlandırır. Qlobal qarşıdurma, sistemli regional problemlərin, İran və Ukrayna fəlakətinin bütöv bir qarmaqarışıqlığı dövründə Qərb Bakı ilə barışmaz mübarizə aparmaq üçün daxili siyasi vəziyyətin sabitliyini pozan strukturu yenidən yaradır ki, bu da öz tərəfdarlarının aktivləşməsini nəzərdə tutur.
Regional gündəliyin bütün məsələləri və Qarabağ nizamlanması ilə bağlı İrəvanla birgə çıxış edən Fransa səfirliyinin xüsusi mövqeyi narahatlıq doğurur. Fransa Almaniya və Brüssellə birlikdə canlandırılan daxili etirazın köməyi ilə Azərbaycan hökumətinə təzyiq göstərməyə son gücü ilə çalışacaq. Laçın yolunda azərbaycanlı fəalların davam edən etiraz aksiyaları ilə bağlı rəsmi Bakıya ünvanlanan bütün cəhdlər, danışıqlar və xahişlər uğurlu nəticə verməyib. Qərb daxili təzyiq mexanizmlərinin köməyi ilə güclü təzyiq variantına keçir.
Kollektiv Qərbin məqsədi Bakıda aydındır və hamıya məlumdur - etiraz aksiyasını dayandırmaq, sərhədə polis qüvvələrinin yerləşdirilməsi ilə bağlı razılığa nail olmaq, bunun hərbi missiyaya çevrilməsi perspektivi, aydın ifadə olunmuş məqsədi güdür - Rusiya sülhməramlılarını Qarabağdan, Rusiya hərbi bazasını isə Ermənistan ərazisindən çıxarmaq.
Nəticə budur ki, Qərbin məqsədi Qarabağda sülh deyil, regionda geosiyasi paritetdir. Azərbaycan böyük geosiyai oyunlarda iştirak etmir və yeni paritetlərin və konsensusların formalaşmasına qatılmır. Geosiyasi toqquşmalar bu kiçik Cənubi Qafqaz dövlətinin maraqları zonasından kənardadır. Problem başqadır - Qərb Azərbaycanın maraqları hesabına yeni paritet tətbiq etməyə çalışır. Qərb nəinki Azərbaycanın maraqlarını asanlıqla qurban verməyə hazırdır, hətta parazitlik edərək, daxili siyasi sabitliyi, hətta suveren dövlətin milli təhlükəsizliyini belə qurban verir.
İsraildə Rusiya və İran arasında PUA istehsalı sahəsində yeni əməkdaş
"Fevralın 14-də telefona, şəhidimin adına bir mesaj gəldi. Baxdım, o
Avrora Qrup ixrac imkanlarını genişləndirmək, yeni bazarlara çıxış əld
Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş dağ
Azərbaycanın aqrar parklarında İsrail şirkətləri ilə birgə əməkdaşl�
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın
Fevralın 16-də Kiyevə səfər edən İsrailin xarici işlər naziri Eli Koen
NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzana bilər, bu səbəbdən
ABŞ Prezidenti Co Bayden 9 gün ərzində vurulan və biri Çinə aid hava şar
Türkiyənin Hatay şəhərinin Antakya rayonunun Odabaşı məhəlləsində tə
Rusiya Avstriyanın dörd diplomatını arzuolunmaz şəxsi elan edərək onlar�
Rusiya ötən ilin 24 fevralındakı səviyyədə Ukraynaya hücumu təkrarlaya