Araik Əliyevin tələbini icra etməyə çalışır
Siyasət 16 Fev 2023 08:12:00 307 0
Qarabağ "hakimiyyəti" (Xankəndidəki qanunsuz silahlı birləşmələr - red.) sakitləşmir. İndi də "konstitusiya dəyişikliyi" prosesinə başlayıb. Onların bəyan etdiyi məqsədlərinə inanmıram. Bu məqsədlərə çatmağın başqa yolları da var. Və bunu çox yaxşı bilirlər. Problem başqa yerdə - Araikin hər kəsi razı salmaq, hamını qane etmək üçün bitmək bilməyən çalışmağındır. Üstəlik, "hamını" deyəndə həqiqətən də hamını nəzərdə tuturam: Əliyev, Paşinyan, Putin, Qarabağ elitası, erməni müxalifəti və s.
Bu xəbəri də oxu: Minsk qrupu gələn il ləğv olunacaq?
Son.az axar.az-a istinadən bildirir ki, bunu erməni politoloq Qrant-Məlik Şahnazaryan deyib.
"Və o, bunu bacaracağını düşünür. Əliyev Ruben Vardanyanın Qarabağdan çıxmasını istəyir? Araik deyir, buyurun. Paşinyan Samvel Babayanı Qarabağda vəzifəyə təyin etmək istəyir? Araik cavab verir, olar. Rusların arzuları varmı? Araik yenə də deyir, problem yoxdur. Onlar belə yaşayırlar: bu gün qərar verib, ertəsi gün dəyişdirməklə. Arutyunyanın taktikası belədir. İndi "konstitusiya"ya dəyişiklik edilir. Deyirlər ki, bu, Samvel Babayanın istəyi ilə edilir. Sonuncu Qarabağda "baş nazir" olmaq istəyir. Ya da "prezident" ola bilər. Bu, Araikin Qarabağa son xidməti olacaq. Təbii ki, sabah yenə fikrini dəyişməsə", - o bildirib.
Qeyd edək ki, Arutyunyan "prezident vəzifəsi"nin boş qalacağı təqdirdə "konstitusiya"ya dəyişiklik etməyə çalışır. Onun təklifinə görə, fors-major və ya hərbi vəziyyət halında "prezident" "istefa" verdikdə, yaxud öldükdə "parlament" yeni "prezident" "seçə" bilər.
Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe zəlzələ bölgəsinin yenid�
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqra
Ağız suyu vəzilərinin 2 funksiyası vardır: - sekretor funksiya - inkreto
İran ETTELAAT-ı həbs olunanların işinə "bu təqsirləndirilən şəxs
ABŞ dövlət katibi Entoni Blinken Avropa turnesinə yola düşür, o, fevralı
Əsas vacib məsələ odur ki, AB-nin sözügedən missiyası Azərbaycanın yox
Mədənin hərəki funksiyasının pozulmasına mədə divarında əzələ qişa
Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələ bölgəsində fəaliyyə
Udma aktı mürəkkəb fizioloji proses olub 2 fazadan ibarətdir: - iradi faza
Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya v�
Sağlam insanın bağırsaqlarında saprofil bakteriyalar olur. İnsan nəcisini
Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət