Öd daşları və onların növləri
Digərləri 16 Fev 2023 08:21:00 253 0
Öd daşları tərkiblərinə görə bir-birindən fərqlənir. Radiar xolesterin daşları. Radiar xolesterin daşları kürə və ya oval şəklində olur.Onların en kəsiyində radial istiqamətli kobud xətlər nəzərə çarpır. Bəzən xətlər daşın mərkəzində piqmentdən və kalsium duzlarından ibarət olan kristallaşma nüvəsinin ətrafında bir-birilə kəsişir. Lakin çox vaxt kristallaşmanın özəyi olmur. Bu daşlar ödün tərkibində olan xolesterinin çöküntüyə keçməsi nəticəsində əmələ gəlir. Qarışıq xolesterin-duz daşları. Bu daşlar öd kisəsinin və öd yollarının iltihabi nəticəsində əmələ gəlir. Onların koaqulyasiyaya uğramış zülalları ödün tərkibinə keçir. Bu zaman özəyi xolesterindən olan üzərində konsentrik dairələr şəklində başqa maddələr yerləşən daşlar əmələ gəlir. Piqment daşları. Bu daşların rəngi tünd olur, ölçüləri iri olmur. Onlar nadir hallarda öd kisəsində və ya öd yollarında əmələ gəlirlər. Bu daşların tərkibi əsasən bilirubindən ibarət olur. Əhəng daşları. Bu daşlar nekrozlaşmış hüceyrələrin və ya koaqulyasiyaya uğramış zülalların üzərinə çökən kalsium duzlarından ibarətdir. Piqment-əhəng daşı Bu daşlar zülal təbiətli nüvədən, öd piqmentlərindən, kalsium duzlarından və az miqdar misdən ibarətdir.
Bu xəbəri də oxu: Bizə su qiymətinə satılan farşın içində əslində nələr var?
Bu gündən Azərbaycanda ticarət obyektlərində alış-veriş zamanı polieti
Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım xarakteri daşı
"Rusiya əvvəl ekspertlər, indi isə rəsmi səviyyədə Ermənistana xə
Qarabağ "hakimiyyəti" (Xankəndidəki qanunsuz silahlı birləşməl
Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe zəlzələ bölgəsinin yenid�
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqra
Ağız suyu vəzilərinin 2 funksiyası vardır: - sekretor funksiya - inkreto
İran ETTELAAT-ı həbs olunanların işinə "bu təqsirləndirilən şəxs
ABŞ dövlət katibi Entoni Blinken Avropa turnesinə yola düşür, o, fevralı
Əsas vacib məsələ odur ki, AB-nin sözügedən missiyası Azərbaycanın yox
Mədənin hərəki funksiyasının pozulmasına mədə divarında əzələ qişa
Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələ bölgəsində fəaliyyə