Heydər Əliyev adına Hərbi İnstituta kursant qəbulu qaydaları açıqlanıb VİDEO
Digərləri 14 Fev 2023 09:55:00 333 0
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 2023/2024-ci tədris ili üçün kursant qəbulunun qaydaları açıqlanıb.
Bu xəbəri də oxu: 2024cü ildə quqlda ən çox onları axtardılar
Son.az Mudafiə Nazirliyinə istinadən həmin qaydaları təqdim edir.
I.ÜMUMİ MÜDDƏALAR
Tədris dili: Azərbaycan dili Təhsil forması: əyani Təhsil müddəti: 4 il Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər. Heydər Əliyev adına Hərbi İnstituta qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 153 AZN məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir. Heydər Əliyev adına Hərbi İnstitutun məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir.
II. SƏNƏDLƏRİN QƏBULU Heydər Əliyev adına Hərbi İnstituta qəbul olmaq istəyən namizədlər 1 aprel 2023-cü il tarixindən 30 aprel 2023-cü il tarixinədək ərizə ilə Hərbi İnstitutun rektoruna müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır: - abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış; - şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə); - tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün orta məktəbdən verilmiş arayış); - doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti; - nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda); - uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda); - oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə; - evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış; - rəngli fotoşəkil (baş geyimsiz, anfas) - 6 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə; - 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri; - elektrokardioqramma; - qanın ümumi analizi, qan qrupu və rezus-faktor; - qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri; - qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri; - sidiyin ümumi analizi; - psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar. İnstituta "Təyyarəçilik" ixtisası üzrə daxil olmaq istəyənlər yuxarıda göstərilmiş sənədlərdən əlavə olaraq nəcisdə helmintlərin yumurtalarının və lyambliyaların sistlərinin müayinəsinə dair tibbi sənəd də təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.
III. HƏRBİ İNSTİTUTA QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR Namizədlər Heydər Əliyev adına Hərbi İnstitutda yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən müraciət etmiş şəxsə bildirilir. Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasında müayinədən Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər. Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması Heydər Əliyev adına Hərbi İnstitut rektorunun sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir. Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir. Heydər Əliyev adına Hərbi İnstituta qəbul üçün keçiriləcək qəbul imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır. Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı I ixtisas qrupunun fənləri üzrə keçirilir. Namizədlər Heydər Əliyev adına Hərbi İnstituta Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"na uyğun olaraq mərkəzləşdirilmiş qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən imtahanlarda əldə etdikləri nəticələr əsasında qəbul edilirlər. Sənədlər Heydər Əliyev adına Hərbi İnstitutda yaradılmış komissiya tərəfindən qəbul olunur. Ünvan: Bakı şəhəri, Polad Həşimov küçəsi 9 (əlaqə telefonu: 012-479-78-40). Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 036-544-00-15, 036-544-00-16). Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək. Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Heydər Əliyev adına Hərbi İnstitutun internet saytında yerləşdiriləcək.
Azərbaycan bərpa olunan enerji üzrə regional mərkəzə çevrilə bilər.
Ucarda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
Zəlzələ bölgələrində hər cür yardıma ehtiyacımız var. Hazırda isti
Ermənilər bir daha dünyaya öz xislətlərini, əsl simalarını nümayiş e
Türkiyəli müğənni Demet Akalın zəlzələdə zərərçəkənlərə yardım
Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətinin İnqulets kəndini atəşə
Gənəcərçək yağından indiyə kimi qarın işədici və tük diblərini mö
Qaxanvarı vəzi endokrin vəzlərdən biri sayılır. Qalxanvari vəzi trioksin
Limfa düyünləri kapsullu limfoid orqan olub orqanizmin hər tərəfində yerl
Bakının Suraxanı rayonunda 18 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı
ABŞ İsrailin İordan çayının qərb sahilində yaşayış məntəqələrini
Qədim zamanlarda sağlam yollarla hazırlanmış kvasdan çəkini azaltmaq məq
Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiya ilə müharibənin başlamas�
ABŞ-ın Ohayo ştatında yüz tonlarla təhlükəli, kanserogen vinilxloridin d