Hidayət də, zəlalət də Allahdandır?


Digərləri 12 Fev 2023 23:40:00 325 0

Hidayət də, zəlalət də Allahdandır?

Qurani-Kərimdə ən çox rast gəlinən kəlmələrdən ikisi "hidayət" və "zəlalət" kəlmələridir. Bu kəlmələr müxtəlif forma və mənalarda Quranda dəfələrlə xatırlanır. Dindar insan hər gün ən azından gündəlik namazları qılarkən Fatihə surəsini oxumaqla Allahdan onu düzgün yola (sıratəl-müstəqimə) hidayət etməsini diləyir, özünü zəlalətə düçar olmuşların arasında görməməyi arzu edir. Kəlam və əqidə kitablarında da hidayət və zəlalər mövzusu geniş şəkildə araşdırılır, hətta İslam tarixinin bəzi dövrlərində bu mövzuda alimlər arasında qızğın mübahisələr getmişdir.

Bu gün də istər dini mövzulu kitablarda, istərsə də cəmiyyət içində gedən müzakirələrdə hidayət və zəlalət barədə fikirlərə tez-tez rast gəlirik. Xüsusilə, insanları düşündürən, mübahisələrə səbəb olan, əksər hallarda yanlış anlaşılan məsələlərdən biri budur: "İnsanları hidayət edən və zəlalətə salan Allahdır? Əgər Allahdırsa, o halda zəlalətə düşənlərin günahı nədir? Əgər onlar Allahın istəyi ilə azğınlığa düçar olublarsa, niyə axirətdə onlara cəza veriləcək?" Bu suallar əsasən Qurani-Kərimin aşağıdakı ayələrini oxuyan zaman qarşıya çıxır: "...Allah istədiyi kimsəni zəlalətə salar, istədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (İbrahim, 4) "...(Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər. Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız!" (Nəhl, 93).

Bu suala cavab verməzdən əvvəl hidayət və zəlalətin mənaları və növləri barədə qısa məlumat verməyi faydalı hesab edirik. Bunları düzgün anlamadan yuxarıdakı suallara qənaətbəxş cavab tapmaq və ya verilən qənaətbəxş cavabı başa düşmək mümkün olmaz. Qeyd edək ki, mövzu kifayət qədər mürəkkəb və əhatəli olduğu üçün, oxucuların asan anlaması xatirinə, hər kəsin başa düşəcəyi şəkildə sadə izahlar verməklə kifayətlənirik, mürəkkəb fəlsəfi və etiqadi bəhslərə girmirik.

"Hidayət" sözünün lüğəti mənası lütf və mehribanlıqla başqasını yönəltmək, ona bələdçilik etməkdir. Yəni hidayətin kökündə yaxşılıq, mehribanlıq, şəfqət hissləri durur. Başqasını pis yola, səhv istiqamətə yönəltməyi heç zaman hidayət adlandırmaq olmaz və buna heç yerdə rast gəlmirik.

Bunun əksi olaraq, "zəlalət" sözünün mənası azmaq, düzgün yolu itirməkdir. Bu iki kəlmə bir-biri ilə tam ziddiyyət təşkil edir. Hidayət və zəlalət, məna etibarilə varlıq və yoxluq kimidir. Yəni birinin olduğu yerdə o biri olmaz. Hidayət olan yerə zəlalət yol tapa bilməz, zəlalətin mövcud olduğu yerdə isə hidayətə yer yoxdur. Hidayət olmasa, onun yerini zəlalət tutar. Beləliklə, zəlalət bir kəsə verilə, bağışlana bilməz, çünki zəlalət - hidayətin yoxluğu deməkdir, yoxluğu (heçi) vermək olmaz. Bir kəsdən hidayətin alınması elə onun zəlalətə salınması deməkdir. Bu mənada Allahın kiməsə zəlalət verdiyini təsəvvür etmək düzgün deyil. Əgər Allah bir kəsi hidayət etməsə, o kəs demək ki zəlalətdədir.

Hidayətin növləri barədə alimlərin fərqli fikirləri vardır. Mövzu ilə bağlı əksər kitablarda hidayəti "təkvini" və "təşrii" olmaqla iki yerə böıürlər. Bundan əlavə, tovfiqi, xüsusi, ümumi, üxrəvi (axirətə aid) hidayət növləri barədə danışan alimlər də olmuşdur. Bu fərqlilikləri daha geniş müzakirələrin öhdəsinə buraxaraq yalnız geniş yayılmış təsnifata əsasən, təkvini və təşrii hidayət barədə məlumat veririk.

Təkvini hidayət Allah tərəfindən istisnasız olaraq hər kəsə lütf edilmiş hidayətdir. Hər bir canlı təkvini hidayətdən faydalanır. Yalnız insanlar deyil, digər canlılar da üstünlüyə çatmaq, yaşamaq, böyümək, inkişaf etmək naminə bu hidayətin imkanlarından istifadə edirlər. Hər bir canlıda doğulduğu andan mövcud olan instinktlər bu hidayətə sübutdur. Əlavə olaraq, insanlar yaradılış etibarilə fitrətən Allahpərəstdirlər, hamının daxilində onu yaradan, yaşadan, qoruyan bir qüvvənin mövcudluğuna inam vardır. Bir nəfər İmam Sadiqdən (ə) Allahın kimliyi ilə bağlı soruşduqda o həzrət gəmiyə minmiş adamları misal çəkərək buyurdu ki, fırtına zamanı gəmidə olan hər kəs qeyri-ixtiyari olaraq bir qüvvəyə ümud edir, həmin qüvvənin ona nicat verəcəyinə inanır, ondan yardım diləyir. Bu, təkvini hidayətlə Özünü bəndələrinə tanıtdırmış Allahdır. İnsan adi vaxtlarda Allahı qəbul etmədiyini söyləsə belə, təhlükə anında yenə Ona sığınır, Ondan yardım diləyir.

İkinci hissə

Qulunc ağrısının çarəsi nədir?  Məşhur həkimdən resept like
  • 12 Fev 23:30  
Digərləri Qulunc ağrısının çarəsi nədir? Məşhur həkimdən resept

El arasında qulunc adı ilə tanınan, əslində isə onurğanın düzləşdiri

arrow Ətraflı
Dünya da dağılsa, onlar öz keflərindədir –  Ən vecsiz like
  • 12 Fev 23:27  
Digərləri Dünya da dağılsa, onlar öz keflərindədir – Ən vecsiz

Bəzi insanlar heç nəyi veclərinə almırlar. Onlar üçün ətrafdakı hadis

arrow Ətraflı
Zühurdan sonra dünya like
  • 12 Fev 23:20  
Digərləri Zühurdan sonra dünya

Bəzən bizi belə bir sual düşündürür: Görəsən, İmam Mehdi (ə.f) züh

arrow Ətraflı
Bu qidalar tromb əmələ gətirir  Hər gün yeyirsiz like
  • 12 Fev 23:15  
Digərləri Bu qidalar tromb əmələ gətirir Hər gün yeyirsiz

50 yaşdan sonra ürək-damar və qan dövranı problemləri, eləcə də variko

arrow Ətraflı
Süfyaninin qiyamından öncəki əlamətlər like
  • 12 Fev 23:10  
Digərləri Süfyaninin qiyamından öncəki əlamətlər

Süfyaninin qiyamından öncə baş verəcək hadisələri özündə ehtiva edə

arrow Ətraflı
Zəlzələdən sağ çıxan 76 uşaq like
  • 12 Fev 23:06  
Dünya Zəlzələdən sağ çıxan 76 uşaq

Türkiyədə dağıntılar altından sağ çıxarılan 76 uşaq artıq ailələr

arrow Ətraflı
Gənc ailəni xilas etmək mümkün like
  • 12 Fev 23:04  
Dünya Gənc ailəni xilas etmək mümkün

Türkiyədə baş verən zəlzələlər nəticəsində Hatayda gənc ailəni da�

arrow Ətraflı
Selçuk Bayraktar zərərçəkənlərə like
  • 12 Fev 23:03  
Dünya Selçuk Bayraktar zərərçəkənlərə

"Millətimiz üçün #Mənzil səfərbərliyinə başlayırıq. Zərərçə

arrow Ətraflı
Kartof şirəsi ilə müalicə necə aparılır? like
  • 12 Fev 23:01  
Digərləri Kartof şirəsi ilə müalicə necə aparılır?

Hələ qədim Sibir loğmanları kartof şirəsinin faydalarını bilirdilər. E

arrow Ətraflı
Bakıda oğul 66 yaşlı anasını like
  • 12 Fev 23:00  
Digərləri Bakıda oğul 66 yaşlı anasını

Bakıda oğul 66 yaşlı anasını ağacla döyüb.

arrow Ətraflı
Anadolunun ilk məscidi olan 14 əsrlik abidə də like
  • 12 Fev 22:56  
Dünya Anadolunun ilk məscidi olan 14 əsrlik abidə də

Türkiyədə baş vermiş zəlzələ nəticəsində Hatayda böyük dağıntıla

arrow Ətraflı
Allahı gözlə görmək mümkündürmü? like
  • 12 Fev 22:55  
Digərləri Allahı gözlə görmək mümkündürmü?

Allah-Taalanın istər bu dünyada, istərsə də axirətdə görünüb-görünm

arrow Ətraflı
156 saat sonra gələn möcüzə: 18 yaşlı qız like
  • 12 Fev 22:54  
Dünya 156 saat sonra gələn möcüzə: 18 yaşlı qız

Türkiyənin Hatay bölgəsində dağıntılar altında qalan gənc qız xilas e

arrow Ətraflı
Zəlzələ Türkiyə iqtisadiyyatına nə qədər like
  • 12 Fev 22:53  
Digərləri Zəlzələ Türkiyə iqtisadiyyatına nə qədər

Türkiyədə baş verən zəlzələlər  ölkə iqtisadiyyatına 84 milyard dol

arrow Ətraflı
Zəlzələ ilə bağlı neçə nəfər tutulub? like
  • 12 Fev 22:52  
Dünya Zəlzələ ilə bağlı neçə nəfər tutulub?

"Zəlzələ ilə bağlı araşdırmalar nəticəsində 134 şübhəli şəx

arrow Ətraflı