Allahı gözlə görmək mümkündürmü?
Digərləri 12 Fev 2023 22:55:00 281 0
Allah-Taalanın istər bu dünyada, istərsə də axirətdə görünüb-görünməməsi məsələsinə İslam məzhəblərinin münasibəti fərqlidir. Ümumiləşdirilmiş şəkildə bunu deyə bilərik ki, əhli-sünnə məzhəbinə görə, Allahın bu dünyada görünməsi mümkün, qiyamətdə görünəcəyi isə vacibdir. Şiə məzhəbi baximından Allah nə bu dünyada, nə də axirətdə görünməz.
Bu xəbəri də oxu: Məşhur şirkətin Qubadakı 4,7 milyonluq əmlakı satışa çıxarıldı
Hər iki tərəf öz fikrini əsaslandırmaq üçün müxtəlif sübutlardan, əqli (fəlsəfə, kəlam və məntiqə əsaslanan) və nəqli (Qurana və sünnəyə əsaslanan) dəlillərdən istifadə edir.
Əhli-sünnə alimlərinin fikrincə, insanların bu dünyada Allahı görə bilmələri nəzəri cəhətdən mümkündür. Hərçənd ki, belə bir hadisənin baş verdiyini iddia etmək olmaz. Amma axirətdə möminlər öz Rəbblərini mütləq görəcəklər. Allahın gözlə görüldüyünü iddia edənlər bəzi Quran ayələrini öz əqidələrinə uyğun olaraq təfsir edirlər. Məsələn, Quranda buyurulur ki, Musa Peyğəmbərin (ə) zamanında Bəni-İsrail qövmü ondan tələb etdi ki, öz Allahını onlara göstərsin; əgər onlar da Allahı gözlə görsələr, iman gətirərlər. Həzrət Musa (ə) da əlacsız qalıb, həmin adamları özü ilə götürdü və Allahdan vəhy aldığı Sina dağına gəldi.
Hadisənin ardı Quranda belə təsvir edilir: "Musa təyin etdiyimiz vaxtda (Sina dağına) gəldikdə Rəbbi onunla danışdı. (Musa:) "Ey Rəbbim! Özünü mənə göstər, sənə baxım!" -dedi. Allah: "Sən məni əsla görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, yerində dura bilsə, sən də məni görə bilərsən", - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: "Sən paksan, müqəddəssən! Sənə tövbə etdim. Mən (İsrail oğullarından səni görməyin mümkün olmadiğına) iman gətirənlərin birincisiyəm!" - dedi" (Əraf, 143).
Bu ayə Allahı bu dünyada görə bilməyin mümkünlüyünü iddia edənlər tərəfindən sübut kimi irəli sürülür. Onlar iddia edirlər ki, əgər Həzrət Musa (ə) kimi əzəmətli bir peyğəmbər Allahın ona görünməsini istəyirsə, deməli, bu, mümkün olan işdir. Əgər Allahı görmək arzusunda olmaq günah iş sayılsaydı, peyğəmbər bu arzuya düşməzdi. Çünki bu hərəkət peyğəmbərlərin günahsızlıq sifəti ilə ziddiyyət təşkil edir.
Şiə alimləri bu iddiaya qarşı belə bir cavab irəli sürmüşlər: Quran ayələrindən məlumdur ki, bəzi peyğəmbərlər öz qövmlərinin batil inanclarını ifşa etmək üçün ilk baxışda şirk və günah kimi görünən sözlər söyləyiblər. Əslində isə, bu, qarşı tərəfin inancının puç olduğunu göstərmək üçün bir üsul idi. Peyğəmbərlər əvvəlcə özlərini elə göstərirdilər ki, guya əks tərəfin iddiası ilə razılaşırlar. Amma sonra həlledici bir zərbə ilə həmin iddianı darmadağın edib, haqqı üzə çıxarırdılar. Məsələn, göy cismlərinə pərəstiş edən bir qövmün içində yaşamış İbrahim Xəlilullah Peyğəmbər (ə) insanları Allaha doğru hidayət etmək üçün əvvəlcə özünün də Günəşə, Aya və ulduzlara pərəstiş etdiyini bildirmişdi: "Gecə qaranlığı (İbrahimi) bürüdükdə o, bir ulduz görüb: "Bu, mənim Rəbbimdir!" - dedi. (Ulduz) batdıqda isə: "Mən batanları sevmırəm", - söylədi. Doğan Ayı görüb: "Bu, mənim Rəbbimdir" - dedi. (Ay) batdıqda isə: "Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım", - söylədi. Doğan Günəşi görüb: "Bu, mənim Rəbbimdir, bu, daha böyükdür!" - dedi. (Günəş) batdıqda isə dedi: "Ey camaatım, həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam! Həqiqətən, mən batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!" (Ənam, 76-79).
Həzrət Musa Peyğəmbərlə (ə) bağlı əhvalatda dağın parçalanmasının səbəbi isə Allahın özünü dağa göstərməsi deyil. Çünki əvvəla, dağın gözü yoxdur ki, Allahı görsün. İkincisi, əgər Allah özünü dağa göstərmiş olsaydı, dağın ətəyində durmuş Musa Peyğəmbər (ə) və qövmü də Onu görərdiər. Deməli, dağın parçalanmasının səbəbi Allahın öz nurunu ona yönəltməsidir. Həzrət Musa (ə) da dağın yarılmasından dəhşətə gəlib huşunu itirmişdi.
Türkiyənin Hatay bölgəsində dağıntılar altında qalan gənc qız xilas e
Türkiyədə baş verən zəlzələlər ölkə iqtisadiyyatına 84 milyard dol
"Zəlzələ ilə bağlı araşdırmalar nəticəsində 134 şübhəli şəx
Polşa prezidenti Anjey Duda bildirib ki, əgər rusiyalı həmkarı Vladimir Pu
Kahramanmaraşdakı zəlzələdə dağıntılar altında qalaraq ölən qızın�
Hakimiyyətdə olduğu bütün bu illər ərzində Putin yalnız Rusiya təyyar�
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə əlaqəsi olan 2
"Həzm sistemlərində problem olan insanlar armud yeməkdən çəkinməkm�
2018 Masterchef yarışmasında çempion olan Uğur Kardaş kömək üçün getd
Ər-arvadın ailədə möhtac olduqları iki mühüm xüsusiyyət qarşılıqlı
Amerikada orqanizmdə iltihabi prosesləri azaldan, müalicəvi təsir edən fay
Bəzi nadan insanlar İslam dini haqqında xürafat və yanlış bilgilər yarad
Zeytun yarpağı virus profilaktikasında istifadə edilsə, yaxşı olar. İsti