Behiştdə əbədi ağaclar


Digərləri 07 Fev 2023 23:20:00 338 0

Behiştdə əbədi ağaclar

"Üddətüd-dai" kitabında rəvayət olunub ki, Rəsuli Əkrəm bağda xurma əkən bir kişinin yanından keçəndə buyurdu: "İstəyirsənmi səni kökü sair bütün ağaclardan daha davamlı və daha möhkəm, meyvəsi sair ağacların meyvələrindən daha pak və pakizə, başqa ağaclardan daha tez yetişən və onlardan daha çox əbədi qalan bir ağaca tərəf hidayət edim?" Kişi "Bəli ya Rəsuləllah" deyə cavab verdi. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: "Hər sübh və axşam

"Əlhəmdu lillah və la ilahə illəllahu vəllahu əkbər" desən, sənin üçün Cənnətdə on ağacda müxtəlif meyvələr göyərəcək." O kişi bu sözü eşidəndən sonra ərz etdi: "Mən bu xurma ağaclarını müsəlmanların fəqirlərinə sədəqə verdim." Həmin kitabda nəql olunub ki, Allah-Taala Süleyman peyğəmbəri insanların və cinlərin hakimi etmişdi. Cinlər onun üçün ipəkdən eni və uzunu 2 fərsəx olan bir xalça toxumuşdular. Süleyman peyğəmbərin minbərinin ətrafında altı yüz min kürsü qurulmuşdu ki, onların üstündə peyğəmbərlər və alimlər əyləşirdi. Onların arxasında insanlar, onların da arxasında cinlər əyləşirdi. Quşlar öz qanadları ilə onların üstünə kölgə salırdı. Səba yeli o həzrətin taxt-tacını yerdən qaldırırdı. Bir aylıq yolu bir gündə keçirdilər. Allah küləyə əmr etmişdi ki, bütün səsləri onun qulağına çatdırsın. Günlərin birində külək Süleyman peyğəmbərin səltənət taxtını havada hərəkət etdirəndə bir kəndli bunu görüb dedi: Allah Davudun oğluna (yəni Süleyman peyğəmbərə) mülk əta etmişdir. Külək bu sözü Süleyman peyğəmbərin qulağına çatdırdı. O, elə oradaca yerə enib kəndliyə tərəf getdi və buyurdu: Sənin yanına gəlmişəm ki, qüdrətin çatmadığı şeyi arzu edəsən. Sonra buyurdu: Allahın qəbul etdiyi bir təsbih Davudun oğluna verdiyindən qat-qat yaxşıdır. Çünki təsbihin savabı əbədi olaraq qalır, bu mülk isə fani olub gedir... Bəli, həmin səbəbə görə də Süleyman peyğəmbər öz qəsrinin damında əsaya söykənən halda öz mülkünə tamaşa edirdi. Birdən ölüm mələyi Əzrail gəlib onun aşağıya düşməsinə möhlət vermədən canını aldı. Uzunu müddət bədəni elə əsaya söykənmiş halda qaldı. İnsanlar və cinlər onun diri olduğunu güman edərək yaxınlaşmağa cür"ət etmədilər. Nəhayət qurdlar əsanını iç tərəfdən yedilər. Onun cansız bədəni yerə düşdü. Süleyman peyğəmbərin padşahlığının axırı budur. Deməli aqil insan əbədi, qalarlı həyatın fikrində olmalıdır. Ona da çatmağın yeganə yolu iman və saleh əməldir. Həmçinin, "İddətud-dai" kitabında Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-dən nəql olunubdur ki, həzrət səhabələrə buyurdu: "Sizə dildə tələffüzü asan, əməl mizanında dəyərli, Rəhman Allahı xoşhal edən, şeytanı uzaqlaşdıran, behiştin xəzinələri olan beş kəlməni öyrədimmi?" Dedilər: "Əlbəttə, ya Rəsuləllah!" Həzrət buyurdu: "Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər və la hovlə və la qüvvətə illa billahil-əliyyil-əzim". Başqa bir rəvayətdə Həzrət Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurur: "Merac gecəsi bir behiştə daxil oldum, orada müşkdən olan bir səhra gördüm. Məlaikələr orada imarətlər tikirdilər. Kərpicləri qızıl-gümüşdən idi. Arada bəzən dayanırdılar. Mən onlardan soruşdum ki, "siz nə üçün arada bəzən dayanır və sonra işi davam etdirirsiniz?" Dedilər ki, biz nəfəqə gözləyirik. Dedim ki, nəfəqə nə deməkdir? Dedilər ki, Möminin "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər" deməsidir. Bunların əsli və kökü yerdə, budaqları isə asimanlardadır. Bu kəlmələr insanı asimani bəlalardan, ağır ölümdən, uçurumun altında qalmaqdan qoruyub hifz edirlər. Bu kəlmələr insanın həmişəlik qalan saleh əməlləridir. Diqqət yetirilməlidir ki, bu kəlmələrin savabını əldə edib onlardan faydalanmaq o halda mümkün ola bilər ki, gələcəkdə Allahın və Peyğəmbərin əmrindən boyun qaçırmasın, günah etməklə onları puça çıxartmasın. Peyğəmbərdən rəvayət olunub ki, hər kəs bir dəfə "subhanəllah" desə, cənnətdə onun üçün bir ağac əkilir. Hər kəs "əlhəmdu lillah" desə, onun üçün cənnətdə bir ağac əkilir. Hər kəs "la ilahə illəllah" desə, onun üçün cənnətdə bir ağac əkilir. Hər kəs "Allahu əkbər" desə, onun üçün cənnətdə bir ağac əkilir." Qüreyşdən bir kişi dedi: "Onda bizim behiştdəki ağaclarımız nə çoxdur!" Həzrət buyurdu: "Bəli, amma ehtiyatlı olun ki, od parçası göndərib onları yandırmayasınız. Bu həmin Allahın kəlamıdır ki, buyurur: "Ey iman gətirənlər, Allaha itaət edin, Onun Rəsuluna itaət edin və (Allahın əmrlərindən boyun qaçırmaqla) öz əməllərinizi batil (puç) etməyin." "Gecənin bir qismində Ona (Allaha) təsbih de və namaz qıl, Allahı yad et, ulduzların qayıtdığı vaxt, fəcrin açıldığı zaman-gündüz olanda." Bu ayədə Allahı zikr etməyin mühüm olan və buna da əmr olunan iki yeri bəyan edir və buyurur ki, birincisi gecənin bir qismidir. Həzrət İmam Baqir və İmam Sadiq əleyhissalam-dan nəql olunub ki, səhər vaxtı dedikdə, məqsəd gecənin axırıncı üçdə bir hissəsi nəzərdə tutulur. Həmin vaxtda təsbih deməkdən məqsəd, on bir rəkətdən ibarət olan gecə namazıdır. Onlardan dörd dənə iki rəkətli namaz gecə namazı, iki rəkəti şəf" və bir rəkəti vətr namazı niyyəti ilə qılınmalıdır. Ayədəki "İdbarənnəhar"dan məqsəd sübhün iki rəkət nafiləsi və iki rəkət sübh namazının özüdür. Bəzi müfəssirlər də demişlər ki, bu şərif ayə zikrin davamlı olmasına işarədir. Yəni yuxudan ayılandan gecə yatan vaxta qədər hər bir halda və zamanda Allahı yad et. Çünki Allah bir an belə səndən qafil qalmır və daimi olaraq sənin keşikçindir. Və bəlkə də ayəsi məhz həmin mənaya dəlalət edir. Lakin bu ayənin zahiri Allah zikrinin zikr olunduğu vaxtlardakı xüsusiyyətlərinə işarədir. Xüsusilə sair ayələrin də işarə etdiyi kimi, səhər çağlarında istiğfar edənlər... Rəsuli Əkrəmin Besətinin əvvəllərində gecə namazı qılmaq onun əhəmiyyətinə görə bütün müsəlmanlara vacib idi. Sonradan müsəlmanlara asan olsun deyə, müstəhəb edildi və "Müzzəmmil" surəsində bəyan olunduğu kimi, yalnız Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-ə vacib oldu. Hər hansı çətinlikdə, məşəqqətdə olmayan hər bir müsəlmana layiqdir ki, gecə namazını tərk etməsin və özünü bu böyük səadətdən məhrum etməsin. Məhz bu səbəbdən də bəzi rəvayətlərdə Əli əleyhissalam-ın şiələri olmağın əlaməti gecə namazına durmaq kimi təbir olunmuşdur.

Əgər bədəndə ağrılar kəsmirsə, bu adi herpes ola bilər  İnfarktla səhv like
  • 07 Fev 23:15  
Digərləri Əgər bədəndə ağrılar kəsmirsə, bu adi herpes ola bilər İnfarktla səhv

Bəzən xəstələr bədənin müxtəlif nahiyələrində kəsici, yandırıcı

arrow Ətraflı
Meksika Türkiyəyə xilasedicilər like
  • 07 Fev 23:14  
Dünya Meksika Türkiyəyə xilasedicilər

Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması,

arrow Ətraflı
Mobil cihazlarımızda zəlzələni öncədən bildirən like
  • 07 Fev 23:12  
Digərləri Mobil cihazlarımızda zəlzələni öncədən bildirən

Son günlər qardaş Türkiyədə baş verən zəlzələlər bir daha diqqəti t

arrow Ətraflı
Şeyx Tusi və məhdəviyyət like
  • 07 Fev 23:10  
Digərləri Şeyx Tusi və məhdəviyyət

Şeyx Tusi (vəfatı: h.q. 460) "Əl-Ğeybət" kitabında həm nəqli

arrow Ətraflı
Hansı qidalar qanda xolesterini azaldır like
  • 07 Fev 23:05  
Digərləri Hansı qidalar qanda xolesterini azaldır

Rusiyanın məşhur həkimi Aleksandr Myasnikov qanda zərərli xolesterini salm

arrow Ətraflı
Kişi orqanizmi üçün ən təhlükəli içki like
  • 07 Fev 23:01  
Digərləri Kişi orqanizmi üçün ən təhlükəli içki

Pivə kişilər üçün ən təhlükəli spirtli içkidir.

arrow Ətraflı
Mənəvi və maddi mükafatlar like
  • 07 Fev 22:55  
Digərləri Mənəvi və maddi mükafatlar

Biz inanırıq ki, məad həm ruhi və həm də cismi səciyyə daşıyır. Elə

arrow Ətraflı
Ukraynaya 100ə yaxın “Leopard 1” like
  • 07 Fev 22:54  
Siyasət Ukraynaya 100ə yaxın “Leopard 1”

Niderland Almaniya və Danimarka ilə əməkdaşlıq çərçivəsində 100-ə ya

arrow Ətraflı
Leyla Abdullayeva Türkiyənin Fransadakı like
  • 07 Fev 22:51  
Siyasət Leyla Abdullayeva Türkiyənin Fransadakı

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisdəki sə

arrow Ətraflı
Ölümdən sonrakı aləm like
  • 07 Fev 22:50  
Digərləri Ölümdən sonrakı aləm

İnsan dünyasını dəyişdikdən sonra, onun sürəcəyi həyat, Qiyamət, Beh

arrow Ətraflı
Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə like
  • 07 Fev 22:48  
Siyasət Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə

Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanların�

arrow Ətraflı
Mobil telefonların səbəb olduğu like
  • 07 Fev 22:45  
Digərləri Mobil telefonların səbəb olduğu

Müasir gadjetlər - istər tv, istər telefon, planşet, sizin orqan və beynin

arrow Ətraflı
FHN Türkiyəyə humanitar yardım və növbəti xilasetmə qrupu like
  • 07 Fev 22:41  
Digərləri FHN Türkiyəyə humanitar yardım və növbəti xilasetmə qrupu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın

arrow Ətraflı
Yatmazdan əvvəl dəstəmaz almağın savabları haqqında like
  • 07 Fev 22:40  
Digərləri Yatmazdan əvvəl dəstəmaz almağın savabları haqqında

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Dəstəmaz və təyəmmü

arrow Ətraflı
Ərdoğan təyyarəyə görə Paşinyana təşəkkür etdi – like
  • 07 Fev 22:39  
Siyasət Ərdoğan təyyarəyə görə Paşinyana təşəkkür etdi –

Ermənistan Baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib

arrow Ətraflı