SOCAR AQŞ qabaqcıl texnologiyanı Azərbaycana gətirib
Digərləri 07 Fev 2023 11:00:00 293 0
Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti olan SOCAR AQŞ-nin, tarixində ilk dəfə olaraq quruda qazma xidmətlərini icra etmək üçün beynəlxalq istehsalçıya məxsus müasir qazma qurğusunu Azərbaycana gətirdiyini məmnunluqla bildiririk.
Bu xəbəri də oxu: Zelenski: Rusiya ilə danışıqlar yalnız bu halda mümkün ola bilər
Bu, SOCAR AQŞ-nin həm ölkə daxilində, həm də xaricdə müştərilərinin mürəkkəb layihələrini və əməliyyatlarını həyata keçirmək üçün ən son texnologiyaların və yeni idarəetmə üsullarının tətbiqi üzrə çoxillik təcrübəsinə əsaslanır.
Quruda qazma əməliyyatlarının həyata keçirilməsi Azərbaycanın enerji sənayesi və iqtisadiyyatı üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, bu qurğu vasitəsilə yeni qazma layihələri ilə yanaşı, uzun müddət istismarda olan yataqlarda qalıq neft-qaz ehtiyyatının əlavə quyuların qazılması hesabına çıxarılması mümkündür. Həmçinin hələ də öyrənilməyə ehtiyac olan sahələrdə kəşfiyyat və axtarış quyularının qazılması da geoloji baxımdan daha əlverişli olacaqdır.
SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev deyib: "Qazma sənayesində bu cür yeni texnika və texnologiyaların tətbiqi böyük inhiraflı quyuların qazılmasına, kern nümunələrinin götürülməsi və analizinə, geoloji-geofiziki tətqiqatlarınaparılmasına və yatağın işlənmə modelinə müsbət təsir göstərəcəkdir. Bu da öz növbəsində neft hasilatının artırılmasına təkan verəcəkdir."
15 illik təcrübəyə sahib olan və bu günə qədər 140-dan çox quyunun qazılmasını həyata keçirən SOCAR AQŞ, ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq etməyə, eləcə də təhlükəsiz və etibarlı həllər təqdim etməklə uğurlu fəaliyyətinə davam edəcəkdir.
Türkiyədə baş verən dəhşətli zəlzələdə 1600-dən çox insanın vəfa
Şirvanda heroin alveri ilə məşğul olan qadın yaxalanıb.
6 Fevral 2023-cü il tarixində səhər saatlarında Türkiyə Cümhuriyyətinin
Müğənni Günel Zeynalova Adıyaman şəhərinin Gölbaşı rayonunda dağın
Nazirlik tərəfindən dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki
Heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. Bu gün Türkiyədə ba
Suriyanın Hələb şəhərində dağıntılar altında qalan qadın körpə dü
Milli Məclisin Əmək və sosial siyasət komitəsində "Sosial sığorta
65 ölkədən ümumilikdə 2660 personal təbii fəlakət bölgəsində aparıla
Son bir ayda Bakıda tıxacların nisbətən azalması müşahidə olunur. Xüsu
Göyçayın sabiq icra başçısının köməkçisi Vahid İsayevin cinayət iş
Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində dağıntı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev saxlanıl�
"Rusiya fevral ayı ərzində Ukraynaya qarşı genişmiqyaslı həlledici