Paytaxtda binalar zəlzələyə nə qədər davamlıdır?
Digərləri 07 Fev 2023 10:26:00 327 0
Heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. Bu gün Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində ölənlər və yaralananlar var. Bundan başqa zəlzələ nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var. Azərbaycan seysmoloji zonada yerləşir və hər an bu cür arzuolunmaz hadisələr baş verə bilər.
Bu xəbəri də oxu: Maşının VIN kodu hansı hissələrində qeyd olunur?
Bəs, görəsən yaşadığımız evlər, paytaxtda durmadan inşa edilən çoxmərtəbəli binalar, Sovet dövründən qalan, istismar müddətini başa vuran köhnə binalar zəlzələ qarşısında duruş gətirə bilərmi?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, hazırda tikilən binalar sovet vaxtı tikilən binalardan zəlzələyə daha davamlıdır.
"Son illərdə tikintilərin müvafiq normalara əməl olunmaqla aparılmasına nəzarət gücləndirilib. Bir neçə ildir ki, ölkəmizdə tikilən hünüdürmərtəbəli binalar həm şaquli həm də üfüqi bir-birinə bağlanır. Bu səbəbdən belə binalar zəlzələyə daha davamlı olur. Ancaq həmin binaların neçə ballıq zəlzələyə davamlı olduğunu demək çətindir. Təbii ki, binaların zəlzələyə davamlılığı bilavasitə təbii hadisə zamanı üzə çıxa bilər. Sovet dövründən qalan, istismar müddətini başa vuran köhnə binaların təbii fəlakət qarşısında duruş gətirməsi titrəyişin müddətindən aslıdır. Baş verə biləcək zəlzələ nəticəsində, seysmik göstəricilərin dayanıqlılığı yüksək olsa belə, bu binaların əksəriyyəti qəzalı vəziyyətə düşə bilər."
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, Bakıda binalar tikilməzdən əvvəl ərazinin seysmoloji vəziyyəti öyrənilməlidir. Bakıda yan-yana dayanan binaların biri 8, biri 9 ballıq zəlzələyə davamlı nəzərdə tutulur: "Mikrorayonlaşdırma xəritəsinə uyğun binalar tikmək olmaz. Seysmoaktiv ərazilərdə bu xəritələrlə işləmək olmaz. Bu prosesdə xəritə yox, seysmoaktiv vəziyyət dəyərləndirilməlidir.
8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən, hesablanmış normativlərə görə 40 faiz əlavə vəsait qoyulmalıdır.
"Xüsusi dəmir-beton sütunlar, onların ölçüləri, armaturlar və digər ölçülər nəzərə alınmalıdır. Əgər 8 ballıq zonada bina 1 milyon manata başa gəlirsə, 9 ballıqda 1 milyon 400 min manata başa gələcək. Tikinti şirkətləri əlavə vəsait xərcləmək və bunun vergisini vermək istəmirlər. 2019-cu ildən bəri Bakıda tikinti şirkətləri tikinti ərazisinin seysmoloji xəritəsi ilə bağlı Respublika Seysmoloji Mərkəzə müraciət etmir", - deyə Q. Yetirmişli qeyd edib.
Suriyanın Hələb şəhərində dağıntılar altında qalan qadın körpə dü
Milli Məclisin Əmək və sosial siyasət komitəsində "Sosial sığorta
65 ölkədən ümumilikdə 2660 personal təbii fəlakət bölgəsində aparıla
Son bir ayda Bakıda tıxacların nisbətən azalması müşahidə olunur. Xüsu
Göyçayın sabiq icra başçısının köməkçisi Vahid İsayevin cinayət iş
Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində dağıntı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev saxlanıl�
"Rusiya fevral ayı ərzində Ukraynaya qarşı genişmiqyaslı həlledici
Türkiyəli müğənni Haluk Levent zəlzələdən sonra yardıma ehtiyacı olan
Dünya ulduzu Dua Lipa dəhşətli zəlzələdən əziyyət çəkən Türkiyəy�
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əmi
"Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də Azərbaycana rəsmi