Sülhməramlıların iki avtomobilinin Xankəndiyə maneəsiz keçidinə şərait yaradılıb FOTO
Siyasət 04 Fev 2023 21:21:00 250 0
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
Bu xəbəri də oxu: Azərbaycan XİN ABŞdəki hücumu pislədi
Son.az Trend-ə istinadən bildirir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.
Saleh övlada malik olmaq üçün Məsumlarımızdan (ə) bəzi tövsiyələr g�
DG sindromu 22 ci xromosomun 22q11.2 delesiyası və ya translokasiyası nətic�
Qətəb Ravəndi nəql edir: "Mütəvəkkil öz ordusuna əmr verir ki, Sam
İranda zənсanlı qadın fəal Nilufər Şakiriyə altı il həbs cəzası ver
Amerikalı mütəxəssislər göz damcıları ilə bağlı araşdırma aparıbla
Bu il qışın isti keçməsi ilə əlaqədar viruslar özlərini rahat hiss edi
Təəssüf ki, yüksək xolesterin özünü heç bir simptomla büruzə vermir v
İmmunoloq və teleaparıcı Andrey Prodeus böyüklərdə və uşaqlarda gücl�
Yardımlı rayonu ərazisində hərəkətdə olan "VAZ-2106" markalı
Serbiya 2024-cü ilin əvvəlində Azərbaycanın təbii qazının tədarükün�
Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, qura�