Marketlər şəbəkəsi və biznes qurumları toksiki ziyan mənbəyidir –
Digərləri 04 Fev 2023 21:46:00 340 0
Polietilen torbaların pullu olacağı ilə bağlı məsələ yenidən gündəmə gəlib.
Bu xəbəri də oxu: Bu yolda sürət həddi endirildi
Məlumata görə, bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə məktub göndərilib. Qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülsün və bunun nəticələri ilə bağlı Dövlət Xidmətinə 5 iş günü ərzində məlumat verilsin.
Polietilen torbaların qadağan olunması və ya pullu olması ilə bağlı məsələ hər il müzakirə olunsa da, nəticəsiz qalıb. Bu il bu qaydaya nə qədər nail olunacağı da mübahisəlidir.
Son.az teleqraf.com-a istinadən bildirir ki, iqtisadçı Akif Nəsirlinin dediyinə görə, qərara əməl olunma dövlət qurumlarının qətiyyətindən asılıdır.
Ekspert bu məsələnin əsasən cəmiyyət üçün faydalı olduğuna diqqət çəkib: "Polietilen torbalar 15 dəqiqədən sonra tullantıya çevrilir. Marketdə alış-veriş zamanı bəzi məhsullar polietilen torbalarda qablaşdırılır. İstehlakçılar evə gələn kimi məhsulları boşaldıb bu torbaları zibilliyə atır. Nəzərə alaq ki, Bakı küləkli şəhərdir, hava dəyişən kimi bu torbalar hər tərəfə yayılır. Dənizin kənarları, parklar, ağacların üstü polietilen torbaların zibilliyinə çevrilir.
Polietilen torbalar torpaqda çürümür. Uzun müddət parçalanmadan təbiətdə qalır və özündən ətraf mühitə toksik maddələr ixrac edir. Bu zərərin qarşısını almaq üçün polietilen torbaların pullu olması vacibdir. Yaxud da marketlər şəbəkəsində bu torbalar qadağan olunmalıdır. Həmin torbaların pullu olması əhalidə vərdişlər yaradar. Məsələn, bir ədədi 5-10 qəpikdən 5 polietilen torba almaqdansa, əhali marketə, bazara alış-verişə gedərkən evdən çanta götürməyə vərdiş edəcək.
Təxminən 20-30 il bundan əvvəl hamının evində bazar sumkaları olurdu. Bazara gedən istehlakçı aldığı məhsulu bu torbalarda evinə daşıyardı. Bu sumkalar təkrar istifadəyə yararlı olduğu üçün atılmırdı. Həmçinin sarı rəngdə kağız torbalar da vardı. Alternativ variantlar kimi, yenə kağız torbalardan istifadəyə keçmək olar".
Akif Nəsirli təklif edir ki, polietilen torbaların pullu olması keçid mərhələ kimi olmalıdır: "Növbəti mərhələdə o torbalar satışdan çıxarılmalıdır. Çünki marketlərdə bundan sui-istifadə edənlər olacaq. Məsələn, harada nəzarət olacaqsa, orada polietilen torbaları 5-10 gün pullu edəcəklər, sonra müştəri cəlb etmək üçün yenidən pulsuz verəcəklər. Ona görə də tədricən bu torbaları sıradan çıxarmaq lazımdır. Beləliklə ətraf mühitimizi də, ekologiyamızı da bu bəladan qurtarmaq lazımdır. Bunun da mənbəyi həmin marketlər şəbəkəsidir. Marketlər uzunmüddətli istifadəyə yararlı çantaların münasib qiymətə satışını təşkil etməlidir".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, Azərbaycan hökumətinin insanların sağlamlığı, ətraf mühitin qorunması, eləcə də beynəlxalq təşkilatların tələbinin yerinə yetirilməsinə dair çoxsaylı tapşırıqları var.
"Hesab edirəm ki, hökumətin bu qərarları yerinə yetirilmir. Məsələn, tütün məmulatlarından istifadənin azaldılması, duzun yodlaşdırılması, genetik modifikasiya olunmuş orqanizmlərdən (GMO) istifadənin qadağan olunması ilə bağlı çoxsaylı qərarlar var. Buraya polietilen torbalardan imtina etmək də daxildir. Qeyd etdiyim kimi, hökumətin əhəmiyyətli qərarları var, amma icra olunmur. Bilməliyik ki, cəmiyyəti insanlar yox, qanunlar idarə edir", - deyə birlik sədri qeyd edib.
Bəs bu qaydalar niyə nəticə vermir?
Eyyub Hüseynov ilk növbədə təmsil olunduğu birliyi günahkar bilib: "Hökumətin, toplumun və ya ailə başçısının yaxşı tapşırıqları ola bilər, bu da ailə üzvləri tərəfindən dəstəklənməlidir. Təəssüflər olsun ki, bu qərarlar ailə üzvləri tərəfindən mükəmməl şəkildə dəstəklənmir. Burada Azad İstehlakçılar Birliyinin də böyük günahı var. Elə iş aparmalıyam ki, istehlakçılar ümumiyyətlə, bu torbalardan imtina etsinlər.
"Taliban"ın Əfqanıstanda qızlara tətbiq etdiyi təhsil qadağası
Tanınmış prodüser Anar Mədətovun stilist həyat yoldaşı Samirə Abbasova
Əməkdar artist Rəhman Rəhmanov 28 illik həyat yoldaşı Gülbiçə Rəhmano
"Rus ordusu dörd istiqamətdə hücuma keçib. Müdafiə qüvvələri 9 ya
Əllamə Ayətullah Mirbaqiri elmi bəhslərindən birində buyurmuşdur: "
Ermənistan-Azərbaycan konflikti ilə bağlı mühüm dövr gəlir. 2023-cü il
İran rejimi hər hansı problemlə rastlaşanda diqqəti başqa istiqamətə y�
Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistanın Azərbaycanın 7 rayonunu o
Əgər soyuqdəymə və qripin əlamətini, yoluxduğunu ilk başda, hələ simp
ABŞ-da 27 senatorun imzası ilə Prezident Co Baydenə Türkiyə əleyhinə mə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi
Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçu Yasin Hüseynzad�
Amerikalı əczaçı Syuzi Koen orqanizmdə D vitamini çatışmazlığını gö
Qrip və kovid zamanı xəstənin hamama girməsi, duş qəbul etməsi yolverilm