Azərbaycanda yeni cərimələr müəyyənləşdi
Siyasət 04 Fev 2023 15:02:00 314 0
Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi üçün yeni cərimələr müəyyənləşir.
Bu xəbəri də oxu: Mask Şoltsa qarşı: müdaxilə, yoxsa söz azadlığı?
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanunda əksini tapıb.
Dəyişikliyə əsasən, radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsinə, quraşdırılmasına və istismar edilməsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılmasına və istismar edilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər beş yüz əlli manat məbləğdə, vəzifəli şəxslər min beş yüz manat məbləğdə, hüquqi şəxslər üç min manat məbləğdə cərimə ediləcək.
Yuxarıda qeyd edilmiş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər səkkiz yüz manat məbləğdə, vəzifəli şəxslər iki min manat məbləğdə, hüquqi şəxslər dörd min manat məbləğdə cərimə ediləcək.
"Məndən tez-tez hansı Azərbaycan yeməyini xoşladığımı soruşurlar
Virusun biri bitir, digəri başlayır. Mövsümi qriplər, koronavirus və ona
"Azərbaycan səfirliyinə qarşı törədilən terror aktından sonra mün
Amerikalı aktyor və kinorejissor Silvestr Stallone ailəsinə həsr olunmuş r
İran İslam Respublikasının banısı Ruhulla Xomeyninin Fransadakı xatirə l
Uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O, nə coğrafi s�
Ukrayna ordusu Rusiyanın Belqorod şəhərindəki neft anbarını vurub.
Beynəlxaq səyahətçilər bu gün Azərbaycanın işğaldan azad olunan Xocav�
Bakıda 7 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 2 nəfər
Azərbaycan qətiyyətli addımlarla tikinti-yenidənqurma işlərini həyata ke
Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda baş verən elektrik nasaz
Xocalıda qəza baş verib, iki nəfər yaralanıb.