Xəbəri olmadan evinə qeydiyyata düşüblər VİDEO
Digərləri 04 Fev 2023 13:20:00 299 0
Bakıda 7 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 2 nəfərin qeydiyyatda olduğu məlum olub.
Bu xəbəri də oxu: Azərbaycanın beynəlxalq ticarət perspektivində yeni səhifə
Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ev sahibi həmin şəxslərin heç birini tanımadığını bildirir.
Bu problemlə Nərimanov rayonu, Aşıq Qərib 4B ünvanının sakini, 67 yaşlı Rəfael Həsənov qarşılaşıb.
"Xəzər Xəbər"in vatsap nömrəsinə müraciət edən Rəfael Həsənov deyir ki, 1978-ci ildən yaşadığı ünvanda qeydiyyatdadır. Onun sözlərinə görə, sonuncu dəfə 18 saylı Mənzil İstismar İdarəsindən arayış alarkən yaşadığı ünvanda qeydiyyatda olan 7 nəfərlik ailə üzvündən başqa daha iki nəfərin adının siyahıda olduğunu görüb.
Rəfael Həsənov ondan xəbərsiz evinə qeydiyyata düşənləri tanımadığını deyir.
Məsələ ilə bağlı 18 saylı Mənzil İstismar İdarəsinə üz tutsaq da, idarə rəisi işdə olmadığında sorğumuza cavab ala bilmədik.
Nərimanov Rayon Polis İdarəsinin qeydiyyat məsələləri bölməsindən isə bildirildi ki, 52 yaşlı Əliyeva Mehriban Abdulla qızı 2006, övladı 28 yaşlı Əliyev Kamran Azər oğlu isə 2011-ci ildən sözügedən ünvanda qeydiyyatdadır. Həmin şəxslərin mənzilə qeydiyyatı isə 18 saylı Mənzil İstismar İdarəsinin verdiyi sənəd əsasında həyata keçirilib.
DİN-dən "Xəzər Xəbər"ə bildirildi ki, qanunvericiliyə uyğun olaraq mülkiyyət hüququ olan vətəndaş Rəfael Həsənov məhkəməyə müraciət etməklə problemi aradan qaldıra bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Azərbaycan qətiyyətli addımlarla tikinti-yenidənqurma işlərini həyata ke
Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda baş verən elektrik nasaz
Xocalıda qəza baş verib, iki nəfər yaralanıb.
Sabunçu Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələr
Xalq artisti Gülyanaq Məmmədova "Səs Azərbaycan: Doğma nəğmələr&q
Bazarda və marketlərdə soğanın qiyməti 1 manat - 1,30 qəpik arasında də
Gəncədə qanunsuz tikinti faktı aşkar olunub.
Sumqayıtda bəzi marşrut xətlərində süni qiymət artımına yol verilməsi
Məşhur aktyor Burak Denizlə qısqanclıq səbəbindən ayrılan türkiyəli m
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində yoxlamalar başlayıb.
Sosial şəbəkələrdə yayılan video maraq doğurub.
Bakıda qadın qəza törədib, ölən və yaralananlar var.