Asfiksiya nədir?
Digərləri 02 Fev 2023 08:25:00 365 0
Asfiksiya kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır. Bu zaman orqanizmə oksigen daxil olmur və karbon qazı xarici mühitə verilmir. Asfiksiyanın əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır: * tənəffüs yollarının sıxılması, mənfəzinin şiş toxuması və ya yad cisimlə tutulması * ağciyərlərə maye dolması - suda boğulan adamların ağciyərlərinə su dolduqda - dölün tənəffüs yoluna dölyanı maye dolduqda * qırtlağın iltihab nəticəsində daralması * tənəffüs əzələlərinin iflici * toxuma tənəffüsünün pozulması. Asfiksiya zamanı hipoksiya, hiperkaphiya və asidoz müşahidə edilir. Asfiksiyanın inkişaf etməsi 4 mərhələdə gedir. Birinci mərhələdə təngnəfəslik müşahidə edilir, arterial təzyiq yüksəlir, ürək vurğuları sürətlənir. İkinci mərhələdə ekspirator təngnəfəslik meydana çıxır, təzyiq yüksəlir, sinir sisteminin fəallığı artır. Üçüncü mərhələ tənəffüsün bir-neçə saniyədən bir 1-2 dəqiqə dayanması ilə xarakterizə olunur. Bu zaman arterial təzyiq azalır. Asfiksiyanın dördüncü mərhələsi terminal mərhələ hesab edilir. Bu zaman sinir mərkəzinin sarsıntısı nəticəsində reflekslər itir, bəbəklər genəlir, əzələlərin tonusu itir, arterial təzyiq kəskin surətdə aşağı düşür, ürək yığılmaları azalır, passiv nəfəsvermə müşahidə edilir. Müşahidələr göstərmişdir ki, asfiksiya zamanı ürək fəaliyyəti tənəffüsün dayandığı andan sonra bir müddət davam edir. Asfiksiya baş verən zaman onu yaradan səbəb aradan qaldırlmalı, toxumaların oksigenlə təhcizatı təmin olunmalıdır. Bu zaman süni tənəffüs, ürəyin xarici massajı və s. üsullarından istifadə edilir.
Bu xəbəri də oxu: Vatsapda yeni funksiya
Rusiya Qərbin Ukraynaya verdiyi "Abrams" və ya "Leopard 2"
Teleqraf.com-un suallarını fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi
Fevralın 1-də Ukrayna limanları qarğıdalı, buğda və soya ilə beş quru
Aspirasion pnevmoniya çox vaxt ağız boşluğu və udlaqda yerləşən (sağla
İran-Azərbaycan münasibətlərinin gərginləşməsindən istifadə etməyə
Qazaxıstanın Sənaye və Ticarət Nazirliyi ölkənin Rusiyadakı ticarət nü
Qan dövranında problem olarsa, buna diqqət etməmək mümkün deyil. Təzyiqi
"Yeni reallıqların işığında regionda öz gücündən söz etdirən Az
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa
İsrail Müdafiə Qüvvələri cümə axşamı səhər saatlarında Qəzza zola�
Ağciyərlərin alveolyar mikrolitiazı alveollarda mineral birləşmələr və
Avropa İttifaqının Ermənistana uzunmüddətli missiya göndərməsində niyy
İsrailin müdafiə nazirinin Bakıya iki zəngi İran-Azərbaycan münasibətl�
Misirin paytaxtı Qahirənin əl-Matariya rayonunda yerləşən xəstəxanada ba