Daşkəsən–Astaf yolu yenidən quruldu VİDEO FOTO
Digərləri 01 Fev 2023 17:09:00 290 0
Dövlət başçısının sərəncamına əsasən Daşkəsən rayonunun Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolu yenidən qurulub. Yolun uzunluğu 31 km təşkil edir.
Bu xəbəri də oxu: Tələbə və magstrların NƏZƏRİNƏ: Əsgərliklə bağlı yaş məhdudiyyəti olacaq
AAYDA-dan verilən məlumata görə, Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir. 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən bu yolun 11 km hissəsi köhnə, yararsız asfalt örtüklü, 20 km-lik hissəsi isə torpaq əsaslı yoldan ibarət idi. Sözsüz ki, bu, vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən IV texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla təkmilləşdirilən yolun yenidən qurulması ilə bu problemlər geridə qalıb.
Tikinti layihəsinə uyğun yolboyu torpaq işləri, yol yatağı və yol əsasının, yolun 4.2 km-lik hissəsində dördbucaqlı su keçidinin inşası aparılıb. Sadalanan işlərə paralel olaraq yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 suötürücü boru quraşdırılıb.
"İnşaat Norma və Qaydaları"na əsasən yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri icra olunub.
Avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşınması asanlaşıb.
Fevral ayının 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Fil
Borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətlər konseptual olar
Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum birmənalı şəkildə ter
Azərbaycanda iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi ist
Bugün, Bakıda Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən
Azərbaycanda dövlət qulluqçularının reyestri yaradılacaq.
Rotasiya qaydasında yaşadığı ərazidən kənarda vəzifəyə təyin olunan
Deputat Eldar İbrahimov yenidən Milli Məclisin İntizam Komissiyasının səd
Fevralın 1-də müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı gene
Dünən Bakıda şadlıq saraylarının birində meyxana ustadları itə meyxana
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti
Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verə
Son.az bizim media-ya istinadən ulduz fallarını təqdim edir.
Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv