Fevral bu bürclər üçün çətin keçəcək
Digərləri 01 Fev 2023 15:20:00 282 0
Son.az bizim media-ya istinadən ulduz fallarını təqdim edir.
Bu xəbəri də oxu: Yeni il süfrəsində yeyibiçərkən... Xəbərdarlıq
Qoç
Ayın əvvəlində yaxın ətrafınız və ya dostlarınızla birgə təşəbbüslər üçün uğurlu dövrdür. Sevgi və tanışlıq baxımından özünüzü çox enerjili hiss edə bilərsiniz, ancaq həddinizi aşmamalısınız. Düşünülməyən reaksiyalara diqqət yetirin. Həssas qərarlar qəbul etməlisiniz. Ayın ortalarına doğru sosial çevrənizdə nadinc uşaq kimi davrana bilərsiniz. Yumoristik tərəfiniz aktiv olacaq. Ayın sonlarına doğru tez və səbirsiz davranmaq istəyəcəksiniz. Buğa Fevral ayı maliyyə imkanlarınızla bağlı gündəmlərlə başlayacaq. Karyera baxımından siz artıq parlamağa başlayacaqsınız. Qəbul etdiyiniz qərarlar evinizin daxili tərtibatına təsir edəcək. İş təlaşınızla məşğul olarkən hisslərinizə laqeyd qalmayın. Ayın ortalarına doğru ailə və iş həyatı arasında balansı formalaşdıra biləcəksiniz. Dostluqlarınızda sevgi dili olmayan insanları həyatınızdan çıxara bilərsiniz. Ayın sonuna doğru ehtiraslarınız və daxili istəklərinizlə bağlı daha məntiqli qərarlar verməli olacaqsınız. Əkizlər Ayın əvvəlində hərəkət enerjinizin artdığını hiss edəcəksiniz. Uzun müddət durğunluqdan bezmisinizsə, hərəkətə keçməyin vaxtıdır. Həm təhsil, həm də karyera baxımından çox böyük keçidlər olacaq. Ayın ortalarında uzunmüddətli hədəfləriniz üçün parlaq günlərdən keçəcəksiniz. Ağıl, məntiq və sizə xas olan, əvvəllər sınamadığınız üsullardan istifadə edə bilərsiniz. Ayın sonuna doğru isə ictimai çevrənizdə təşəbbüskar ruhunuzla səhnədə olacaqsınız. Xərçəng Ayın əvvəlində dəqiq qərarlar qəbul etmədən öncə yaxşı-yaxşı hesablayın. Sanki beyniniz bulanıqdır. Bu dövrdə maliyyə imkanlarınız və pulunuzla bağlı məsələlər gündəminizdə olacaq. Ayın ortasında ailənin birgə sərmayələri, borcları və ya məxfi məlumatların işıqlandırılması ilə bağlı ani təsirlər əldə edə bilərsiniz. Öz transformasiyanız üçün bu prosesi ağıl və ruh tarazlığı ilə idarə etməyə çalışın. Ayın sonuna doğru karyera sahəsində və rəhbərlərinizin qarşısında çox cəsarətli addımlar atacaqsınız. Şir Ayın əvvəlində sosial çevrənizdə çıxışlarınız və köçürmələrinizlə parlamağa başlayacaqsınız. İkitərəfli münasibətlərinizlə bağlı verəcəyiniz qərarlar gündəminizdə olacaq. Qidalanmanıza və iş rejiminə diqqət yetirin. Karyeranızdakı dəyişikliklər şəxsi həyatınıza təsir edəcək. Ayın ortasında ikitərəfli əlaqələr, razılaşmalar, müqavilələr, tərəfdaşlıqlarla bağlı məsələlər gündəminizdə olacaq. Perspektivinizi dəyişə bilərsiniz. Ayın sonuna doğru uzaq səfərlərə çıxmaq istəyəcəksiniz. Qız Ayın əvvəlində karyeranızla bağlı mövzular gündəminizdədir. Ətrafınızdakılara nə demək istədiyinizi çox aydın şəkildə əks etdirəcəksiniz. Fikirlərinizi həyata keçirməyə başlaya bilərsiniz. İkitərəfli münasibətlərlə bağlı məsələlərdə ağlınız və intuisiyanız arasında irəli və geri gedə bilərsiniz. Ayın ortasında iş mühitinizlə bağlı yeni tənzimləmələr edə bilərsiniz. Daha əvvəl tanımadığınız insanlarla tanış olub, işə düzələ bilərsiniz. Ayın sonuna doğru maddi məsələlərdə uğur qazanmaq imkanınız artacaq. Tərəzi Ayın əvvəlində sevgi və flört dolu günlər sizi gözləyir. Uzunmüddətli hədəflər və ya səyahətlər üçün planlar qurmağa başlayacaqsınız. Siz təlim keçmək istəyəcəksiniz. Eyni zamanda sosial çevrənizdəki bəzi insanlarla münasibətinizi qəfil bitirmək istəyəcəksiniz. Ayın ortalarına doğru hobbilərinizin qayğısına qala və yaradıcı enerjinizi yazıya sərf edə bilərsiniz. İş qaydanız dəyişə bilər, yeni işə başlaya bilərsiniz. Yeni layihədə iştirak edə və ya mühüm işgüzar qərarlar verə bilərsiniz. Ayın sonuna doğru ikitərəfli münasibətlərinizdə sevgi diliniz dəyişəcək. Daha çevik, daha instinktiv olacaqsınız. Əqrəb Ayın əvvəlində ailənin birgə sərmayələri ilə bağlı bəzi söhbətlər edə bilərsiniz. Vərəsəlik və pul məsələləri gündəminizdə olacaq. Qazancınızı necə istifadə edəcəyinizi müəyyənləşdirməyin vaxtı gəldi. Evdəki hesab bazara uyğun gəlməyə bilər. İşdəki gərginlik evinizdə də əks oluna bilər. Mübahisələrdən uzaq durun. Ayın ortasında gündəminiz evdəki həyatınız olacaq. Həmin günlərdə hobbilərinizlə məşğul olun həvəsinizi səhnəyə qoyun, rəqs edin, mahnılar oxuyun. Ayın sonuna doğru iş sahəniz, rutinləriniz və sağlamlığınızla bağlı sahələrdə təşəbbüskar enerji üstünlük təşkil edir. Oxatan Ayın əvvəlində ikitərəfli münasibətləriniz baxımından kifayət qədər enerjilisiniz. Gündəmləriniz, uzunmüddətli hədəflər, uzun səyahətlər mövzusunda addımlar atmaq üçün ideal zamandır. Ayın ortalarına doğru sosial mediada görünmə qabiliyyətiniz artacaq, yaxın dostluq və bacı-qardaşlarınızla münasibətiniz inkişaf edəcək. Yeni ideyalar yaradacaqsınız. Sövdələşmələr üçün əla vaxtdır. Ayın sonuna doğru sevgi mövzusunda qəfil qəzəblənməməyə diqqət edin. İdmana başlaya, yeni hobbilərlə məşğul ola bilərsiniz. Oğlaq Ayın əvvəlində əmək məsələləri yenidən gündəminizdə olacaq. Çox hərəkətli olacaqsınız. İş yerinizdə özünüzə çox əziyyət verməməyə diqqət edin. Ailənin ümumi qazancı, əmlak, investisiya, borc və kreditlərlə bağlı mövzular gündəminizdə olacaq. İş sahənizdə mümkün böhranlarla qarşılaşa bilərsiz. Sevgi həyatınız və ya uşağınızla bağlı mühüm qərarlar verə bilərsiniz. Ayın ortasında pulla bağlı məsələlərdən danışmaq istəyə bilərsiniz və yeni gəlir qapıları açmaq üçün addımlar ata bilərsiniz. Ayın sonuna doğru ev və ailə məsələlərində hərəkətli günlər sizi gözləyir. Yeni mülk əldə edə və ya evinizi dəyişə bilərsiz. Dolça Ayın əvvəlində sevgi dolu xoşbəxt günlər qapıdadır. Siz aktiv və enerjili bir dövrdəsiniz. Çox flört edə bilərsiniz. Sosial mediada tanış olacağınız biri ilə eşq macərasına yelkən aça bilərsiniz. Şir Bürcünün Tam Ay ikitərəfli əlaqələr evinizdə baş tutacaq. Lakin maddi cəhətdən problemlərə diqqət edin. Ayın ortasında fikirlərinizi çox aydın və məntiqli şəkildə çevrənizə çatdıra biləcəksiz. Dəyərlərinizə uyğun gəlməyən və bu mövzuda qəbul edilmiş və sevildiyinizi hiss etdirməyən hər şeyi həyatınızdan silmək istəyəcəksiniz. Ayın sonuna doğru yaxın ətrafınız və ya bacı-qardaşlarınızla ünsiyyətinizdə gərginliklər ola bilər. Balıqlar Ayın əvvəlində evlə bağlı məşğul gündəmləriniz var. Yuvanızı yenidən təşkil etmək istəyəcəksiniz. İş rejiminizə, iş yerinizə və pəhrizinizə təsirlər olacaq. Məsuliyyətlər sizin üçün çox ola bilər, yaxın ətrafınızda deyilənlər sizə hər zamankindən daha çox təsir edə bilər. Ayın ortasında özünüzlə baş-başa qalmaq istəyəcəksiniz. Daxili aləminizdə əvvəllər hiss etdiyiniz, lakin şüurda dərk etmədiyiniz bəzi vəziyyətlərlə qarşılaşa bilərsiniz. Ayın sonuna doğru maliyyə imkanlarınızla bağlı məsələlərdə yaxşı nəticələr əldə edəcəksiniz. Öz dəyərinizi cilalamaq baxımından bu ay çox şanslısınız.
Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv
Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən "Ən səmimi sevgi ilə&
Bakcell 5G texnologiyasını istifadəyə verib. Hazırda sınaq rejimində fəa
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi K
Ötən gün doğum gününü qeyd edən aparıcı və xeyriyyəçi Hacı Nuran M
Qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakin
İranın "Mosalas Online" saytı yazır ki, Təbriz, Üskü və Azər�
Yük avtomobillərinin müəyyən olunmuş vaxtlarda Bakı şəhərinə girişin
İran molla-fars rejiminin Azərbaycana olan kin-küdurəti günbəgün özünü
İllərdir küçədə işıqfor yoxdur. Quraşdırılan dırnaqarası yol hərə
Açıq fikirli mehriban insanlar, kovboylar, möhtəşəm musiqi, azad ruhlar v�
Bir vaxtlar görünüşü ilə göz oxşayan yaşıllıq ərazidən indi əsər-
Güney Azərbaycanın Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələdən