Azərbaycanda bu avtomobillərdən dövlət rüsumu tutulacaq
Digərləri 01 Fev 2023 16:29:00 271 0
Azərbaycanda iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə icazənin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulacaq.
Bu xəbəri də oxu: Validenylər DİQQƏT: Yerdəyişmə başladı
Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin bu Qanunun 48.1-1.1-ci və 48.1-1.2-ci maddələrinə uyğun olaraq müvafiq avtonəqliyyat vasitələri ilə müşayiət olunmasına, həmçinin bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hallarda hərəkət marşrutunun müəyyən olunmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı tutulur.
Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə icazənin verilməsi üçün ərizəçi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada müraciət edir. Ərizəçinin müraciətinə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.
Bugün, Bakıda Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən
Azərbaycanda dövlət qulluqçularının reyestri yaradılacaq.
Rotasiya qaydasında yaşadığı ərazidən kənarda vəzifəyə təyin olunan
Deputat Eldar İbrahimov yenidən Milli Məclisin İntizam Komissiyasının səd
Fevralın 1-də müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı gene
Dünən Bakıda şadlıq saraylarının birində meyxana ustadları itə meyxana
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti
Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verə
Son.az bizim media-ya istinadən ulduz fallarını təqdim edir.
Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv
Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən "Ən səmimi sevgi ilə&
Bakcell 5G texnologiyasını istifadəyə verib. Hazırda sınaq rejimində fəa
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi K
Ötən gün doğum gününü qeyd edən aparıcı və xeyriyyəçi Hacı Nuran M