Paşinyan sülh müqaviləsinə dair təkliflərini AÇIQLADI
Digərləri 05 Fev 2025 12:00:00 72 0
"Sülh müqaviləsi danışıqlarında razılaşdırılmayan iki bənddən biri Ermənistan və Azərbaycan zərhədində üçüncü qüvvələrin yerləşdirilməsi ilə bağlıdır".
Bu xəbəri də oxu: Təyyarənin vurulduğu HHM raketinin fraqmentlərinin GÖRÜNTÜLƏRİ
Son.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru, səfir Con Herbstlə müsahibəsində deyib.
"Azərbaycan Avropanın mülki müşahidə missiyasına istinad edərək, sərhəddə üçüncü tərəfin qüvvələrinin yerləşdirilməsinə qadağa tətbiq olunmasını təklif edir. Biz Azərbaycanın bu istəyini nəzərə alırıq və öz təklifimizi irəli sürmüşük, bu da həmin bəndin yalnız sərhədin demarkasiya olunmuş hissələrində tətbiqini nəzərdə tutur. Yəni, əgər biz bu ərazini demarkasiya etmişiksə, bu o deməkdir ki, orada üçüncü tərəf qüvvəsi olmamalıdır. Beləliklə, biz öz təklifimizi yazılı şəkildə təqdim etmişik və Azərbaycanın cavabını gözləyirik", - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsinin razılaşdırlmayan digər bəndi hüquqi orqanlarda bir-birindən edilən şikayətlərlə bağlıdır. "İdeya budur ki, bütün bu şikayətlər geri götürülsün. Ümumiyyətlə, biz də bu fikrin əleyhinə deyilik, amma təklifimiz ondan ibarətdir ki, nəinki bu şikayətlər ləğv edilsin, həm də ikitərəfli münasibətlərdə bu məsələlər gündəmə gətirilməsin. Əks halda, qəribə vəziyyət yarana bilər, tutaq ki, məsələ beynəlxalq strukturun prosesindən çıxarılır, amma tərəflərdən biri onu ikitərəfli münasibətlər masasına gətirməyə çalışır və bu məsələdən istifadə edərək gərginliyin artmasına səbəb olur.
Biz də bütün şikayətlərin geri çəkilməsinin əleyhinə deyilik. Biz təklif edirik ki, münaqişə ilə bağlı gələcək müzakirələrə son qoyulsun və yeni və təmiz səhifədən başlayaraq ikitərəfli münasibətlərdə yeni dövr açılsın.
Əgər fikir vermisinizsə, bu o deməkdir ki, sülh müqaviləsi layihəsinin bütün vacib məsələləri artıq razılaşdırılıb. Bu layihədə çox dərin və həssas mövzular var idi, lakin bütün bu məsələlərdə artıq razılıq var. Məsələn, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı sərhədlərə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanımağa razılaşdılar.
Aktrisa Ülviyyə Xəlilbəyli "Elcanlı" verilişinin qonağı olub.
Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən bir sıra kənd
Biləsuvar rayonunda narkotik vasitələr aşkarlanıb.
Amerikalı musiqiçi və radio aparıcısı Salvatore "Sal" Maida 77 yaşında d
Türkiyənin hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri �
"Türkiyəni Marmara bölgəsində gözlənilən zəlzələ təxminən 7,5
Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbayca
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində yeni təyinat
Xəbər verdiyimiz kimi, Suriyanın yeni birinci xanımı Lətifə Şara həyat
Uğur həmişə hər kəsə lazımdır, lakin çətin dövrlərimizdə onsuz bun
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasına yeni üzv seçilib.
Fevralın 4-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən b
Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi olduğunu id
Yazıçı-jurnalist Bəhram Çələbi (Mustafabəyli) vəfat edib.
Hazırda Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olar