Allah əncir və zeytuna and içir
Digərləri 31 Yan 2023 23:20:00 290 0
Əncir mənasındakı "Tin" sözü Quranda yalnız bir dəfə keçib. O da "Tin" surəsindədir ki, Allah ona and icir: "And olsun əncirə və zeytuna; And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına; And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə)" (Tin, 1-3).
Bu xəbəri də oxu: Övladlarımızın yaşında tərk etdiyimiz Cəbrayıla övladlarımızla birlikdə qayıdırıq Şamil Hüseynli
"Tin" və "zeytun" dedikdə nə nəzərdə tutulduğu barədə müxtəlif nəzəriyyələr irəli sürülüb. Təfsirçilər bu surənin ilk ayələrini araşdırdıqda iki fikrə gəlirlər.
Birincisi, "Tin" surəsinin başlanğıc ayələrinə və bəyan edilən dörd hissəyə əsasən, ilk iki and (Tin və Zeytun) ilə sonrakı iki and (Tur Sinin və Bələd Əmin) arasında əlaqənin olması lazım olduğunu söyləmişlər; Bu səbəbdən "Tin" və "Zeytunun"un xüsusi yer adları olduğunu bildiriblər.
"Tur Sinin" Həzrət Musanın (ə) Allahla danışdığı və peyğəmbər olduğu yerdir. "Bələd Əmin" (təhlükəsiz şəhər) Məkkədir. İbrahim (ə) və oğlu İsmayıl (ə) Kəbənin tikintisini bitirdikdə İbrahim belə dua etdi: "Ya Rəbb, bu [yeri] təhlükəsiz bir şəhər et" (İbrahim, 35).
Bu fikrə görə, "Tin" və "Zeytun" sözünün mənası Hicazın (indiki Ərəbistan ərazisi) şimalında, Fələstin və Şamatda yerləşən yerlərdir. Bu iki bölgə bir çox ilahi peyğəmbərlərin doğulduğu və böyüdüyü yer olmuşdur.
İkinci fikir budur ki, "Tin" və "zeytun" öz həqiqi mənasında, bir növ yemək mənasındadır. Belə olan halda onların "Tur Sinin" və "Bələd Əmin"lə əlaqələri necə olacaq?
Təfsirçilər bu barədə demişlər ki, "Tin" surəsinin ilk iki hissəsi bədənin qidası ilə əlaqədardır və onlara and içilir, digər iki hissəsi isə insanların ruhu ilə bağlıdır.
Bu halda, "Biz insanı ən gözəl biçimdə yaratdıq" (Tin, 4) deyən növbəti ayəyə diqqət yetirmək olar. Ona görə də insan ən yaxşı şəraitdə və imkanlarda həm fiziki, həm də əqli cəhətdən sabitliyə və tarazlığa çatmışdır. Həmçinin ən gözəl və ən layiqli şəkildə yaradılmışdır.
Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Eti
Saçların erkən ağarması hallarına tez-tez rast gəlmək olar. Bəzən saç
Qurani-Kərimin əlli altıncı surəsi "Vaqiə" adlanır. 96 ayədən
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayəti və Şebekinski rayo
Quql yazılı mətnləri musiqiyə çevirən yeni proqram hazırlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hansı serialları izlədiyini aç
Ümumi olaraq tərbiyəni iki hissəyə bölmək olar: cismin tərbiyəsi və ru
Çox təəssüf ki, bu gün cəmiyyətdə doğruluq ilə yalanın yeri dəyişmi
Qan xərçənginin dəqiq səbəbi məlum deyil. Lakin alimlər qan xərçəngin
İnsan xilqət baxımından həmişə sevilib və sevməyi xoşlayan varlıqdır
Koronavirusa qarşı vaksinlərin yaratdığı yan təsirlərə görə Almaniyad
Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan
Fransa hökuməti Ukrayna "GM 200" hərbi hava hücumundan müdafiə r
Amerikalı psixoloq M.Gray Neuman "Kişilər niyə xəyanət edir" mö
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Estoniyaya səfər edib.