Tərbiyənin 2 tərəfi və təlimin ayrılmazlığı
Digərləri 31 Yan 2023 22:55:00 313 0
Ümumi olaraq tərbiyəni iki hissəyə bölmək olar: cismin tərbiyəsi və ruhun tərbiyəsi. Bəzilərinin nəzərinə görə, ruhu tərbiyə etmək - onu inkişaf etdirib, istedadlarını üzə çıxartmaq kimi mənalandırırlar.
Bu xəbəri də oxu: İranda sosial media qadağası götürüldü
Ancaq Seyyid Musa Sədrin nəzərinə görə, tərbiyə - ruhun istedadlarını üzə çıxartmaq deyildir. Çünki ruh, insanın canı kimi həm müsbət və həm də mənfi istedadlara malikdir.
Ancaq tərbiyə o zaman həyata keçər ki, müsbət istedadlar inkişaf edər. Ona görə də ruhun tərbiyəsi deyildikdə, onu formalaşdırmaq və şəkil vermək nəzərdə tutulur. Belə ki, insanı xilqətin hədəfinə çatdıra bilsin.
Tərbiyənin hər iki növündə təlimə ehtiyac vardır. Çünki təlim insana elm və agahlıq verər və hansı səmtdə hərəkət etməsini öyrədər. Ancaq bəziləri təlimi tərbiyədən ayırır və müstəqil şəkildə şərh edirlər. Halbuki, təlim tərbiyədən ayrılmazdır.
Quran mədəniyyətində də təlim tərbiyə ilə bir yerdə gəlir. "Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər". ("Cümə" 2).
"Ey Rəbbimiz, onların arasına özlərindən Sənin ayələrini onlara oxuyan, kitab və hikmət (şəriət elmləri və əqli biliklər) öyrədən və onları paklaşdıran bir peyğəmbər seçib göndər. Çünki, yenilməz qüdrət və hikmət sahibi Sənsən!". ("Bəqərə" 129).
"(Bu qiblənin təyin edilməsi də) sizin aranızda (mələk və cinlərdən deyil) özünüzdən (cins və dili sizinlə bir olan), sizə daim Bizim (tövhid) nişanə və ayələrimizi oxuyan, sizi(n ruhunuzu) paklaşdıran, inkişaf etdirən, sizə (səma) kitabı(nı) və hikməti (şəriət hökmlərini və əqli maarifi), eləcə də əvvəllər bilmədiyiniz şeyləri öyrədən (insanı) peyğəmbər göndərdiyimiz kimi (nemətdir)". ("Bəqərə" 151).
Ona görə də əgər Quranın tərbiyə ilə bağlı nəzərini öyrənmək istəsək, gərək nəfsi tərbiyə olan "təzkiyə" mövzusunu da bəyan edək. Bu zaman Quranın nəzərində tərbiyənin nə olduğunu öyrənmiş olarıq.
Çox təəssüf ki, bu gün cəmiyyətdə doğruluq ilə yalanın yeri dəyişmi
Qan xərçənginin dəqiq səbəbi məlum deyil. Lakin alimlər qan xərçəngin
İnsan xilqət baxımından həmişə sevilib və sevməyi xoşlayan varlıqdır
Koronavirusa qarşı vaksinlərin yaratdığı yan təsirlərə görə Almaniyad
Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan
Fransa hökuməti Ukrayna "GM 200" hərbi hava hücumundan müdafiə r
Amerikalı psixoloq M.Gray Neuman "Kişilər niyə xəyanət edir" mö
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Estoniyaya səfər edib.
"BMT Azərbaycan və Ermənistanı bölgədə təhlükəsizliyi təmin etm�
Fransa planlaşdırılan pensiya islahatlarından narazılıqlarını ifadə etm
Bəşəri qanunlarda insanda əmələ olan həyəcan və sevgini qurudan problem
Hazırda ən geniş yayılan sağlamlıq problemlərindən biri də öd daşı x
Allah-taala Musaya (ə) xitab edərək buyurdu: Ey Musa! Mən səndən ötrü ü
Hər gün bir miqdar qoz, badam yeyənlərdə ürəkdən ölüm riski xeyli azal