Yalançılar zirəkdirmi?
Digərləri 31 Yan 2023 22:50:00 376 0
Çox təəssüf ki, bu gün cəmiyyətdə doğruluq ilə yalanın yeri dəyişmişdir. İnsanlar yalançıları zirək hesab edirlər.
Bu xəbəri də oxu: Övladlarımızın yaşında tərk etdiyimiz Cəbrayıla övladlarımızla birlikdə qayıdırıq Şamil Hüseynli
Hətta o kəsi ki, düzgün danışır və rəftar edir, onu sadəlövh adlandırırlar. Dəyərsiz bir mövzuya görə yalan danışmaq bizim üçün çox asan olmuşdur.
Misal üçün, aldığımız bir malın qiymətini aşağı və ya yuxarı qiymətlə rahat deyə bilirik. Yaşımızdan tutmuş çəkimizə qədər yalan danışa bilirik.
Halbuki, əxlaqi fəzilətlərdən - ən üstünü düzgün danışmaqdır. Allaha doğru gedən yol - düz danışmaqla və rəftar etməklədir. Əgər insanın bütün işləri düzgün üzərində qurularsa, insan heç bir zaman insanlıqdan çıxmaz. Allah möminləri təqvaya dəvət edərkən, sədaqətli olmağa, yəni düzgün danışmağa çağırır.
"Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhli-beytidir)". ("Tövbə" 119).
"Həqiqəti gətirən və onu təsdiq edən kəs, (özlərinin haqq dinlərini təsdiq edən tək-tək bütün peyğəmbərlər, bəli,) əsl təqvalılar (və məsumluq məqamında olanlar) onlardır. [Yaxud: (İslam Peyğəmbəri kimi) həqiqəti gətirən və (bu ümmətdən) onu təsdiq edən kəs, onların hamısı əsl təqvalılardır]". ("Zumər" 33).
İmam Sadiq (ə) bütün peyğəmbələrin dəvətinin sərlövhəsinin düzgünlük və əmanətdarlıq olduğunu diqqətə çatdırır.
Həzrət (ə) buyurur: "Həqiqətən, Allah Təala peyğəmbərləri məbus etmədi, məgər düzlük, əmanəti yaxşılara və pislərə əda etməklə".
İmam Əli (ə) düz danışmağı imanın möhkəm dayağı, dinin meyarı və Allah tərəfindən olan ilham hesab edir və buyurur: "Düzlük - imanın ən güclü sütunudur".
O zamana qədər ki, insanın həqiqi imanı olmaz, o, düz danışmaz. Çünki o kəs ki, Allah Təalaya iman gətirməmişdir və Onu öz əməlinin Naziri hesab etmir, rahat şəkildə yalan danışa bilir. Yalanı öz inkişafı bilir.
Ona görə də Allah düz danışan bəndələrini çox sevir. "O zaman ki, Allah bəndəsini sevər düzlüyü ona ilham edər".
Qan xərçənginin dəqiq səbəbi məlum deyil. Lakin alimlər qan xərçəngin
İnsan xilqət baxımından həmişə sevilib və sevməyi xoşlayan varlıqdır
Koronavirusa qarşı vaksinlərin yaratdığı yan təsirlərə görə Almaniyad
Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan
Fransa hökuməti Ukrayna "GM 200" hərbi hava hücumundan müdafiə r
Amerikalı psixoloq M.Gray Neuman "Kişilər niyə xəyanət edir" mö
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Estoniyaya səfər edib.
"BMT Azərbaycan və Ermənistanı bölgədə təhlükəsizliyi təmin etm�
Fransa planlaşdırılan pensiya islahatlarından narazılıqlarını ifadə etm
Bəşəri qanunlarda insanda əmələ olan həyəcan və sevgini qurudan problem
Hazırda ən geniş yayılan sağlamlıq problemlərindən biri də öd daşı x
Allah-taala Musaya (ə) xitab edərək buyurdu: Ey Musa! Mən səndən ötrü ü
Hər gün bir miqdar qoz, badam yeyənlərdə ürəkdən ölüm riski xeyli azal
Bu gün Sabunçu rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudovanın iştirakı