Kasıblarla dostluq etmək


Digərləri 28 Yan 2023 22:55:00 286 0

Kasıblarla dostluq etmək

"Qızıl-gümüşü xəzinə toplayıb onu Allah yolunda sərf etməyənlərə ağrılı bir əzabdan xəbər ver." ("Tövbə" surəsi, ayə 34)

Heç bir şeyə bağlılığı olmayan və dünyanın bəzəklərinə aldanmayan kasıblar, Allahın sevdiyi bəndələridir, onları sevmək isə Allahı sevməkdir. Onlar ifadə edilən o gözəl xüsusiyyətlərlə özlərini bəzəmişlər, bax bu kasıblar haqqında Uca Allah, Rəsuluna (s) belə əmr edir: "Bu xüsusiyyətlərə sahib olan fəqirlərlə dostluq et, onları özünə yaxınlaşdır, məclislərində iştirak et, əgər kasıbla varlı birlikdə yanına gəlsələr, dərhal kasıbın yanında oturt və heç bir zaman onları yanından uzaqlaşdırma, bacardığın qədər onları sev ki, beləliklə də mən səni özümə yaxınlaşdırım." ("Merac" hədisindən)

Burada çox mühüm bir sual yaranır, yaxşı nə üçün Allah bu qədər kasıblara əhəmiyyət verir və varlılara əhəmiyyət vermir, heç şübhəsiz həm varlılar və həm də kasıbların yaxşı və pisi vardır?

Buna belə cavab olaraq deyə bilərik ki, Allahın bu əmri bütün kasıbları əhatə etmir. Hər kasıbı sevib ona yaxınlaşmaq nəzərdə tutulmur. Burda məqsəd Peyğəmbərin (s) sualının cavabında buyurmuş olduğu xüsusiyyətlərə sahib olan kasıblardır. ("Onlar aza qane olub yoxsulluğa səbr edib və rifah halında Allaha şükür edənlərdirlər. Ac qalmaqdan nalə etməzlər və yalan danışmazlar. Rəblərinə qəzəblənib əldən verdikləri şeyə qəmgin olmazlar. Allahın onlara əta etdiyi şeylərə görə qürurlanmazlar.") Təbii ki, əgər varlı şəxslərdən biri o xüsusiyyətləri özündə cəmləşdirsə onu sevmək də Allahı sevməkdir. Əgər imkanlı şəxs Allahın ona bəxş etdiyi nemətlər qarşısında şükür etsə və Allahın o nemətləri əlindən alındığı zaman özünü itirməsə onunla dost olub, sevmək lazımdır. Necə ki, İmam Sadiq (ə) buyurur: "Həqiqətən də, Allah bu çoxlu malı sizə vermişdir ki, onları Allahın məlum etdiyi yollarda işlədəsiniz. Onları sizə yığmaq üçün verməmişdir." (Mizanul-Hikmət)

Demək hər kasıbı sevmək və hər varlıdan da uzaq dayanmaq Allahın istəyi deyil. Allahın sevməyimizi, yaxud uzaq dayanmağımızı istədiyi şəxslərin meyarı yaxşı və ya pis, Allaha yaxın və ya Allahdan uzaq olmaları ilə ölçülür. Diqqət etsək görərik ki, Allah öz sevgisinin ölçüsünü xüsusilə "kasıblar" anlayışını istifadə edərək deyib. Kasıblar yerinə salehlər, səbir edənlər, qəza-qədərə razı olanlar və ya təvəkkül edənlər olaraq da buyura bilərdi, amma bütün bunların yerinə xüsusilə "kasıblar" sözündən istifadə edib. Bunun səbəbi isə varlı və sərvət sahibi onların daha çox üsyan, fəsad, tüğyan təhlükəsində olmalarıdır, Allahdan uzaqlaşmaq imkanlı şəxslərdə daha çoxdur. Qurani-Kərimdə belə buyurulub: "(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi. Xeyr, insan azğınlıq edər. Özünün dövlətli olduğunu gördüyü üçün. Axı sənin axır dönüşün Rəbbinədir! ("Ələq" surəsi, ayə 5-9)"

Varlı şəxs sərvətinə güvənərək onunla qürurlana bilər, kasıb isə heç bir şeyi olmadığı üçün buna görə yaranacaq qürurdan uzaqdır. Ən böyük günahların, şirk və pisliklərin qaynağı ümumiyyətlə imkanlı şəxslərin mübtəla olduğu qürur xəstəliyidir. Varlılar daha çox özlərini bəyəndiyi və təkəbbürlü olduqları üçün Allah Quranda belə buyurur: "Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! ("Hədid" surəsi, ayə 23)"

Varlılar çoxu qürurludur və kasıbların çoxu isə təvazökardır, Allah da təvazökar insanları çox sevdiyindən, yaxşı və Allah dostu şəxslərin çoxu kasıblardan olduğunu söyləyə bilərik. Bunun üçün də Allah əvvəl ümumiyyətlə kasıbları sevməyi əmr edir, sonra isə bir "qırmızı xətt" elan edir. "Küfr və üsyan edən kasıblar isə istisnadır" deyir. Amma əgər, "varlıları sevin" deyə buyursaydı, çox insan kənarda qalardı və az bir qrup sevilərdi. Çünki varlıların çoxu pis sifətlərə sahibdirlər.

Digər tərəfdən isə insan bir kasıbı sevərsə, bu sevgidə ixlas daha çoxdur, amma saleh əməli olan bir varlını sevərsə, bu tamamilə Allah rizası üçün olmur, insan özü də bilmədən bəzi maddi səbəblərə görə ona hörmət edir. İnsan fitri olaraq sərvəti bir dəyər olaraq görür. Buna görə də varlı şəxslə qarşılaşdıqda imkanlı olduğu üçün ona daha çox dəyər verir. Çünki şüuraltı zənginliyi sevib, ona daha çox əhəmiyyət verib. İmanlı və varlı şəxsi pulu üçün deyil, yalnız imanı üçün sevməyi özünü tərbiyə etmiş insanlar edə bilər. Əgər həqiqətən imkanı olanı Allaha olan yaxınlığına görə sevirsə, ondan daha imanlı olan bir kasıbı daha çox sevməlidir.

Nəticədə kasıblar Allaha daha yaxın olduqları və onları sevmək daha ixlaslı olduğu üçün uca Allah, Peyğəmbərinə kasıbları sevməyi əmr edir.

Gəlin görək, Allahın buyurmuş olduğu xüsusiyyətləri özündə saxlayan kasıblar hansılardır:

1- Aza razıdırlar: Bəziləri kasıb və yoxsul, amma eyni zamanda varlı olmaq arzusunda və tamahkardırlar. Onlar əsla aza qənaət etməzlər, əldə etdikləri maddiyyatdan tez faydalanarlar. Hədisdə deyilən kasıbları sevməkdə məqsəd təbii ki, bunlar deyil. Məqsəd, gözü başqasının malında olmayan, aza qənaət edib, dünyanın az nemətləri ilə xoşbəxt olanlardır. 2- Yoxluğa və aclığa səbir edərlər: Bəzi kasıblar kasıbçılığa görə həmişə Allaha üsyan edib, "Nə üçün Allah bizi belə kasıb etdi" - deyə şikayətlənərlər. Bunun müqabilində bəzi kasıblar isə kasıb olduqları üçün əsla Allaha üsyan etməzlər, Allahın təqdirinə razı olub səbir edərlər. Əlbəttə, kasıb olmalarının səbəbi özləri deyil, yəni tənbəlliklərinə görə kasıb deyillər. Onların kasıbçılığı xarici və təbii faktorlar üzündəndir. Məsələn, zəlzələ, sel, yaxud bunun kimi təbii fəlakətlər bütün sərvətlərini əllərindən alıb. Onlar səbir etməklə, əllərindən gəlini edirlər. Kasıb olmalarını başqalarından gizlədib, vəziyyətlərini düzəltməyə çalışırlar. 3- Rahatlıq zamanı şükür edərlər: Allah tərəfindən onlara nemət verildiyi və rahatlığa qovuşduqları zaman Allahı unutmazlar, rifaha qovuşduqları zaman daim Allaha şükür edərlər. 4- Aclıq və susuzluqlarından şikayətlənməzlər: Bu xüsusiyyət səbrin nəticəsidir. Səbir edən fəqir, aclıq və susuzluğuna görə digər insanların yanında öz halından şikayətçi olmaz. 5- Əsla yalan danışmazlar: Bəzi kasıblar başqalarından kömək almaq üçün yalan danışar, kiçik bir məsələni böyük göstərib, çətinliklərinin çox olduğu təəssüratını yaradarlar. Beləliklə, başqalarının hisslərini oyadaraq, yardım alarlar. Ümumiyyətlə, kasıbları təhdid edən ən böyük təhlükə də budur, amma Allahın sevdiyi kasıb bəndələr hər nə olsa belə, qətiyyən yalan danışmazlar. 6- Allaha qəzəbli olmazlar: Kasıblığa səbir edib, öz vəziyyətindən şikayətçi olmayanlar Allaha da qəzəblənməzlər. Onlar yalnız insanların yanında belə deyillər, Allaha qəzəb edib, şikayətçi olmağı heç qəlblərindən belə keçirməzlər. Çünki Allaha üsyan edib, şikayətlənməyin bir möminə yaraşmadığını dərk edirlər. 7- İtirdikləri üçün kədərlənməz və əldə etdikləri üçün isə sevinməzlər: Son olaraq ifadə edilən bu iki xüsusiyyət digər xüsusiyyətlərdən daha əhəmiyyətlidir, bunu Allah Qurani-Kərimdə belə tərif edir: "Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!" ("Hədid" surəsi, ayə 23)

Bakıda kişi hamamda like
  • 28 Yan 22:54  
Digərləri Bakıda kişi hamamda

Bakıda kişi qazdan zəhərlənib.

arrow Ətraflı
Qulların, tacirlərin və aşiqlərin ibadəti like
  • 28 Yan 22:50  
Digərləri Qulların, tacirlərin və aşiqlərin ibadəti

İmam Cəfəri Sadiq (ə) bir rəvayətdə ibadət edənlərin, Allaha nə üç�

arrow Ətraflı
Xəstəliklərin yaranma səbəbinin 80% like
  • 28 Yan 22:45  
Digərləri Xəstəliklərin yaranma səbəbinin 80%

Fiziki, emosional, kimyəvi və zehni səbəblərdən yaranan stres, bu gün bir

arrow Ətraflı
Səmavi dinlərdə Məhəmməd peyğəmbər like
  • 28 Yan 22:43  
Digərləri Səmavi dinlərdə Məhəmməd peyğəmbər

Səmavi dinlərdə Məhəmməd peyğəmbər (s)Müqəddəs İslam dininin elçis

arrow Ətraflı
Qərbi Azərbaycana qayıdış üçün beynəlxalq zəmanət lazımdır like
  • 28 Yan 22:41  
Siyasət Qərbi Azərbaycana qayıdış üçün beynəlxalq zəmanət lazımdır

Qərbi Azərbaycana Qayıdış böyük bir prosesdir. Buna beynəlxalq zəmanət

arrow Ətraflı
İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib like
  • 28 Yan 22:40  
Siyasət İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib

Yanvarın 28-də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi

arrow Ətraflı
“Qərbi Azərbaycana qayıdış könüllü olacaq” like
  • 28 Yan 22:38  
Siyasət “Qərbi Azərbaycana qayıdış könüllü olacaq”

Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Ramil Həsənin

arrow Ətraflı
“Səfirliyimizin əməkdaşı əliyalın şəkildə terrorçunun üzərinə atılıb” like
  • 28 Yan 22:36  
Siyasət “Səfirliyimizin əməkdaşı əliyalın şəkildə terrorçunun üzərinə atılıb”

"İrandakı səfirliyimizin əməkdaşı əliyalın şəkildə terrorçunun

arrow Ətraflı
Uzanıqlı vəziyyətdə beldə ağrı nəyi göstərir? like
  • 28 Yan 22:35  
Digərləri Uzanıqlı vəziyyətdə beldə ağrı nəyi göstərir?

Kürək, bel ağrılarının 80%-i əzələ sistemi spazmı, miaffasial ağrıla

arrow Ətraflı
Tovuz sakini intihar edib like
  • 28 Yan 22:33  
Digərləri Tovuz sakini intihar edib

Tovuzda intihar hadisəsi qeydə alınıb.

arrow Ətraflı
Cibdəki telefonun kişi sonsuzluğuna təsiri varmı? like
  • 28 Yan 22:30  
Digərləri Cibdəki telefonun kişi sonsuzluğuna təsiri varmı?

Tibb elmləri namizədi, rusiyalı uroloq-androloq Sergey Fesenko cibdəki telef

arrow Ətraflı
İlham Əliyev İsraildə törədilən terror aktı ilə bağlı like
  • 28 Yan 22:29  
Siyasət İlham Əliyev İsraildə törədilən terror aktı ilə bağlı

Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə əlaqədar Prez

arrow Ətraflı
Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun like
  • 28 Yan 22:28  
Siyasət Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentin

arrow Ətraflı
Naxçıvanda zəlzələ olub like
  • 28 Yan 22:27  
Digərləri Naxçıvanda zəlzələ olub

Bu gün saat 22:15-də Naxçıvan MR-da zəlzələ qeydə alınıb.

arrow Ətraflı
İran Orxan Əsgərovun meyitini gətirəcək təyyarəyə like
  • 28 Yan 22:26  
Siyasət İran Orxan Əsgərovun meyitini gətirəcək təyyarəyə

İranda həlak olmuş şəhidimiz Orxan Əsgərovun Azərbaycana gətirilməsi �

arrow Ətraflı