Səmavi dinlərdə Məhəmməd peyğəmbər
Digərləri 28 Yan 2023 22:43:00 273 0
Səmavi dinlərdə Məhəmməd peyğəmbər (s)Müqəddəs İslam dininin elçisi Məhəmməd Peyğəmbər (s) 570-ci ildə Məkkə şəhərində Abdullah ibn Əbdülmütəllibin ailəsində anadan olmuşdur. O, İbrahim Peyğəmbərin (ə) oğlu İsmayıl Peyğəmbərin (ə) nəslindən, yəni Qüreyş qəbiləsinin Haşimilər soyundan idi. Qeyd etmək lazımdır ki, Musa (ə) və İsa (ə) kimi müqəddəslər də İbrahimin (ə) övladlarındandır, lakin onlar İsmayılın (ə) qardaşı İshaqın (ə) soyunun ardıcıllarıdır. İslam dininə etiqad edənlər (müsəlmanlar) peyğəmbərlərin qan qohumu olduqlarını, yəni eyni nəsildən gəldiklərini qeyd-şərtsiz qəbul edib, 124.000 peyğəmbərin (ə) hamısına iman gətiriblər. Hətta İslam fiqhinə görə bir peyğəmbərin peyğəmbərliyinə şübhə ilə yanaşan şəxs müsəlman yox, kafir hesab olunur. Bəs görəsən, Musanın (ə) və İsa Məsihin (ə) ardıcılları Məhəmməd Peyğəmbəri (s) qəbul edirmi?! Onların müqəddəs hesab etdikləri kitablarda (İncil və Tövratda) son peyğəmbər ilə əlaqədar nişanələr varmı?! Bibliyadakı nişanələr Xristianların müqəddəs kitabı Bibliya Əhdi-ətiq və Əhdi-cədid bölmələrindən ibarətdir. Əhdi-ətiq Tövrat, Zəbur və Suhufdan (vərəqlərdən), Əhdi-cədid isə İncildən ibarətdir. Düzdür, Bibliya müəyyən dövrlərdə təhrifata (dəyişikliyə) məruz qalmışdır. Hətta bu kitabın təhrif edilməsini xristianlar da etiraf edir. İncilin 4 yerə bölünməsi (Matfey, Mark, İohann və Luka) və Tövratın babları arasında ziddiyyətlərin olmasına baxmayaraq, Məhəmməd Peyğəmbərə (s.ə.s) nisbət veriləsi ayələr kifayət qədərdir. Tövratın "Təsniyyə" kitabında (23:2) qeyd olunur ki, Nur Turi-Sina dağından gəldi, Sair dağında şəfəq saçdı və Faran dağından bizə aşkar oldu. Bildiyimiz kimi, Musa peyğəmbərə (ə) ilk vəhy Tur dağında verilmişdir. Sair dağında da İsa peyğəmbər (ə) vəyh almışdır. Faran dağı isə Məkkə ilə təqribən bir günlük məsafədə olan dağdır ki, Məhəmməd Peyğəmbərə (ə) nəbilik orada verilmişdir. Qeyd edək ki, həmin məntəqənin indiki adı Cəbəl ən-Nur dağının Hira mağarasıdır. (Haşiyə) Tövratın "Təkvin" kitabında Faran dağının Məkkədə olması qənaətinə gəlmək olur. Belə ki, ayədə qeyd edilir: "Və İsmayıl Farran səhralarında yaşayarkən anası onu misirli qadınla evləndirdi". Bildiyimiz kimi tarixdə qeyd edilir ki, İsmayıl peyğəmbər (ə) Məkkə səhralarında yaşamışdır. Deməli, bu qənaətə gəlirik ki, Faran Məkkədə yerləşən bir yerin adıdır. Yenə Tövratın "Təkvin" kitabında (17:20) qeyd edilir: "Mən səni İsmayıl ilə dinlədim və onu mübarək etdim. Onu artırıb əzəmətə çatdırdım. Ondan dünyaya 12 böyük şəxs gələcək və mən onu böyük bir ümmət üçün qərar verdim". Burdakı 12 böyük şəxs məsələsi monoteistlərin (təktanrıçıların) dərhal diqqətini cəlb edir. Yəhudilərin fikrincə, 12 böyük şəxs Musanın (ə) 12 xəlifəsi, xristianlara görə 12 həvari, müsəlmanların nəzərində isə 12 imamdır. Ayədə İsmayılın (ə) soyundan söhbət gedir. İsa və Musa peyğəmbərlər (ə) isə İshaqın (ə) soyundan gəlmə elçilərdir. Qeyd etdiyimiz kimi, Məhəmməd Peyğəmbər (s), həmçinin, 12 imam da (Haşimilərdən olduqları üçün) İsmayıl peyğəmbərin (ə) nəslindəndir. Məsələyə tarixi və genetik aspektdən nəzər yetirdikdə 12 böyük şəxsiyyətin 12 imam olması daha məntiqə uyğundur. Tövratın "Yeşeya kitabı"nda (21:6-9) qeyd edilir: "Yeşeya dedi: İki süvari görürəm. Onlardan biri ulağın üstündə, digəri dəvənin üstündə oturub. Onlardan biri o birinə dedi ki, Babil yıxıldı". Təfsirçilərin fikrincə, ulağın belindəki İsa (ə), dəvənin belindəki isə Məhəmməd (s) idi. Haşiyə çıxaraq qeyd edək ki, İmam Rza (ə) da yəhudi alimi ilə bəhsdə Tövratın həmin ayəsinin təfsirini məhz bu cür vermişdi. Əlavə olaraq qeyd edək ki, yəhudilik inancına görə son ülul-əzm peyğəmbər Musadır. Onlar Həzrət Məhəmmədlə (s) yanaşı İsa Məsihin (ə) də peyğəmbərliyini qəbul etmirlər. Fəqət Tövratın heç bir yerində "Musa son elçidir" deyə bir kəlmə qeyd edilməyib. Yəhudiliyə görə Musa (ə) və onun sələfləri öz peyğəmbərliklərini sübut etmək üçün möcüzə göstərmişdilər. Halbuki, İsa Məsihin (ə) də möcüzələri vardır. Məsələn, ölünü diriltmək, korların gözünü açmaq, əlacsız xəstələrə şəfa vermək və s. Lakin yəhudilər nə İsanı (ə), nə də onun möcüzələrini qəbul edirlər. İncildəki nişanələr "Yuhənna İncili"ndə (14:30) İsanın (ə) adından deyilir: "Daha sizlərlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir". "Yuhənna İncili"nin başqa bir yerində (16:8) qeyd edilir: "O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcəkdir". Yenə "Yuhənna İncili"ndə (16:13) qeyd edilir: "Ancaq "faraklit" gəldikdə sizi bütünlüklə həqiqətə yönəldəcəkdir. O, özündən heç nə deməyəcək, nə eşitsə onu deyəcək və gələcəkdən sizi xəbərdar edəcək". Xristianlar iddia edirlər ki, ayələrdə qeyd edilən hökmdar və "faraklit" ya Müqəddəs Ruh ya da şeytandır. İncilin bir neçə il öncə nəşr edilən versiyasında hökmdar olan şəxs şeytan olaraq qəbul edilirdi. (Qeyd edək ki, İncilin yeni nəşrlərində şeytan məsələsi aradan qaldırılmış, onun yerinə "Müqəddəs Ruh" iddiası irəli sürülmüşdür). Halbuki, bu fikir absurddur. Əgər İsa (ə) şeytanın gələcəyindən xəbər verirsə, niyə insanlarla danışmaqdan çəkinir?! Halbuki, bir peyğəmbər insanları şeytanın təkidi ilə yanlış yoldan uzaqlaşdırmaq üçün Allah tərəfindən göndərilir. Bundan əlavə, İsa Məsih (ə) özündən sonra bir varlığın gələcəyindən xəbər verir. Halbuki, şeytan İsadan (ə) öncə xəlq olmuş, onun dövründə yaşamış, indi də fitnə törətməyə davam edən bir varlıqdır. Hətta "Lukanın İncili"ndə (4:1.13) İsa Məsihin Şeytan tərəfindən sınanması qeyd olunur. Tövratın "Salnamələr" (21:1) bölməsində şeytanın İsrailə qarşı üsyana qalxması da qeyd edilmişdir. Diqqətlə nəzər yetirək: Məsih (ə) özündən əvvəl yaranmış bir varlığın özündən sonra gələcəyinin xəbərinimi verir?! "Yuhənna kitabı"nda (16:13) qeyd edilib ki, o, özündən heç nə deməyəcək, nə eşitsə onu deyəcək və gələcəkdən sizi xəbərdar edəcək. Müqəddəs Ruh əgər Tanrı səviyyəsində bir va
Bu xəbəri də oxu: Bakıda hansı avtobus marşrutunun fəaliyyəti bərpa edilir?
Qərbi Azərbaycana Qayıdış böyük bir prosesdir. Buna beynəlxalq zəmanət
Yanvarın 28-də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi
Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Ramil Həsənin
"İrandakı səfirliyimizin əməkdaşı əliyalın şəkildə terrorçunun
Kürək, bel ağrılarının 80%-i əzələ sistemi spazmı, miaffasial ağrıla
Tibb elmləri namizədi, rusiyalı uroloq-androloq Sergey Fesenko cibdəki telef
Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə əlaqədar Prez
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentin
İranda həlak olmuş şəhidimiz Orxan Əsgərovun Azərbaycana gətirilməsi �
Pakistanın Kəraçi şəhərində son 2 həftədə tənəffüs çatışmazlığ
Yanvarın 28-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respu
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin hey
Vahabiyyət zahiri bir din və məzhəb kimi tanınan amma batini İslam birliyi