Azərbaycanın əli TƏTİKDƏ: İcazə verilməyəcək ki, ...


Siyasət 26 Yan 2023 17:48:00 269 0

Azərbaycanın əli TƏTİKDƏ: İcazə verilməyəcək ki, ...

"Son zamanlar regionda artan xətt üzrə gedən gərginləşmə getdikcə daha da beynəlxalqlaşır".

Bunu Son.az-a açıqlamasında hərbi-siyasi ekspert, ermənişünas Telman Qasımov deyib.

O bildirib ki, Qərb regiona Ermənistanı xilas etmək üçün gəlmir:

"Erməni tərəfi çalışır ki, bunu Laçın yolunda azərbaycanlı fəalların aksiyası ilə bağlasın. Guya ki, Azərbaycan tərəfi Qarabağdakı erməniləri blokadada saxlayır, onların işığını, qazını kəsir. Ermənistan bu məsələləri çalışır beynəlxalqlaşdırsın. Hələ mən keçən il də deyirdim ki, Ermənistan istər sülhlə bağlı məsələlər olsun, istər Zəngəzur dəhlizi və digər danışıqlar olsun, bu məsələləri getdikcə çalışacaq uzatsın ki, beynəlxalq təşkilatların diqqətini tamamilə özünə bura cəlb etsin. 

Paşinyanın apardığı siyasətin artıq cücərtiləri göz qabağındadır, o, qismən istəyinə nail oldu. Amma Ermənistan Avropa İttifaqının Azərbaycanla sərhəddə 200 müşahidəçi göndərməsi qərarına çox tez sevinməyə başlayıb. Çünki bu missiyanın heç bir siyasi qərarı, missiyası yoxdur. Onlar sadəcə olaraq töhvə verə biləcək bir qrup adamlardır. Eyni ilə ATƏT-in Minsk Qrupu kimi. Minsk Qrupunun da siyasi qərarlar vermək səlahiyyəti yox idi, ancaq tövsiyyə verə bilərdi. 

Yəni sabah Ermənistanla Azərbaycan arasında hər hansı bir məsələ ətrafında gərginlik yaranarsa, burada həmin o missiyasnın hər hansı bir müdaxilə edəcək siyasi gücü, iradəsi yoxdur. Sadəcə, "olmasın", "etməyin" xarakterli tövsiyyələrlə çıxış edə bilər. Ermənistan tərəfi indi sevincək olubdur ki, vəssalam, Avropa gəldi, bunları xilas edəcək. Heç kimi, heç kim xilas etməyəcək. Fransanın daha çox aktivlik göstərdiyi həmin o missiyasının içərisində olan ölkələr hər biri ayrı-ayrılıqda böyük dövlətlərdir və onların da hər birinin öz şəxsi maraqları var. 

Məsələn, Amerikanın regionumuzda ən çox diqqətçəkən marağı Rusiya və İran amilidir. Ermənistan belə tələsik sevincək olub, amma başa düşmür ki, bu missiyanın regiona gəlməsi, yerləşməsi, Ermənistana girməsində əsas bir nömrəli məsələ Rusiya məsələsidir ki, Rusiyanın bütünlüklə rıçaqlarını regionda zəiflətsin və həmin regiona nəzarəti ələ alsın. Yəni Gürcüstanda var idisə, Gürcüstandan Ermənistana transfer edəcək və bununla da Cənubi Qafqazı nəzarətə götürür. 

İndi Ermənistan tərəfinin bu missiya ilə bağlı sevincək olmasına çox da üzülməyə, narahat olmağa dəyməz. Çünki mən düşünürəm ki, bu missiyanın Azərbaycan tərəfinə hər hansı bir yan təsiri ola bilməz. Əsas odur ki, onlar Azərbaycanın ərazisində deyillər. Ona görə də həmin o missiya ilə paralel fəaliyyət göstərmək, baş verən bir çox həqiqətləri vaxtı-vaxtında onlara çatdırmağa çalışmaq lazımdır.

Paşinyan da bu gün hökümətin iclasında təklif etdi ki, Aİ-nin göndərdiyi o missiyanın bir hissəsi gəlib Laçın yoluna, Qarabağdakı vəziyyətə oradan nəzarət etsin. Bunlar boş şeylərdir. Çünki bu missiyanın regiondakı fəaliyyəti siyasi qərar deyil, siyasi motivləri yoxdur, yaxud beynəlxalq siyasi qurumların sanksiyası deyil ki, Azərbaycan onların legitim torpaqlarımıza icazəmiz olmadan ayaq basıb orada özbaşına fəaliyyətinə qarşı nəsə edə bilməsin. 

Azərbaycan istəməsə, qərar verməsə ki, o missiya Laçın yoluna nəzarətə gəlsin, onlar gələ bilməz, bu mümkün deyil. Ona görə də Ermənistan tərəfi vaxtından tez biraz sevincəyə düşüb. Bu sevincəyin heç bir nəticəsi olmayacaq. Bu baxımdan həmin o missiyanın gəlməyi və Azərbaycanın əleyhinə digər verilən qərarlar siyasi manevlərdir. Çox güman ki, Ermənistan üçün hansısa bir yeni məsələlər hazırlanır. Xüsusən də bu planda Ermənistan ona görə nəzərdə tutulub ki, hazırda İranla ən yaxın dostluq, qardaşlıq münasibətində olan ölkələrdən biri elə Ermənistandır. Bu baxımdan Ermənistan bu planın mərkəzində yer alır.

Təbii ki, Rusiya da bu məsələdə ayıq-sayıqdır. Moskva bilir ki, Avropanın regiona yeriməsi, Qərbin burada yerləşməsi, Avropa Parlamentində Azərbaycan əleyhinə çıxarılan bu və digər qərarların əsas səbəbi Rusiyadır, Azərbaycan yox. İndi rəsmi Bakının üstünə daha çox iş düşür. Azərbaycan tərəfi çalışmalıdır ki, həmin o Aİ missiyası ilə öz maraqları çərçivəsində dil tapıb, işləyə bilsin". 

Təhməz Əsədov Son.az

Ən çox satılan mobil telefonların adı açıqlandı like
  • 26 Yan 17:40  
Digərləri Ən çox satılan mobil telefonların adı açıqlandı

Tarixdə ən çox satılan mobil telefonların adları açıqlanıb.

arrow Ətraflı
Aygün Kazımovanın həyatında rolu olan 10 kişi  Adlar like
  • 26 Yan 17:20  
Şou-biznes Aygün Kazımovanın həyatında rolu olan 10 kişi Adlar

Bu gün Azərbaycan şou-biznesinin həm Ayı, həm Günəşi olan Xalq artisti

arrow Ətraflı
Hacıqabul gölünün bərpası ilə bağlı müzakirələr aparılacaq like
  • 26 Yan 17:09  
Digərləri Hacıqabul gölünün bərpası ilə bağlı müzakirələr aparılacaq

Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası ilə bağlı görüşlə

arrow Ətraflı
ABD Maliki verilişdə pərt etdilər  VİDEO like
  • 26 Yan 16:51  
Şou-biznes ABD Maliki verilişdə pərt etdilər VİDEO

Keçmiş "Dəyirman" rep qrupunun üzvü ABD Malik Kələntərli pərt

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 26 Yan 16:36  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 43 yeni yolux

arrow Ətraflı
Qərbi Azərbaycan İcması Ermənistan hökuməti ilə təmaslara başlamaq niyyətindədir like
  • 26 Yan 16:24  
Digərləri Qərbi Azərbaycan İcması Ermənistan hökuməti ilə təmaslara başlamaq niyyətindədir

Qərbi Azərbaycan İcması Azərbaycan Respublikası hökuməti, Ermənistan Re

arrow Ətraflı
"Səni Allahın mükafatı hesab edirəm"  FOTO like
  • 26 Yan 16:20  
Şou-biznes "Səni Allahın mükafatı hesab edirəm" FOTO

"Mənim baş tacım Azərtaşım, Qabil atam... Yaxşı ki, uca yaradan b

arrow Ətraflı
Tibb bacısından diplomun təsdiqlənməsi tələb olunur  VİDEO like
  • 26 Yan 16:09  
Digərləri Tibb bacısından diplomun təsdiqlənməsi tələb olunur VİDEO

Tovuzun Xatınlı kənd sağlamlıq mərkəzinin tibb bacısı qəribə bir prob

arrow Ətraflı
"Cadenza Contemporary Orchestra"“BCB” adlı konsertini keçirdi  VİDEO  FOTO like
  • 26 Yan 16:08  
Kriminal "Cadenza Contemporary Orchestra"“BCB” adlı konsertini keçirdi VİDEO FOTO

"Cadenza Contemporary Orchestra" Beynəlxalq Muğam Mərkəzində &quo

arrow Ətraflı
“Vosmoy”da bazarlıq edən arvadını bıçaqladı like
  • 26 Yan 16:00  
Digərləri “Vosmoy”da bazarlıq edən arvadını bıçaqladı

Bakıda 31 yaşlı qadın bazarda alış-veriş edərkən bıçaqlanıb.

arrow Ətraflı
Aygün Kazımova 52 yaşında  FOTO like
  • 26 Yan 15:51  
Şou-biznes Aygün Kazımova 52 yaşında FOTO

Bu gün Xalq artisti Aygün Kazımovanın ad günüdür.

arrow Ətraflı
"Bu, tarixi torpaqlarımıza qayıtma mübarizəmizin bir halqasıdır" like
  • 26 Yan 15:50  
Digərləri "Bu, tarixi torpaqlarımıza qayıtma mübarizəmizin bir halqasıdır"

Qayıdış Konsepsiyasının qəbul olunması tarixi torpaqlarımıza qayıtma m

arrow Ətraflı
Şimali Kiprin təcridinə son qoyulur: 3 ölkədən tarixi gediş like
  • 26 Yan 15:40  
Digərləri Şimali Kiprin təcridinə son qoyulur: 3 ölkədən tarixi gediş

Şimali Kipr Türk Cümhuriyyətinin təcridinə son qoyulur.

arrow Ətraflı
Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyası qəbul edildi like
  • 26 Yan 15:35  
Digərləri Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyası qəbul edildi

Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyası qəbul edildi.

arrow Ətraflı