Aygün Kazımova 52 yaşında FOTO
Şou-biznes 26 Yan 2023 15:51:00 257 0
Bu gün Xalq artisti Aygün Kazımovanın ad günüdür.
Bu xəbəri də oxu: Sevgilisindən Günaya hədiyyə
Son.az axşam.az-a istinadən xəbər verir ki, ölkənin əsas ulduzu 52 yaşını qeyd edir. Hər il özəl günündə böyük və fərqli məclis təşkil edən Pop diva yenə ənənəsinə sadiq qalıb. Belə ki, Kazımova 52 yaşını dostları, sənət adamları ilə birlikdə keçirəcək. Təmtəraqlı gecə üçün xüsusi proqram hazırlanıb.
Azərbaycan şou-biznesində bütün risklər, yeniliklər, fərqliliklər, saydıqca bitməyən layihələr məhz Aygünün adı ilə bağlıdır. Oxuduğu hər mahnı, çəkdirdiyi hər klip, verdiyi hər konsert bir ilk olub. Sənəti üçün əlindən gələni və gəlməyəni edən Pop diva son bir neçə ildir ki, yalnız mahnıları, klipləri və maraqlı fotosessiyaları ilə şou-biznesi rəngarəng edir. Aygün Azərbaycan estradası tarixində gündəmi uzun müddətdir əlində saxlamağı bacaran ən səs-küylü müğənnidir. Hər dəfə bir obrazda tamaşaçı qarşısına çıxan ulduz şou aləmində öz rekordunu hər zaman özü yeniləyib. Hər dəfə yeni bir janrda mahnı oxuyaraq, dinləyicisini təəccübləndirməyi bacarıb. Onun bu günlərdə bir-birinin ardınca təqdim etdiyi "Qorxuram", "Vəfasızlar unudulmur", "Saxla şəkilləri" mahnıları buna misaldır.
Azərbaycan şou-biznesinin banisi olan Kazımova haqqında sənətkarlar dəfələrlə maraqlı fikirlər səsləndiriblər. Dahi bəstəkar Tofiq Quliyev müsahibələrindən birində onun haqda danışarkən "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" sözlərini işlədib.
Bəstəkar Cavanşir Quliyev isə "Aygün mənim ən gözəl əsərimdir" ifadəsi ilə gündəmə gəlmişdi.
Mərhum müğənni Rəhim Rəhimli isə açıqlamalarından birində "Azərbaycan şou-biznesi də Aygünlə eyni yaşdadır" sözlərini deyib.
Bu günlərdə isə aparıcı Elgiz Əkbər onunla bağlı açıqlama verərək, "Mən də Aygün Kazımovanın fanatı olmuşam, indi də eləyəm. Onun böyük ürəyi var. Uzun illərdir bir-birimizi tanımışıq. Hər zaman ürəyimdə olub. Onun mərdliyini görmüşəm. Həm məni təəccübləndirdi, həm təsirləndirdi. Aygün xanımla işbirliyi olan bir insan ağır xəstələndi. Onlar uzun illər idi küsmüşdü. Ona dəstək lazım idi, fikirləşdim ki, görəsən Aygün Kazımovaya deyim? Dedim, filankəs xəstədir, çox ehtiyacı var. Ağladı, artıqlaması ilə dəstəyini göstərdi. Elə bil ki, adamın həyatını xilas etdi" sözlərini deyib. Dəfələrlə xeyriyyə işlərində iştirak edən, müğənni adının hallanmasını heç vaxt istəməyib.
Hər işinə böyük layihə kimi yanaşan Aygün Kazımova adi bir fotosessiyası üçün də xaricə gedib, oradan komanda toplayır.
Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə qədəm qoyub. İlk "Qrand-pri" mükafatını məhz bu yarışmada qazanıb. 1989-cu ildə Yurmalada keçirilən beynəlxalq konkursda, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda beynəlxalq yarışmada laureat olub.
2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. 2001-ci ildə yenidən üç - "İlin müğənnisi", "İlin hit mahnısı: Я и ты", "İlin konserti: Я девушка восточнaя" nominasiyaları üzrə "Qrand" mükafatı qazanıb. İndiyə kimi saysız solo konserti olub. Bunlara 1999-cu ildə "Aygün-Bir Gün", 2000-ci ildə "Я девушка восточная", 2001-ci ildə "Qeyri-adi şou", 2006-cı ildə Moskvada möhtəşəm yubiley konsertlərini misal göstərmək olar.
Bu günə kimi onlarca diski çıxıb. 2001-ci ildə Əməkdar artist, 2009-cu ildə isə Xalq artisti adlarına layiq görülüb. Vaqif Gərayzadə, Eldar Mansurov və Cavanşir Quliyev kimi bəstəkarlarla birgə çalışıb. Xarici ölkələrdə də konsertlər verib. Onlardan ən məşhuru 2006-cı ildə Moskvada Dövlət Kreml sarayında təşkil edilən gecə olub.
2005-ci ildə rejissor Arif Qazıyevin "Xarı bülbüllər" musiqili filmində baş rola çəkilib. Həmçinin "Best Model of Azerbaijan"ın rəhbəri vəzifəsində də iştirak edib.
2012-ci ildə Türkiyənin ən tanınmış müğənni və bəstəkarları olan Sinan Akçıl və Sərdar Ortacla iş birliyi qurub. Sinan Akçıl ilə "İkinci sen" adlı duet ifa edib. Sərdar Ortacdan isə "Hayat ona güzel" adlı mahnı oxuyub. Hər iki mahnı müğənninin karyerasına uğur gətirib. Məhz 2012-ci ildə ifa etdiyi bu mahnılara görə Mədəniyyət Nazirliyinin təsis etdiyi "Qrand 2012" mükafatına layiq görülüb. Sinan Akçıl ilə ifa etdiyi duet müğənniyə "İlin dueti", Sərdar Ortacdan ifa etdiyi mahnının klipinə görə isə "İlin klipi" mükafatına layiq görülüb.
2012-ci ilin sonundan dünya üzrə layihələrinə start verib. Müğənni Hollivud ulduzu, reper Snup Doq ilə duet ifa edib. Həmin mahnının adı "Coffee from Columbia" olub.
2017-ci ilin sentyabrın 22-də Aygün Kazımova səhnə fəaliyyətinin 30 illiyi münasibətilə "Aygün Kazımova - 30 il" proqramı ilə Kristal Zalında səhnəyə çıxıb. 2017-ci ildə məhz bu konsertdə fərqli görünmək üçün 3 plastik əməliyyat keçirib. 2021-ci ildə özünün ilk rusdilli EP albomu olan "Mən Nirvanadayam" adlı albomunu təqdim edib.
Və bu gün o, yenidən solo konsertə hazırlaşır. Kazımova "Crystal hall" səhnəsində yenidən sevənləri ilə görüşməyə hazırlaşır.
Mili.Az
Qayıdış Konsepsiyasının qəbul olunması tarixi torpaqlarımıza qayıtma m
Şimali Kipr Türk Cümhuriyyətinin təcridinə son qoyulur.
Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyası qəbul edildi.
Prezident İlham Əliyev "Mikro, kiçik və orta sahibkarlığın inkişaf�
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttif
Bu gün Azərbaycan Ordusunun 1992-ci ilin yanvarın 25-i başlayıb bir gün so
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İpoteka və Kredit
Prezident İlham Əliyev Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqq
"Kurtlar Vadisi" serialındakı Bedir obrazı ilə tanınan aktyor Le
Qızdırıcı cihazlar standartlara və evin həcminə uyğun gəlməyəndə abo
Xalq artisti Rasim Balayevin səhhətində problem yaranıb.
Azərbaycanın ən intellektual oyunlarından biri - "Breyn Rinq"i baz
"Ötən il Avropa Siyasi Birliyinin təhsis sammiti çərçivəsində Çexi
"Abşeronda torpaqlar Suraxanıdan Binəqədiyə qədər aydınlaşdırılm
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Özcan Dəniz iranlı sevgilisi