Makron Azərbaycan ərazisinə yerləşmək istəyir Ermənilər


Siyasət 26 Yan 2023 14:40:00 359 0

Makron Azərbaycan ərazisinə yerləşmək istəyir  Ermənilər

"Ötən il Avropa Siyasi Birliyinin təhsis sammiti çərçivəsində Çexiyanın paytaxtı Praqada Azərbaycan və Ermənistan lideri arasında keçirilmiş görüş nəticəsində bir sıra razılıqlar əldə olundu". 

Bunu Son.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Fransa bu missiyanı göndərməklə Cənubi Qafqazda Ermənistandan alət kimi istifadə edir:

"Brüssel formatının davamı kimi dəyərləndirilən və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin moderatorluğu ilə keçən görüşdə Aİ-nin mülki missiyasının Ermənistan ərazisində 2 ay müddətinə monirtorinq həyata keçirmək məqsədi ilə ezam edilməsi qərara alındı. Bu missiya öz fəaliyyətini dekabrın 19-da başa çatdırdı. Lakin daha sonrakı dönəmdə 2 illik müddətə 200 nəfərlik heyyətin göndərilməsi haqqında qərarın Azərbaycanın razılığı olmadan və iştirakı nəzərdən keçirilmədən qəbul olunması bütün beynəlxalq normalara ziddir. Çünki bu missiya həm də Azərbaycanla sərhəddə yerləşdiriləcək.

Nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında sərhəd müəyyənləşdirilməyib, delimitasiya və demarkasiya prosesi icra olunmayıb və belə olan təqdirdə haqlı bir sual meydana gəlir: Bu missiya hansı məqsədi daşıyır, hansı qüvvə tərəfindən regiona ezam olunur və missiyanın tərkibində kimlər iştirak edəcək? 

Şübhəsiz ki, missiyanın həyata keçirilməsində Avropa İttifaqında dominant mövqeyə sahib olan Fransanın canfəşanlıq etməsi heç kimdə şübhə doğurmur. Fransa yeni formasiyada bu missiyanı göndərməklə Cənubi Qafqazda Ermənistandan alət kimi istifadə edir və burada öz maraqlarını güdür. Bununla yanaşı, Avropa İttifaqının bütün institutlarına təsir rıçaqlarını genişləndirən Fransa həm də ölkəmizə qarşı Avropa ittifaqı müstəvisində qərəzli qətnamənin qəbul olunmasına nail oldu və burada Fransanın birmənalı olaraq siyasi təsiri və izləri görünməkdədir. 

Eyni zamanda bu mülki missiya həm də regionda Rusiyanı sıxışdırıb çıxartmaq niyyəti güdür. KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Ermənistana ezam olunması nəzərdə tutulan missiyadan İrəvan nümayişkəranə imtina etdi və Aİ missiyasını ölkəsində böyük həvəslə qəbul edir. Ermənistan geosiyasi ziddiyətlərin və konfrantasiyaların bir məkanına çevrilir.

Məhz bu xüsusda Rusiya tərəfindən də Ermənistanı qınayan bir sıra fikirlərə rast gəlirik. Hətta Rusiyanın XİN başçısı Sergey Lavrov da bu məsələyə münasibət bildirib. Belə görünür ki, Ermənistanda hazırda siyasi iqtidar öz mövcudluğunu qoruyub saxlamaq naminə ölkəsini geosiyasi problemlər məkanına çevirməkdədir və addım-addım buna doğru irəliləyir.

Eyni zamanda bu yaxınlarda Avropada səfərdə olan və Azərbaycan əleyhinə çıxışlar edən Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın Rusiya əleyhinə də iş aparması müşahidə olunurdu. Onun Sorosun yetirməsi olması və Sorosdan gələn təlimatlar əsasında müxtəlif missiyalarda iştirak etməsi, bura cəlb olunması həm də hazırki Ermənistan hakimiyyətinin Rusiya əleyhinə mövqeyinin bariz nümunəsidir".

Təhməz Əsədov Son.az

"Elementar şeydən ötrü insanlar getgələ salınır"  Deputat like
  • 26 Yan 14:29  
Digərləri "Elementar şeydən ötrü insanlar getgələ salınır" Deputat

"Abşeronda torpaqlar Suraxanıdan Binəqədiyə qədər aydınlaşdırılm

arrow Ətraflı
Özcan Dənizin gizli baş tutan toyundan  FOTOlar like
  • 26 Yan 14:20  
Şou-biznes Özcan Dənizin gizli baş tutan toyundan FOTOlar

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Özcan Dəniz iranlı sevgilisi

arrow Ətraflı
Soğanın bahalaşmasına səbəb nədir?  VİDEO like
  • 26 Yan 14:09  
Digərləri Soğanın bahalaşmasına səbəb nədir? VİDEO

Gündəlik qida məhsulu olan soğan sürətlə bahalaşır.Soğanın qiyməti s

arrow Ətraflı
“Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilir  FƏRMAN like
  • 26 Yan 14:01  
Siyasət “Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilir FƏRMAN

Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" Azərbaycan Respu

arrow Ətraflı
Bu torpaqlarda tikinti qadağan edilir like
  • 26 Yan 14:00  
Digərləri Bu torpaqlarda tikinti qadağan edilir

Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, d

arrow Ətraflı
“DÜŞÜN VƏ YARAT!” adlı yaradıcılıq müsabiqəsi elan edilir like
  • 26 Yan 13:59  
Kriminal “DÜŞÜN VƏ YARAT!” adlı yaradıcılıq müsabiqəsi elan edilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Az

arrow Ətraflı
Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşı təltif edilib  SİYAHI like
  • 26 Yan 13:57  
Siyasət Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşı təltif edilib SİYAHI

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşın�

arrow Ətraflı
Əli Əhmədov “Şərəf” ordeni ilə təltif edildi like
  • 26 Yan 13:55  
Siyasət Əli Əhmədov “Şərəf” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Ə.C.Əhmədovun "Şərəf" ordeni ilə təlt

arrow Ətraflı
Əcnəbi nişanlısını atıb türklə sevgili oldu  FOTO like
  • 26 Yan 13:51  
Şou-biznes Əcnəbi nişanlısını atıb türklə sevgili oldu FOTO

İslandiyalı rejissor nişanlısı Thor Saevarssondan ayrılan türkiyəli aktr

arrow Ətraflı
Putin mənim üçün heç kimdir  Zelenski like
  • 26 Yan 13:41  
Digərləri Putin mənim üçün heç kimdir Zelenski

Putin mənim üçün heç kimdir, onunla danışıqlar maraqlı deyil.

arrow Ətraflı
Qohum uşağı övladlığa götürənlərin sayı artıb  VİDEO like
  • 26 Yan 13:40  
Digərləri Qohum uşağı övladlığa götürənlərin sayı artıb VİDEO

Qohum uşağı övladlığa götürmək istəyənlərin sayı artıb. Ötən il

arrow Ətraflı
İlham Əliyev: Cənub Qaz Dəhlizi bütöv bir regionun inkişafına töhfə verir like
  • 26 Yan 13:32  
Siyasət İlham Əliyev: Cənub Qaz Dəhlizi bütöv bir regionun inkişafına töhfə verir

Cənub Qaz Dəhlizi ölkələrimizi birləşdirir və bütöv bir regionun inki�

arrow Ətraflı
Bu yolda yeni qayda like
  • 26 Yan 13:31  
Digərləri Bu yolda yeni qayda

8 noyabr (keçmiş Nobel) prospektində bir neçə gündür dəyişiklik edilib.

arrow Ətraflı
“Ora Şəfiqənin atasının ittifaqı deyil” like
  • 26 Yan 13:20  
Şou-biznes “Ora Şəfiqənin atasının ittifaqı deyil”

Əməkdar artist Gülşad Baxşıyeva Azərbaycan Respublikası Kinematoqrafçı

arrow Ətraflı
Nazirlikdən bahalaşmaya like
  • 26 Yan 13:11  
Digərləri Nazirlikdən bahalaşmaya

Bu gün dünyada gedən geosiyasi vəziyyət, eləcə də qlobal iqlim dəyişm�

arrow Ətraflı