KOBİA sahibkarların vahid reyestrinin formalaşdırılması ilə bağlı müvafiq tədbirlər görəcək


Siyasət 26 Yan 2023 15:31:00 258 0

KOBİA sahibkarların vahid reyestrinin formalaşdırılması ilə bağlı müvafiq tədbirlər görəcək

Prezident İlham Əliyev "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyişiklik edilməsi, "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının ləğv edilməsi haqqında Fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alınır:

- Müəyyən edilsin ki:

- "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.2-ci (hər iki halda) maddəsində, 4-cü maddəsinin birinci və ikinci cümlələrində, 5.3-cü, 6.2-ci və 7.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

- həmin Qanunun 1.1.2-ci (birinci halda) və 5.3-cü maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

- həmin Qanunun 4-cü maddəsinin birinci və ikinci cümlələrində, 6.2-ci və 7.2-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

- həmin Qanunun 1.1.2-ci maddəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nəzərdə tutulur.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- altı ay müddətində:

- həmin Qanunun 4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, koordinasiya qrupunun tərkibi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

- həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin həmin qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydalarını təsdiq etsin, qiymətləndirməni həyata keçirən qurumu müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılmasını Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları" nəzərə alınmaqla altı ay müddətində təmin etsin və həmin bazanın Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görsün.

- Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi"nin 3.1.31-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

"3.1.31. sahibkarların vahid reyestrinin formalaşdırılması və aparılması ilə bağlı müvafiq tədbirlər görmək;".

- "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanı ləğv edilsin.

“Çiçəklər” adlı etüd keçiriləcək like
  • 26 Yan 15:30  
Kriminal “Çiçəklər” adlı etüd keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttif

arrow Ətraflı
Ordumuz Daşaltının daş altında yatan qisasını Vətən müharibəsində aldı  FOTO like
  • 26 Yan 15:29  
Digərləri Ordumuz Daşaltının daş altında yatan qisasını Vətən müharibəsində aldı FOTO

Bu gün Azərbaycan Ordusunun 1992-ci ilin yanvarın 25-i başlayıb bir gün so

arrow Ətraflı
Sahibkarların kreditlərinə subsidiya verilmə müddəti 2 il müddətinə artırıldı like
  • 26 Yan 15:26  
Siyasət Sahibkarların kreditlərinə subsidiya verilmə müddəti 2 il müddətinə artırıldı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İpoteka və Kredit

arrow Ətraflı
Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında qanun təsdiqləndi like
  • 26 Yan 15:22  
Siyasət Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında qanun təsdiqləndi

Prezident İlham Əliyev Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqq

arrow Ətraflı
“Kurtlar Vadisi”nin daha bir aktyoru vəfat etdi  FOTO like
  • 26 Yan 15:21  
Şou-biznes “Kurtlar Vadisi”nin daha bir aktyoru vəfat etdi FOTO

"Kurtlar Vadisi" serialındakı Bedir obrazı ilə tanınan aktyor Le

arrow Ətraflı
Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir?  Səbəbi bu VİDEOda like
  • 26 Yan 15:00  
Digərləri Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? Səbəbi bu VİDEOda

Qızdırıcı cihazlar standartlara və evin həcminə uyğun gəlməyəndə abo

arrow Ətraflı
Rasim Balayevin səhhətində problem yarandı like
  • 26 Yan 14:49  
Şou-biznes Rasim Balayevin səhhətində problem yarandı

Xalq artisti Rasim Balayevin səhhətində problem yaranıb.

arrow Ətraflı
“Breyn Rinq” bazar günü İTVnin efirində nümayiş olunacaq like
  • 26 Yan 14:48  
Digərləri “Breyn Rinq” bazar günü İTVnin efirində nümayiş olunacaq

Azərbaycanın ən intellektual oyunlarından biri - "Breyn Rinq"i baz

arrow Ətraflı
Makron Azərbaycan ərazisinə yerləşmək istəyir  Ermənilər like
  • 26 Yan 14:40  
Siyasət Makron Azərbaycan ərazisinə yerləşmək istəyir Ermənilər

"Ötən il Avropa Siyasi Birliyinin təhsis sammiti çərçivəsində Çexi

arrow Ətraflı
"Elementar şeydən ötrü insanlar getgələ salınır"  Deputat like
  • 26 Yan 14:29  
Digərləri "Elementar şeydən ötrü insanlar getgələ salınır" Deputat

"Abşeronda torpaqlar Suraxanıdan Binəqədiyə qədər aydınlaşdırılm

arrow Ətraflı
Özcan Dənizin gizli baş tutan toyundan  FOTOlar like
  • 26 Yan 14:20  
Şou-biznes Özcan Dənizin gizli baş tutan toyundan FOTOlar

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Özcan Dəniz iranlı sevgilisi

arrow Ətraflı
Soğanın bahalaşmasına səbəb nədir?  VİDEO like
  • 26 Yan 14:09  
Digərləri Soğanın bahalaşmasına səbəb nədir? VİDEO

Gündəlik qida məhsulu olan soğan sürətlə bahalaşır.Soğanın qiyməti s

arrow Ətraflı
“Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilir  FƏRMAN like
  • 26 Yan 14:01  
Siyasət “Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilir FƏRMAN

Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" Azərbaycan Respu

arrow Ətraflı
Bu torpaqlarda tikinti qadağan edilir like
  • 26 Yan 14:00  
Digərləri Bu torpaqlarda tikinti qadağan edilir

Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, d

arrow Ətraflı
“DÜŞÜN VƏ YARAT!” adlı yaradıcılıq müsabiqəsi elan edilir like
  • 26 Yan 13:59  
Kriminal “DÜŞÜN VƏ YARAT!” adlı yaradıcılıq müsabiqəsi elan edilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Az

arrow Ətraflı