Qərbi Azərbaycan İcması Ermənistan hökuməti ilə təmaslara başlamaq niyyətindədir
Digərləri 26 Yan 2023 16:24:00 285 0
Qərbi Azərbaycan İcması Azərbaycan Respublikası hökuməti, Ermənistan Respublikası hökuməti, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər, region ölkələri və digər aidiyyəti dövlətlər və təşkilatlar ilə təmaslara başlayacaq.
Bu xəbəri də oxu: Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?
Bu barədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında əks olunub.
Qeyd olunub ki, indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən, hüquqi baxımdan məcburi olan, müvafiq verfikasiya və zəmanət mexanizmini ehtiva edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu məqsədlə, İcma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsində də təsbit olunmasına çalışacaq.
Qayıdışın beynəlxalq hüquqi çərçivəsinin formalaşdırılması üçün İcma Azərbaycan Respublikası hökuməti, Ermənistan Respublikası hökuməti, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər, region ölkələri və digər aidiyyəti dövlətlər və təşkilatlar ilə təmaslara başlayacaq.
Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yekun iclasında Qayıdış Konsepsiyası qəbul edilib.
"Mənim baş tacım Azərtaşım, Qabil atam... Yaxşı ki, uca yaradan b
Tovuzun Xatınlı kənd sağlamlıq mərkəzinin tibb bacısı qəribə bir prob
"Cadenza Contemporary Orchestra" Beynəlxalq Muğam Mərkəzində &quo
Bakıda 31 yaşlı qadın bazarda alış-veriş edərkən bıçaqlanıb.
Qayıdış Konsepsiyasının qəbul olunması tarixi torpaqlarımıza qayıtma m
Şimali Kipr Türk Cümhuriyyətinin təcridinə son qoyulur.
Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyası qəbul edildi.
Prezident İlham Əliyev "Mikro, kiçik və orta sahibkarlığın inkişaf�
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttif
Bu gün Azərbaycan Ordusunun 1992-ci ilin yanvarın 25-i başlayıb bir gün so
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İpoteka və Kredit
Prezident İlham Əliyev Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqq
"Kurtlar Vadisi" serialındakı Bedir obrazı ilə tanınan aktyor Le
Qızdırıcı cihazlar standartlara və evin həcminə uyğun gəlməyəndə abo