İrəvan seçimini etdi: Kreml xaindir


Siyasət 26 Yan 2023 08:10:00 252 0

İrəvan seçimini etdi: Kreml xaindir

Rusiya və KTMT də İrəvana Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyi təklif etmişdi, lakin Ermənistan tərəfi qəti şəkildə rədd cavabı vermişdi. Çünki Moskvanın və KTMT-dəki "müttəfiqlərimizin" iki ildən çoxdur atdığı addımlar erməni xalqında və hökumətində etimad yaratmır. Başa düşürük ki, Moskva indi Bakı və Ankara ilə eyni komandada çıxış edir. Və belə bir vəziyyətdə Ermənistanda heç kim keçini kələmlə bağçaya buraxmaq istəmir. Yəni bizim hakimiyyət rusları rədd edib avropalıları seçməklə bir tərəfdən Moskvaya qara bir "quş" qoydu, digər tərəfdən də dünyaya Ermənistanı Qərbə doğru çevirdiklərini göstərdi.

Son.az axar.az-a istinadən bildirir ki, bunu tanınmış erməni analitik Tevos Arşakyan deyib.

"Bəli, biz yaxşı bilirik ki, Ermənistan vasitəsilə regionumuza nüfuz edən Qərb Rusiyanı sıxışdırıb çıxarmaq kimi geosiyasi məqsədlərini həyata keçirir. Bəs İrəvanın xarici siyasətini Moskvadan Brüsselə dəyişməsində günahkar kimdir? 44 günlük müharibədə və ondan sonrakı dövrdə Ermənistana xəyanət edən yalnız Rusiyanın özüdür. Kreml Azərbaycan və Türkiyəni razı salmaq üçün regionda yeganə müttəfiqinin maraqlarını heçə saydı. Doğrudanmı Moskva bu qədər sadəlövh idi ki, İrəvanda heç bir əks tədbir görülməyəcəyini düşünürdü? Hətta küncə sıxışdırılmış siçan vəhşi heyvana çevrilir. Təbii ki, Rusiyanın hələ də Ermənistana qarşı çoxlu təzyiq rıçaqları var. Unutmayaq ki, ölkəmiz sözün əsl mənasında Rusiya hərbçiləri və FTX-si ilə doludur. Şübhə etmirəm ki, yaxın günlərdə İrəvana qarşı bütün bu təzyiq rıçaqlarından istifadə olunacaq. Və bu kontekstdə Rusiyanın ərazimizdə hərbi mövcudluğunun dayandırılması məsələsi yenidən kəskin şəkildə ortaya çıxır. Biz öz sərhədlərimizi özümüz qoruya bilərik və AB-nin uzunmüddətli missiyası bizə əlavə təhlükəsizlik zəmanəti verir. Erməni xalqı ümid etmək istəyir ki, hakimiyyət bundan qorxmayacaq və Qərblə, o cümlədən onun hərbi-siyasi strukturları ilə əlaqələri gücləndirmək siyasətini davam etdirəcək. Ermənistanın yeri KTMT və Aİİ-də deyil, AB və NATO-dadır", - o bildirib.

ABŞın Rusiyaya yeni təyin olunmuş səfiri like
  • 26 Yan 08:08  
Siyasət ABŞın Rusiyaya yeni təyin olunmuş səfiri

ABŞ-ın Rusiyaya yeni təyin olunmuş səfiri Lin Treysi artıq Moskvadadır.

arrow Ətraflı
Körpələrdə "su zəhərlənməsi" nədir? like
  • 26 Yan 08:05  
Digərləri Körpələrdə "su zəhərlənməsi" nədir?

Yeni doğulan körpələri su ilə qidalandırmaq ölümcül nəticələr verə

arrow Ətraflı
Kanada Ukraynaya 4 "Leopard" like
  • 26 Yan 08:03  
Siyasət Kanada Ukraynaya 4 "Leopard"

Kanada 4 ədəd "Leopard 2" tankını Ukraynaya verməklə "tank

arrow Ətraflı
"Abrams"lar Krıma like
  • 26 Yan 08:02  
Siyasət "Abrams"lar Krıma

ABŞ-ın verəcəyi "Abrams" tankları çətin ki, Ukraynaya Krımı n

arrow Ətraflı
Diqqət dağınıqlığı like
  • 26 Yan 08:01  
Digərləri Diqqət dağınıqlığı

Diqqət pozğunluğu əksər hallarda uşaqlarda görünən patoloji əlamətdir

arrow Ətraflı
Talıbovun Tiflisdə 270 milyonluq imperiyası like
  • 26 Yan 08:00  
Siyasət Talıbovun Tiflisdə 270 milyonluq imperiyası

Türkiyəli biznesmen Emin Uçar Azərbaycanın Naxçıvan eksklavında sərvət

arrow Ətraflı
Mərkəzi Bank ilk dəfə dollar sata bilmədi like
  • 26 Yan 07:55  
Digərləri Mərkəzi Bank ilk dəfə dollar sata bilmədi

Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tə

arrow Ətraflı
Zəncəfilin faydaları like
  • 26 Yan 07:51  
Digərləri Zəncəfilin faydaları

Zəncəfil çoxillik bitki olub ən çox tropik ölkələrdə yetişir. Ona daha

arrow Ətraflı
Azərbaycanlı məşqçinin evində rüsvayçılıq: "Arvadı yer saldı, like
  • 26 Yan 07:45  
Digərləri Azərbaycanlı məşqçinin evində rüsvayçılıq: "Arvadı yer saldı,

"Sərhədçi" idman kompleksində kikboksinq üzrə məşqçi olmuş N

arrow Ətraflı
Qırmızı, acı bibər (Capsicum frutescens) haqqında like
  • 26 Yan 07:41  
Digərləri Qırmızı, acı bibər (Capsicum frutescens) haqqında

Qırmızı, acı bibər (Capsicum frutescens) haqqında ümumi məlumat Qırmı

arrow Ətraflı
TVlərdə reklam qalmaqalı böyüyür – like
  • 26 Yan 07:35  
Şou-biznes TVlərdə reklam qalmaqalı böyüyür –

Şou verilişlərə həkimləri, mütəxəssisləri dəvət edib, onların rekla

arrow Ətraflı
Qəbizlikdən xilas olmağın yolları like
  • 26 Yan 07:31  
Digərləri Qəbizlikdən xilas olmağın yolları

Bəzən orqanizmdə yeyilən qidalardan asılı olaraq qəbizlik yarana bilər.

arrow Ətraflı
"Novruza qədər baş tutacaq, əməliyyatın adı..." like
  • 26 Yan 07:25  
Siyasət "Novruza qədər baş tutacaq, əməliyyatın adı..."

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

arrow Ətraflı
Uşaq travmalarının oyun terapiyası ilə müalicəsi like
  • 26 Yan 07:21  
Digərləri Uşaq travmalarının oyun terapiyası ilə müalicəsi

Uşaqların kiçik yaşlarda keçirdikləri travmaları oyun terapiyası ilə sa

arrow Ətraflı
“Arka sokaklar” bitib? like
  • 26 Yan 07:15  
Şou-biznes “Arka sokaklar” bitib?

Türkiyənin "Kanal D" telekanalında yayımlanan "Arka sokaklar&

arrow Ətraflı