Bank Respublika 2022ci ildə tarixinin ən yüksək nəticələrini əldə edib!
Digərləri 24 Yan 2023 13:00:00 372 0
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2022-ci ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişafını davam etdirərək, bütün göstəricilərdə artım nümayiş etdirib və tarixinin ən yüksək nəticələrini əldə edib!
Bu xəbəri də oxu: Təyyarə Xəzəri çətinliklə keçib 3D versiyası YAYILDI
2023-cü il yanvarın 1-nə Bankın aktivləri 29% artaraq 1,58 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, keçən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 22% artaraq 127,47 milyon manat olmuş və minimum məcmu kapital normasını 2 dəfədən çox üstələmişdir.
Ötən illə müqayisədə Bankın xalis faiz gəlirləri 49%-dən çox artaraq 84,8 milyon manata, xalis əməliyyat mənfəəti 2 dəfədən çox artaraq 33,28 milyon manata, xalis mənfəəti isə 37 % artaraq 26,65 milyon manata çatıb.
12 ayın yekunlarına əsasən, Bankın depozit və kredit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, ötən illə müqayisədə bankın depozit portfeli 21% artmışdır ki, bu da çoxsaylı müştərilərin "Bank Respublika"ya olan inamını bir daha təsdiqləyir.
Ötən il Bank Respublika həm bank həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsini davam etmişdir. Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiya İnkişaf Bankı (FMO), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Avropa İnvestisiya Şirkəti (EMF Microfinance Fund) kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır.
"Cənubi Qafqazda Avropa İttifaqı üçün potensial müsbət fürsətdir.
Uzun illərdir Məmmədli qəsəbəsindəki Bakı Yaşayış Kompleksində yaşa
Bakıda qanunsuz yanacaq satışının qarşısı alınıb.
Televiziyanın əsas funksiyalarından biri maarifləndirməkdir. Ancaq təəss�
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan
Xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının
Sumqayıtda betonzavod adlanan ərazidə günlərlə təmizlənməyən tullantı
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Mə
Əgər əvvəlki missiya iki ay davam edirdisə və onun iştirakçıları Ermə
Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış
Məşhur rejissor və aktyor Aqil M. Quliyev "yeni həyat"a başladı�
Ukraynanı dəstəklədiyini bildirən Avropa ölkələrinin göndərdiyi silah
Səyahətə hazırlaşanlar hər il sərfəli qiymətlər təklif edilən erkən
Bizim əsas tələbimiz təbii sərvətlərimizin ermənilər tərəfindən tala