Üçüncü Dünya Müharibəsi Zəngəzurda başlaya bilər
Siyasət 24 Yan 2023 12:56:00 298 0
"Cənubi Qafqazda Avropa İttifaqı üçün potensial müsbət fürsətdir. Fransa, şübhəsiz ki, öz lobbisini sakitləşdirmək və daha güclü görünmək üçün missiyanı monopoliyaya almağa çalışsa da, Azərbaycan çoxmillətli işçi qrupun yaradılmasına təkan verməlidir".
Bu xəbəri də oxu: Prezident Dövlət Neft Fondunun büdcəsini təsdiqlədi
"Aİ ölkələrinin çoxu hazırda öz separatizmi və ayrılma problemi ilə məşğuldur. Azərbaycan yaxşı olar ki, İspaniya nümunəsindən yararlansın, Fransa və Ermənistanın planlarına qarşı çıxmaq üçün onlarla əməkdaşlıq etsin. Bundan əlavə, bu, şəffaf və geniş müşahidəyə imkan verməklə təbliğatın çox hissəsini təkzib etmək üçün bir fürsətdir. Bununla belə, Bakı əmin olmalıdır ki, Avropa İttifaqının onun mövqeyi öyrənilmədən müşahidəçilərin sərhəddinə göndərilməsi hekayəsinin digər tərəfləri də var və bölgədəki vəziyyətin işıqlandırılmasında Azərbaycana qarşı qərəz davam edərsə, Bakı Ai ilə əməkdaşlıqdan geri çəkilə bilər.
Azərbaycan Aİ-nin enerji təchizatçısı kimi artan roluna görə bu vəziyyətdə böyük təsir imkanlarına malikdir. Günün sonunda, enerji böhranının pik nöqtəsində bu cür dəstəyi itirməyə heç Fransa belə dözə bilməz.
Fransa Rusiya məsələsində hər iki tərəfə sahib olmağa çalışır, Rusiya isə Fransa daxilində siyasi təsirini saxlamaq niyyətindədir. Lakin nə qədər ikitərəfli münasibətlərə xələl gətirməyə çalışmasalar da unutmaq olmaz ki, Fransa NATO-nun bir hissəsidir və Rusiya onu müttəfiq yox, düşmən dövlət hesab edir. Bu səbəbdən, Afrikadakı antiterror əməliyyatlarında olduğu kimi, Rusiya Fransanı potensial təhlükəsizlik tərəfdaşı kimi yox, Cənubi Qafqazda nüfuz uğrunda rəqabət kimi görəcək və onun mövcudluğunu minimuma endirməyə və ya ona qarşı çıxmağa çalışacaq.
Bununla belə, Rusiya rəsmi söz sahibi ola bilməz və artıq masada da yox olmaq üzrədir. Hətta Ermənistan da Rusiyanın Cənubi Qafqaz məsələlərinə avtoritar yanaşmasından getdikcə ehtiyatlı görünür və çox güman ki, bu səbəbdən Fransanı Rusiya sülhməramlılarından üstün tutur.
Bu isə nəticə etibarilə nəhayət, Avropa İttifaqı müşahidəçiləri ilə Rusiya sülhməramlıları arasında toqquşmanı qaçılmaz edə bilər. Lakin bütün bunlar Bakı üçün faydalı ola bilər, çünki bütün sxemlər və manipulyasiyalar nəhayət üzə çıxmış olacaq.
Eskalasiya davam edə bilər, lakin çox güman ki, Rusiya sülhməramlıları və Aİ müşahidəçiləri arasında olduğu kimi ermənilərlə azərbaycanlılar arasında da bu təkrarlanmayacaq. Aİ-nin yaxınlıqda fəaliyyət göstərməsi ilə ermənilərin həyasız təxribatlara davam etməsinin çətin olacağı qənaətindəyəm.
Bununla belə, nə Fransanın, nə də Aİ-nin regionda hər hansı uzunmüddətli strateji hədəflərinin olması ehtimalı azdır, söhbət daha uzun prosesdən gedir. Fransa üçün Ermənistan və Azərbaycan arasındakı problemlərin həllinə töhfə verməkdənsə, çox iş görmədən özünü beynəlxalq arenada yenidən təsdiq etmək daha vacibdir".
Təhməz Əsədov Son.az
Uzun illərdir Məmmədli qəsəbəsindəki Bakı Yaşayış Kompleksində yaşa
Bakıda qanunsuz yanacaq satışının qarşısı alınıb.
Televiziyanın əsas funksiyalarından biri maarifləndirməkdir. Ancaq təəss�
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan
Xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının
Sumqayıtda betonzavod adlanan ərazidə günlərlə təmizlənməyən tullantı
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Mə
Əgər əvvəlki missiya iki ay davam edirdisə və onun iştirakçıları Ermə
Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış
Məşhur rejissor və aktyor Aqil M. Quliyev "yeni həyat"a başladı�
Ukraynanı dəstəklədiyini bildirən Avropa ölkələrinin göndərdiyi silah
Səyahətə hazırlaşanlar hər il sərfəli qiymətlər təklif edilən erkən
Bizim əsas tələbimiz təbii sərvətlərimizin ermənilər tərəfindən tala
Rusiyanın Sankt-Peterburq şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi ba