İrəvana “dinc döyüşçülər” gəlir


Digərləri 24 Yan 2023 12:17:00 368 0

İrəvana “dinc döyüşçülər” gəlir

Əgər əvvəlki missiya iki ay davam edirdisə və onun iştirakçıları Ermənistanla Azərbaycan sərhədində baş verən hadisələri izləməli idilərsə, indi avropalı missionerlər iki il qalmaq və bütün Ermənistan ərazisində baş verənləri müşahidə etmək üçün gələcəklər.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov AB-nin xarici işlər nazirlərinin Ermənistana yeni müşahidə missiyası göndərməsi barədə qərarını şərh edərkən deyib.

O bildirib ki, Qərbin Cənubi Qafqaza qayıtmaq layihəsinin yeni mərhələsi, ilk növbədə, iki aylıq missiyanın əsl funksiyalarına işıq salmağa imkan verir:

"Təbii ki, bu, Ermənistanın Azərbaycan sərhədinin monitorinqinə həsr olunmayıb. Çünki onların fəaliyyəti zamanı erməni əsgərləri mütəmadi olaraq odlu silahla təxribatlar törədiblər, lakin onların heç biri fakt kimi qeydə alınmayıb. Qonşu Gürcüstandan Ermənistana gələn müşahidəçilər Abxaziya və Cənubi Osetiya sərhədlərində 14 ildir etdiklərini ötən ilin noyabr və dekabr aylarında da etdilər, yəni sadəcə prosesdə iştirakçı oldular. Onların mövcudluğunun həm məqsədi, həm də səbəbi var idi. Məqsəd ötən ilin oktyabrına qədər belə strukturların mövcud olmadığı Ermənistan ərazisində Avropa missiyası institutunun yaradılmasıdır. Səbəb AB-nin Azərbaycanı öz geosiyasi kampaniyasına cəlb etmək istəyidir. Ermənistan Qərbin regiona qayıdışı üçün məqbul başlanğıcdır, lakin təkcə Ermənistan onun üçün hələ də kifayət deyil: İrəvan nə qədər Qərbin protektoratı altına girməyə çalışsa da, İrəvan hakimiyyətinin Brüsselə təklif edə biləcəyi heç nə yoxdur.

Azərbaycanla isə iqtisadi əməkdaşlığın faydaları var. Məhz bu məqsəd və səbəblərə görə AB-nin müşahidəçisi iki ay sərhəddə dayandı, amma nə Bakının xoşuna gəlməyəcək bəyanatlar verdi, nə də İrəvanın".

Analitikin sözlərinə görə, müstəqil xarici siyasət yürüdən Azərbaycan bu missiyanın öz torpağında genişlənməsinə ilkin olaraq razılıq vermədi:

"Sözügedən missiya Azərbaycan torpağında "sadəcə dayanmaq" istədiyini desə də, respublikanın suverenliyini faktiki məhdudlaşdıran əcnəbilər Bakıya lazım deyil. İki aydır ki, Azərbaycan hakimiyyətinin mövqeyində heç nə dəyişməyib, ona görə də Brüssel AB-ni enerji resursları ilə təmin edən Azərbaycanla qarşılıqlı faydalı iqtisadi əlaqələri saxlayaraq siyasi cəhətdən tamamilə İrəvana keçid etdi.

Mövzu ilə bağlı məlum olan isə budur ki, avropalılar İrəvandan müşahidəçilər ilə Gümrüdəki 102-ci hərbi bazanın hərbçiləri, o cümlədən Türkiyə və İran sərhədindəki rus sərhədçilər arasında baş verə biləcək insidentlərin həllini öz üzərinə götürməsini tələb edirlər. Tələb etmək belə hansısa hadisələrin baş verəcəyini gözləmək deməkdir, ona görə də missiya üzvləri rus əsgərlərin və FTX zabitlərinin harada olduqlarını "izləyəcək". Deməli, söhbət ümumiyyətlə "dinc müşahidə missiyası"ndan yox, Cənubi Qafqaz regionu üçün daha problemli bir prosesdən gedir".

Petrovun sözlərinə görə, AB-nin Ermənistandakı Monitorinq İnstitutu missiya bəhanəsi ilə Cənubi Qafqaza, yəni Ermənistan ərazisinə hərbi texnika daşımaq üçün qapı yaradır:

"Missionerlərə hərbi təlimatçılar da daxil ola bilər. Dekabrın 12-dən başlayan eko-fəalların etiraz aksiyası sayəsində Laçın yolunun 9 (10) noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı pozan nəqliyyatın hərəkəti üçün bağlanmasını burada ancaq alqışlamaq olar. Fransa indi də Ermənistana silah və muzdlular daşıya biləcək, lakin Qarabağa yox. Demək olar ki, hazırda missiyanı hazırlayan avropalı rəsmiləri narahat edən Laçın yolunun silah və yaraqlılar üçün blokadaya alınmasıdır.

Brüsselin bir əli ilə Azərbaycandan qaz və neft almaq (və elektrik enerjisi idxalı da onlara tezliklə əlavə olunacaq), digər əli ilə Ermənistanı silahlandırmasında ziddiyyət yoxdurmu? Birincisi, Avropa bürokratiyası və ayrı-ayrı Avropa ölkələrinin hakimiyyət orqanları tamamilə fərqli strukturlardır. İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya Azərbaycan tədarüklərində maraqlıdır. Fransa isə nüfuzlu diaspor ucbatından erməni illüziyaları ilə eyni fikirdədir.

Avropa Komissiyası və Avropa Şurası Rusiya ilə geosiyasi qarşıdurmadan narahatdır. Formal olaraq bunların hamısı müttəfiqdir, amma reallıqda söhbət maraqların rəqabətindən və Avropadaxili mübarizədən gedir. İkincisi, AB formal olaraq Ermənistanla Azərbaycan arasında yeni müharibə təşkil etmək fikrində deyil. "Müşahidə missiyası" adı altında silahların, təlimatçıların və muzdluların çatdırılması İrəvanın Moskva ilə münasibətlərinin kəsilməsi deməkdir. Standart silah satıcısı məntiqi. Məhz bu vəziyyət Cənubi Qafqaz üçün ən böyük riskləri yaradır: AB öz ziddiyyətli maraqlarının tam spektrini həyata keçirərkən, region üçün mümkün nəticələrə əhəmiyyət vermir və bununla da dağıdıcı qüvvələri gücləndirir. İki il ərzində Ermənistana daxil olan AB sonrakı hadisələrə görə məsuliyyət daşımır, çünki missiya, sənədlərə əsasən, yalnız "müşahidə" edir.

Ermənistan Azərbaycanla sülh yolu ilə nizamlanmanı ləngitmək və qisas almağa hazırlaşmaq üçün bütün imkanlardan istifadə edəcək. Əgər avropalılar Ermənistan hakimiyyətinə "sizə istədiyinizi verəcəyik, gəlin sizin torpağınızda dayanaq" sözləri ilə getsələr, bu, İrəvanda köhnə illüziyaları bərpa etmək şansı kimi qəbul ediləcək. Buna görə də Cənubi Qafqaz sülh və sabitlikdən uzaqlaşacaq".

Dəyişkən buludlu olacağı, arabir tutulacaq  HAVA PROQNOZU like
  • 24 Yan 12:11  
Digərləri Dəyişkən buludlu olacağı, arabir tutulacaq HAVA PROQNOZU

Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Naxçıvanda bu qurumda da yoxlama başladı like
  • 24 Yan 12:09  
Digərləri Naxçıvanda bu qurumda da yoxlama başladı

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış

arrow Ətraflı
51 yaşlı azərbaycanlı məşhur özünə like
  • 24 Yan 12:06  
Şou-biznes 51 yaşlı azərbaycanlı məşhur özünə

Məşhur rejissor və aktyor Aqil M. Quliyev "yeni həyat"a başladı�

arrow Ətraflı
Müharibədə Ukraynanın əsas çatışmazlığı budur like
  • 24 Yan 11:55  
Dünya Müharibədə Ukraynanın əsas çatışmazlığı budur

Ukraynanı dəstəklədiyini bildirən Avropa ölkələrinin göndərdiyi silah

arrow Ətraflı
Aviabiletlər üçün erkən rezervasiya qiymətləri niyə bahadır? like
  • 24 Yan 11:44  
Digərləri Aviabiletlər üçün erkən rezervasiya qiymətləri niyə bahadır?

Səyahətə hazırlaşanlar hər il sərfəli qiymətlər təklif edilən erkən

arrow Ətraflı
Vardanyanın məqsədi pul qazanmaqdır like
  • 24 Yan 11:40  
Siyasət Vardanyanın məqsədi pul qazanmaqdır

Bizim əsas tələbimiz təbii sərvətlərimizin ermənilər tərəfindən tala

arrow Ətraflı
Rusiyada qorxunc qəza: Tramvayın altına düşən kişi faciəvi şəkildə öldü like
  • 24 Yan 11:33  
Digərləri Rusiyada qorxunc qəza: Tramvayın altına düşən kişi faciəvi şəkildə öldü

Rusiyanın Sankt-Peterburq şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi ba

arrow Ətraflı
Böyük bir bəlanın başlanğıcı like
  • 24 Yan 11:24  
Siyasət Böyük bir bəlanın başlanğıcı

Avropa Şurasının prezidenti Şarl Mişel İspaniyanın "El Mundo"

arrow Ətraflı
Pedaqoji təhsili olmayan bakalavriat məzunları müəllim işləyə bilərlərmi? like
  • 24 Yan 11:22  
Digərləri Pedaqoji təhsili olmayan bakalavriat məzunları müəllim işləyə bilərlərmi?

İxtisas seçimi abituriyentlər arasında ən çox müzakirə olunan və demək

arrow Ətraflı
BU TARİXDƏ bütün müavinət və təqaüdlər like
  • 24 Yan 11:16  
Siyasət BU TARİXDƏ bütün müavinət və təqaüdlər

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlə

arrow Ətraflı
Bu məşhurlar səhnəyə heyvan başları ilə çıxdılar like
  • 24 Yan 11:11  
Şou-biznes Bu məşhurlar səhnəyə heyvan başları ilə çıxdılar

Paris Moda Həftəsi çərçivəsində keçirilən "Schiaparelli" bren

arrow Ətraflı
Teylor İbrahimov barəsində yenidən cinayət işi başlandı like
  • 24 Yan 11:08  
Digərləri Teylor İbrahimov barəsində yenidən cinayət işi başlandı

Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor İbrahimov (Fətişo�

arrow Ətraflı
Sumqayıtda bu bina hər an uça bilər like
  • 24 Yan 11:00  
Digərləri Sumqayıtda bu bina hər an uça bilər

Pəncərələri sınıb, divarları eroziyaya uğrayıb. Sumqayıtda 73 ilin bin

arrow Ətraflı